Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Məmmədov növbəti dəfə beynəlxalq təşkilatın sədr müavini seçilib


19-22 fevral 2018-ci il tarixlərində İspaniyanın Salamanka və Madrid şəhərlərində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Qurultayı-Partiya Liderlərinin Toplantısı keçirilib. Qurultayda AMİP-i partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayev və gənclər təşkilatının sədri Ayxan Etibaroğlu təmsil ediblər


Bu barədə musavat.com-a AMİP-in mətbuat xidməti məlumat verib.

Xəbərdə deyilir ki, dünyanın 100-dən artıq sağ-mərkəz yönlü partiyasını öz ətrafında birləşdirən BDİ-nin 3 ildən bir keçirilən Qurultayının gündəliyinə bir çox mühüm məsələlər daxil olunub. Dünyada baş verən qlobal konfliktlər, dövlətlərin təhlükəsizlik məsələləri, separatçı hərəkatlara qarşı mübarizə və bir çox digər məsələlər 3 günlük toplantının əsas müzakirə mövzuları kimi müzakirəyə çıxarılıb.

Qurultayın sonuncu günü BDİ rəhbərliyinə seçkilər keçirilib və Kanadanın sabiq baş naziri Stefen Harper növbəti 3 illik müddətə BDİ-nin sədri seçilib. Eyni vaxtda sədrin müavinlərinin seçkiləri də keçirilib və AMİP lideri Etibar Məmmədov növbəti dəfə BDİ-nin sədr müavini seçilib.

Həmçinin Norveçin baş naziri Erna Solberq, Şri-Lankanın baş naziri Ranil Vikremesinge, Avropa Xalq Partiyasının ( EPP) prezidenti Josef Doul, Avropa Mühafizəkarlar və İslahatçılar Partiyasının (ACRE) sədri Jan Zahardil də yeni seçilmiş sədr müavinləri sırasındadır.

Qurultaya ev sahibliyi edən İspaniyanın hazırda hakimiyyətdə olan Xalq Partiyasının parlament üzvləri ilə parlamentdə qarşılıqlı fikir mübadilələri aparılıb, tədbirin sonunda İspaniyanın baş naziri Mariano Roxoy Monkloa sarayında Qurultay nümayəndələri ilə geniş görüş keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ən çox oxunanalar