Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: Bakı-Sumqayıt yolunda çıxarılan ağaclar Binəqədi və Abşeron rayonlarında əkilib

ETSN-dən açıqlama verilib...

“Bu günlərdə istifadəyə verilən Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi çərçivəsində tikinti altına düşən ağaclar köçürülərək müvafiq ərazilərdə əkilib və hazırda bioloji inkişafına nəzarət olunur”.

PİA.az-ın xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsinin mühüm sosial-infrastruktur əhəmiyyətə malik olduğunu və tıxacların aradan qaldırılması baxımından böyük rol oynayacağını nəzərə alaraq ictimai dinləmədən sonra tikinti altına düşən ağacların köçürülməsinə rəy verilib, ağaclar çıxarılaraq Binəqədi və Abşeron rayonları ərazisində əkilib.

Agentlik rəsmisi onu da bildirib ki, bu günlərdə Sumqayıtda və Abşeron rayonunda da belə dövlət əhəmiyyətli layihələrin icrası üçün Agentliyə müraciət edilib: “Layihələrin mühüm əhəmiyyəti və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verilib. Ümumiyyətlə iqtisadi və sosial inkişaf tempinə uyğun olaraq ekoloji təsirlərin qiymətləndirilməsi məqsədilə bizə təqdim olunan layihələrin bir hissəsində, xüsusilə də dövlət əhəmiyyətli sosial-infrastruktur layihələrdə ağacların köçürülməsinə zərurət yaranır və ekspertlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmələrdən sonra yaşıllıqların yerinin dəyişdirilməsi və yeni yaşıllıq sahələrinin salınması tələbi ilə rəy verilir".

pia.az

 


Etiket: ETSN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar