Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Estoniya xarici kəşfiyyatı Qarabağda müharibənin mümkünlüyü və Rusiyanın maraqları haqda

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya arasında münasibətlər “təmkinlidir”, amma Kreml 2018-ci il inqilabından sonra Ermənistandakı daxili siyasi situasiya ilə barışmalı olub...

PİA.az xəbər verir ki, bu barədə Estoniyanın xarici kəşfiyyat Xidmətinin hesabatında deyilir. “Beynəlxalq təhlükəsizlik və Estoniya” adlı hesabatdan erməni KİV-ləri sitat gətirir.

Eston kəşfiyyatçıları bildirirlər ki, Rusiya Ermənistandakı daxili siyasi situasiyaya fəal müdaxilə edir. “Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsində tərəflər açarın Moskvanın əlində olduğunu görürlər. Ermənistan üçün Rusiyanın hərbi-siyasi dəstəyini saxlamaq həyati əhəmiyyət kəsb edir, çünki bunsuz Qarabağdakı etnik ermənilərin hərbi müdafiəsini təmin etmək mümkün olmazdı”,-hesabatda vurğulanır.

Estoniya kəşfiyyatı Paşinyanla Rusiya arasında münasibətlərin soyuq, çəkingən olmasına baxmayaraq Ermənistan hökumətinin parçalanmadığını, baş nazirə xalqın dəstəyinin hələ davam etdiyini də qeyd edir. Habelə bildirilir ki, Paşinyana ciddi rəqib ortaya çıxmayıb. Ermənistanın iqtisadiyyatı da çökməyib.

Rusiya Qaraba münaqişəsinin həllində konstruktiv vasitəçi qismində çıxış etsə də əslində o, münaqişənin həllində maraqlı deyil. Rusiya Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibənin başlamasında da maraqlı deyil. Birinci ssenari Moskvanı Cənubi Qafqazdakı əsas rıçağından məhrum edərdi, çünki münaqişə həll olunsa nə Ermənistan, nə Azərbaycan Rusiya üçün işləməz. Amma tammiqyaslı müharibə ilə bağlı risklər də həddən artıq böyük və proqnozlaşdırılmayandır”,-hesabatda deyilir. (Virtualaz.org)

pia.az


Etiket: Rusiya Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar