Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əslində heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil” - Əsətun Oruclu

Siyasi şərhçi: “Çox təəssüflər olsun ki, Azərbaycanda məqsədli şəkildə “Zəngəzur dəhlizi” haqqında yalnış təsəvvürlər yaradılıb”.

“Zəngəzur dəhlizi üzərindən əsasən Rusiyanın Yaxın Şərqə çıxışı təmin olunmalıdır”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Zəngəzur dəhlizinin açılmasının gecikməsinin hansı ölkəyə ziyanlı olduğunu PİA.az-a şərh edərkən qeyd edib.

Soçidə imzalanan razılaşmaya əsasən Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkizasiya prosesi, o cümlədən “Zəngəzur dəhlizi”nin açılması üçün işlər artıq başlamalıydı. Lakin ötən ilin noyabrında texniki məsələlərin həlli üçün keçirilən toplantı Ermənistan tərəfinin yanaşmamazlı ucbatından yarımçıq qaldıqdan sonra bu sahədə heç bir inkişaf yoxdur. Sanki bu məsələlər artıq rəfə qaldırılıb və proses bilərəkdən ləngidilir.

Soçi sazişinin reallaşmamasını nəylə əlaqələndirmək olar və prosesin dayandırılmasında maraqlı tərəf ancaq Ermənistandırmı, yoxsa Rusiya da prosesin dondurulmasında xüsusi maraqlı olan ölkə kimi görünməkdədir? Prosesin ləngiməsi ümumilikdə Azərbaycanın və Türkiyənin regional maraqlarına nə qədər ziyan vurur və ləngimə hüquqi və hərbi baxımdan Azərbaycan üçün hansı təhlükələr yaradır?

Mövzunu PİA.az-ın əməkdaşı hal-hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: ““Zəngəzur dəhlizi”nin tikintisinin ləngiməsi Azərbaycanı suverenliyinin itirilməsindən qoruyur”.

“Zəngəzur dəhlizi”nin Azərbaycandan daha çox Rusiyaya lazım olduğunu vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya “Zəngəzur dəhlizi”nin açılmasında olan ləngimədə maraqlı deyil və ola da bilməz:

“Çox təəssüflər olsun ki, Azərbaycanda məqsədli şəkildə “Zəngəzur dəhlizi” haqqında yalnış təsəvvürlər yaradılıb. Bu gün “Zəngəzur dəhlizi” Azərbaycandan, Türkiyədən daha çox Rusiyaya lazımdır. Məhz Ermənistanın Qərblə əlaqələrini, münasibətlərini saxlamaq üçün Paşinyan bu işi ləngidir, sabotaj edir. Azərbaycan tərəf isə Rusiyaya bu məsələdə israr etdiyini göstərir.

Əslində isə heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil. Çünki “Zəngəzur dəhlizi” üzərindən əsasən Rusiyanın Yaxın Şərqə çıxışı təmin olunmalıdır. Bunun üçün də Rusiya təkcə “Zəngəzur dəhlizi”ndən deyil, həm də Yalamadan Azərbaycanın cənubuna qədər bütün nəqliyyat kommunikasiyalardan istifadə etməlidir. Bu isə suverenliyin məhdudlaşması deməkdir.

“Zəngəzur dəhlizi”nin tikintisinin ləngiməsi əlbəttə ki, Azərbaycanın maraqlarına müəyyən qədər ziyan vurur. Amma eyni zamanda bu ləngimə Azərbaycanı suverenliyinin itirilməsindən də qoruyur. Nə qədər paradoksal da olsa, bu belədir. Bir daha qeyd edim ki, “Zəngəzur dəhlizi”nin guya Azərbaycan üçün son dərəcə əhəmiyyətli olmasının qabardılması ilə əhalidə yalnış təsəvvürlər yaradıblar. Bu dəhliz Azərbaycandan daha çox Rusiyaya lazımdır. Rusiya Zəngəzur dəhlizinin açılmasında olan ləngimədə maraqlı deyil və ola da bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar