Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsirlikdə olmuş Xocalı sakini dünya ictimaiyyətini erməni vəhşiliklərinə biganə qalmamağa çağırıb

Dürdanə Ağayevanın “Jewish Journal” nəşrində məqaləsi dərc olunub

Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Dürdanə Ağayevanın ötən gün ABŞ-ın tanınmış “Jewish Journal” nəşrində işğal altında olan ərazilərimizdə mədəni irsimizin dağıdılmasına və ermənilərin Qarabağa köçürülmələrini saxtalaşdırmaq cəhdlərinə həsr edilən məqaləsi dərc olunub.

Qarabağ icmasına istinadən xəbər verilir ki, məqalədə müəllif Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsi, BMT TŞ-nin qətnamələrinə ermənilərin məhəl qoymaması, erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və mədəni abidələrimizə qarşı törətdiyi vandalizim aktlarından bəhs edir.

1992-ci ildə Xocalı soyqırımı zamanı 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva özü və qardaşının işgəncə düşərgələrində qəddarlıq və təhqirlərə məruz qaldığını vurğulayıb. Məqalədə, həmçinin erməni işğalı altında olan torpaqlarımızda azərbaycanlılara məxsus mədəni irsimizin dağıdılması faktları xüsusi təqdim edilib. Qarabağın Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyi hesab olunduğu vurğulanıb. Ermənilərin işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizm aktları nəticəsində maddi və mədəni sərvətimizin, çoxsaylı tarixi abidə, muzey, qalereya eksponatlarının məhv edildiyi bildirilib.

Dürdanə Ağayevə daha sonra bu faktların əcnəbi jurnalıstlər tərəfindən təsdiqləndiyini qeyd edib. Vurğulayıb ki, isveçrəli jurnalist Andre Vidmer işğal altında olan Ağdama gedərək mədəni irzimizin dağıdılması faktlarına şahid olub və bunu öz məqalələrində qeyd edib.

Müəllif Britaniyalı jurnalist Tomas de Vaal və onun həmyerlisi Corc Miçelin Ağdamı Qafqazın Xirosiması adlandırmasını da məqaləsində vurğulayıb. İşğal altında olan ərazilərimizdə dağıdılan mədəni irsimizin 2005-2010-cu illərdə ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında dərc olunduğu qeyd olunub. 1978-ci ildə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə dair abidə ucaldılmasına və sonradan həmin abidənin ermənilər tərəfindən dağıdılmasına diqqət çəkən müəllif qeyd edib ki, bu fakt ermənilərin Qarabağa köçürülməsini gizlətməyə çalışmasının təsdiqidir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü dünya ictimaiyyətini erməni vəhşiliklərinə biganə qalmamağa çağırıb.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar