Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etiraf igidin yaraşığıdır - Etibar Cəbrayıloğlu yazır

Novxanı kəndi bir gün işıqlansa,

İşıqlansa oba-oba, küçə-küçə,

Görərik kimlərin kartı

kimlərin bankomatından çıxır.

Kimlər əyilə-əyilə

kimlərin toyundan çıxır...

(“İqor polku haqqında dastan”dan bir
parça. IV-VII hissələr)

Bizim bəzi siyasətçilərin işi tamam oyundu. Əl-qolunu salla, kənardan tamaşa elə, vəssalam. Bu gün səhər lap tezdən, xoruz səsini hələ yoxlamamış siyasətçilərdən biri mənə yazı göndərib. Əvvəlində yazıb ki, qardaş, vəziyyət qarışıqdır, məndən də mövqe tələb edirlər. Heç bilmirəm nə edim, balaca bir şey qaralamışam, gör neynirsən...

Həmin siyasət adamı adam kimi məndən xahiş edib ki, onun bu cızma-qarasını abıra salıb mətbuatda yayım. Düzəltməyinə düzəldərəm e, amma qəribəsi budur ki, yazının məhz hansı siyasətçi tərəfindən yazıldığı və göndərildiyi məlum deyil. Vallah bunların işi oyundu.

Bu da naməlum siyasətçinin yazısı, zəhmət deyilsə tanış olun:

“COVİD-19 pandemiyası bütün dünyanı cənginə aldığı bir zamanda, Ermənistan iqtisadiyyatının düz çökdüyü bir vaxtda Azərbaycanda bəzi qüvvələr çaxnaşma yaratmağa çalışır. Həmin qüvvələrin karantin rejimində Novxanıda dəbdəbəli toy məclisi təşkil etməsi bir daha sübut edir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə çalışırlar.

Hələ də səsi-sorağı səngiməyən məlum toyun ağsaqqalı olan həmin ağsaqqalı uzun illərdir ki, tanıyıram. Amma görünür yaxşı tanımamışam. Onun dünyaya qarşı bu zidd hərəkətindən sonra bir etiraf etmək istəyirəm. Böyük fransız rəssamı Lermontov deyirdi ki, etiraf siyasətçinin yaraşığıdır.

Yazının tən ortasında yazdığım kimi, həmin o ağsaqqalı çoxdan tanıyıram, lap Brejnevin zamanından. İctimai və elmi fəaliyyəti barədə bu günə qədər üst-üstə 13 böyük həcmli məqalə yazıb “Azərbaycan” qəzetində dərc etdirmişəm. Məqalələrin bəzilərinin adı hələ də yadımdadır - “Görkəmli akademikdən dünya elmi fikir tarixinə dəyərli töhfə”, “Mifoloji qaynaqlardan psixoloji məqamlara qədər”, “Cümə axşamı gələcəm aparata cüməaxşamlaşmağa, cüməaxşamlaşsan da cüməaxşamaşacam, cüməaxşamlaşmasan da...”, “Bilirsənmi səndən niyə küsmüşəm? Heç gülmədin yığıncağa gələndə...” və s.

Etiraf edim ki, həmin o məqalələrin heç birini ürəyimin diktəsi ilə yazmamışam. Akademik tapşırırdı, mən də yazmağa məcbur idim.

Etiraf edim ki, övladımız dünyaya gələndə ölkədə növbəti parlament seçkilərinə hazırlıq gedirdi, yenidən mandatdan möhkəm yapışmaq üçün körpəyə qocaman akademikin adını vermək istəyirdim, özü də çox istəyirdim. Amma o zaman xanımım uşağa Semay adını qoydu. Bizim Qarabağ boyda dərdimizin həllinə mane olan Novxanıdakı məlum toy məsələsindən sonra bir daha əmin oldum ki, xanımım məndən daha konstruktiv mövqe sərgiləyib.

Görünür saf hisslərim xalqa qarşı hörmətsizlik nümayiş etdirən belə məkrli insanı zamanında yaxşı tanımağa imkan verməyib. Öz səhvimi etiraf edir, heç bir elmi xidməti olmayan akademikə qarşı amansız mübarizəyə başladığımı elan edirəm. Ondan aldığım avtoqraflı 22 kitabı bu gündən geri qaytarır, şəxsi kitabxanamı belə lazımsız, heç bir elmi dəyəri olmayan kağız-kuğazdan təmizləyirəm.

Fürsətdən istifadə edib evdar qadınları “Ramis” qab şampunundan imtina etməyə çağırıram”.

Siyasətçinin yazısının ora-burasını düzəldib gün işığına çıxarıram. Özü imza-filan qoymayıb, qoy dəyərli oxucularımız yazı müəllifinin adını özləri tapsın...

Etibar Cəbrayıloğlu

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Sanksiya bol olarsa... - Etibar Cəbrayıloğlu yazır

Həftəmizin Siyavuşu... - Etibar Cəbrayıloğlu yazır

Xəbəri ver xəbərçiyə və ya Əliyevçilərin yubileyi

Etiraf igidin yaraşığıdır - Etibar Cəbrayıloğlu yazır

Vicdanın taleyi - Etibar Cəbrayıloğlunun yazısı...

Politoloq: Biz bu cinayətkarları əməkdaşlığa cəlb edirik...

Ən çox oxunanalar