Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Məmmədov siyasətə qayıdır

Əli Orucov: “O gün uzaqda deyil”


2003-cü ilə qədər Azərbaycan müxalifətinin əsas simalarından sayılan AMİP lideri Etibar Məmmədov 13 ildən sonra geri dönüş etməyə başlayıb. Uzun müddət mətbuatdan demək olar ki, tamamilə uzaqlaşan, ictimaiyyət qarşısına çıxmayan partiya lideri son günlərdə ara-sıra görünməyə başlayıb. 

Zaman-zaman E.Məmmədovun siyasətlə vidalaşdığı, daha çox biznes fəaliyyətinə önəm verməsi ilə bağlı mətbuatda çoxsaylı xəbərlər gedib. Doğrudur, o, 2003-cü il seçkilərindən sonra partiya sədrliyindən istefa verəndən, qurumun lideri olandan sonra artıq onun siyasi fəaliyyətinin sona çatması barədə çox fikirlər səsləndi. İllər keçdikcə də, bu adın getdikcə unudulduğunun şahidi olduq. 

Günlər öncə Güney Azərbaycanla bağlı keçirilən tədbirdə görünən E.Məmmədov bundan sonra ölkədəki iqtisadi böhranla bağlı media qarşısına çıxıb və önəmli açıqlamalar verib. “Gununsəsi.info”ya açıqlamasında o, yeni hökumətin qurulmasının vacibliyindən danışıb: “Mənim fikrimcə, rəhbərlik bu barədə ciddi şəkildə düşünməlidir ki, gündəlik fəaliyyət göstərə bilən hökumət qursun. Prezident bəzi sahələrin inkişafı ilə bağlı sərəncamlar verir. Sonradan həmin sərəncamların icra olunmaması ilə qarşılaşırıq. Bunun da qarşısını almağın tək və yeganə yolu normal fəaliyyət göstərən hökumət formalaşdırmaqdır. Belə bir hökumətə ehtiyac var”.

Azərbaycanın kredit reytinqinin də aşağı olduğunu vurğulayan E.Məmmədov bildirib ki, vəziyyət təcili dəyişməlidir: “Hazırda Azərbaycanın kredit reytinqi aşağıdır. Kreditlər alınmalı və alınan kreditlər isə qaytarılmalıdır. Kreditlər istehlak krediti ola bilməz. Kreditlər islahatlar üçün alınmalıdır. Alınan kreditlər hansısa nazirlərin irəli sürdükləri təkliflər əsasında alınmamalıdır. Yol xəritəsi olmalıdır. Ancaq hökümət bunun ətrafında hələlik bir iş görmür. Bizim yatmış hökuməti tezliklə dəyişib normal hökumət qurulmalıdır”.

AMİP liderinin bu açıqlamalarını onun siyasətə geri dönüşü kimi izah edənlər var.

havadis/timthumb.php?src=http://azinforum.az/wp-content/uploads/2015/11/eli7.jpg&w=332&h=250" alt="Image result for Əli Orucov">

E.Məmmədovun köməkçisi Əli Orucov “Yeni Müsavat”a açıqlamasında onun ölkə siyasətində böyük uğurlara imza atdığını söylədi: “Etibar bəyin siyasətdən getməsi ilə bağlı fikirlərlə razı deyiləm. O, siyasətdən heç vaxt kənarda qala bilməyib. Son 13 il ərzində müəyyən məsələlərə Etibar bəy öz mövqeyini bildirib. O, Azərbaycan vətəndaşı kimi ölkədəki durumu yaxşı bilir. Prosesləri daim izləyir və öz narahatçılığını dilə gətirir. Cəmiyyətin ona böyük ehtiyacı var. Gələcəkdə ölkədə davam edən iqtisadi böhran bu zərurəti daha da artıracaq. Buna qətiyyən şübhəm yoxdur. Etibar bəyin son açıqlaması böyük siyasətə qayıdışı kimi qəbul olunmamalıdır. Sadəcə, vətəndaş kimi narahatçılığını ifadə edib. Etibar bəy bu gün böyük bir partiyanın lideridir. Onun və partiyasının mövqeyi ölkədə sükutla qarşılanmır, böyük əks-səda doğurur. Etibar bəy bu gün mətbuatda və aktiv siyasətdə görünməsə də, ölkə siyasətinin ən ağır çəkili lideridir. Hər kəs görür ki, onun son açıqlamasına cəmiyyət necə də diqqətlə yanaşdı, böyük önəm verdi. Əminəm ki, gələcəkdə Etibar bəyin siyasətə qayıtmasını cəmiyyətin özü qəti şəkildə tələb edəcək. O gün uzaqda deyil. Ola bilsin ki, Etibar bəyin siyasətə qayıdışı özünün iradəsindən asılı olmayan məsələyə çevrilsin. Çünki xalq tələb edəcəksə, başqa yol da qalmayacaq. Bunun da olacağı gözləniləndir. Etibar bəy xalqın övladı, təcrübəli siyasətçi kimi bu istəyə cavab vermək məcburiyyətində qalacaq. Hazırda belə fikirlər səsləndirilir ki, xalqın bu durumdan çıxması üçün xalqı arxasınca aparacaq lider yoxdur. Amma bu lider var, özünüz də görürsünüz ki, onun fikirləri cəmiyyətdə necə rezonans doğurur. Yaxın zamanlarda xalqın istəyi ilə Etibar bəyin siyasətə qayıdışının, proseslərin önündə olduğunun hamımız şahidi olacağıq”.

A.Orucov AMİP liderinin yenidən təşkilata sədr kimi gəlmə ehtimallarının olmadığını da qeyd etdi: “AMİP-in nizamnaməsi var və novator idarəetməyə keçmişik. Etibar bəyin partiyaya sədr kimi qayıtması ehtimalını yüksək saymıram. Çünki o daha yüksək statusdadır, yəni liderdir”.

E.Məmmədovun köməkçisi liderinin dəstəyinin təkcə partiyada olmadığını bildirdi: “Sizləri əmin edirəm ki, Etibar bəyin dəstəyi təkcə AMİP-dən ibarət deyil. Kənarda partiya üzvü olmayan, hətta hakimiyyətin daxilində Etibar Məmmədovun çox böyük dəstəyi var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar