Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsrin müqaviləsi” Azərbaycana nə verdi, nə aldı?..

İqtisadçı-ekspert: ““Əsrin müqaviləsi” Azərbaycanın bu gününün əsas memarıdır. Çünki “Əsrin müqaviləsi”, neft pulları olmasaydı Azərbaycanın bu günkü mənzərəsini görə bilməzdik”.

“Bu illər ərzində Azərbaycanda 512 xəstəxana, dioqnostik mərkəz tikildi. Amma hələ də Azərbaycan vətəndaşları müalicə olmaq üçün xarici ölkələrə, İrana, Gürcüstana, Türkiyəyə üz tutmağa məcbur qalıblar”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli 25 illik “Əsrin müqaviləsi”ni PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 25 ili tamam olur. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında imzalanıb.

“Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və “Şahdəniz” kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.

25 ildən sonra bu müqaviləni necə dəyərləndirmək olar və müqavilə Azərbaycana hansı siyasi və iqtisadi-sosial dividendlər gətirdi?

Mövzunu PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: ““Əsrin müqaviləsi” Azərbaycanda məmur biznesinin yaranmasına təkan verdi”.

“Əsrin müqaviləsi”nin Azərbaycanda biznes mühitinin daralmasına səbəb olduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu müqavilə ölkədə məmur biznesinin yaranmasına təkan verdi. Natiq Cəfərli onu da əlavə edib ki, nə qədər qəribə səslənsə də bu qədər vəsait daxil olan ölkədə bu gün rəsmi milyonçular belə yoxdur:

““Əsrin müqaviləsi” Azərbaycan tarixinin ən vacib hadisələrindən biridir. 1994-cü ildən Azərbaycanın bütün iqtisadi, sosial infrastrukturunun qurulmasında bu müqavilə mühum rol oynadı və ölkəyə milyardlarla gəlirin gəlməsinə səbəb oldu. “Əsrin müqaviləsi” ilə ölkəyə gələn birbaşa və dolayı gəlirləri hesablasaq məlum olar ki, təqribən 180-190 milyard dollara yaxın Azərbaycan vəsait daxil olub. Bu müqavilə Azərbaycanın həm geosiyasi üstünlüyünü və çəkisini artırdı, həm də Azərbaycanın zaman-zaman iqtisadi məsələlərdə önə çıxmasına səbəb oldu.

Amma çox təəssüf ki, “Əsrin müqaviləsi” 25 ildə Azərbaycanda kəmiyyət dəyişikliyinə səbəb olsa da, keyfiyyətli dəyişikliyə səbəb olmadı. Bu müqavilədə kifayət qədər böyük vəsaitdən söhbət gedir. Əldə edilən vəsaitlə yollar tikildi, infrastruktur yenidən quruldu, məktəblər, xəstəxanalar tikildi, yeni binalar inşa olundu və s. Yəni kəmiyyət dəyişikliyi baş verdi. Amma ölkədə keyfiyyət dəyişikliklərinə keçid baş vermədi.

Natiq Cəfərli: “Bu illər ərzində 4000-ə yaxın məktəb təmir olundu və yeniləri tikildi. Buna baxmayaraq ali məktəblərə keçid balları 3 dəfəyə yaxın aşağı düşdü”.

Bu illər ərzində 4000-ə yaxın məktəb təmir olundu və yeniləri tikildi. Buna baxmayaraq ali məktəblərə keçid balları 3 dəfəyə yaxın aşağı düşdü. Buradan da göründüyü kimi kəmiyyət dəyişikliyi baş verdi, amma keyfiyyət dəyişikliklərinə keçid baş vermədi. O cümlədən səhiyyəni qeyd edək. Bu illər ərzində Azərbaycanda 512 xəstəxana, dioqnostik mərkəz tikildi. Amma hələ də Azərbaycan vətəndaşları müalicə olmaq üçün xarici ölkələrə, İrana, Gürcüstana, Türkiyəyə üz tutmağa məcbur qalıblar.

Bütün bunlar onu sübut edir ki, Azərbaycanda neft müqaviləsindən gələn vəsaitlərdən baş verən kəmiyyət dəyişikliyi keyfiyyətli keçidə imkan vermədi. Bu layihələr həm də Azərbaycanda biznes mühitinin daralmasına səbəb oldu və məmur biznesinin yaranmasına təkan verdi. Nə qədər qəribə səslənsə də bu qədər vəsait daxil olan ölkədə bu gün rəsmi milyonçular belə yoxdur.

Amma onu da qeyd edim ki, “Əsrin müqaviləsi” Azərbaycanın bu gününün əsas memarıdır. Çünki “Əsrin müqaviləsi”, neft pulları olmasaydı Azərbaycanın bu günkü mənzərəsini görə bilməzdik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar