Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsgərə yardım edən polislərə nazirin adından təşəkkür edildi - Video

Onlar həmin vaxtı Gəncə Baş Polis İdarəsində praktikada olublar...

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində keçirilən sosial eksperimetdən çəkilən video görüntü böyük marağa səbəb olub. Belə ki, pulu olmayan və ac olan əsgər yoldan keçən polis əməkdaşlarından kömək istəyib. Polislər əvvəlcə əsgərə mobil telefonlarını verib və onun danışmağı üçün şərait yaradıblar. Daha sonra polislər ciblərində olan bütün pulu əsgərə veriblər.

PİA.az-ın Unikal.org-a istinadən məlumatına görə, sözügedən görüntülərdə əsgərə yardım edən polislər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 4-cü kurs tələbələri Abuzərli Qoşqar və Sulxayzadə Tacirdir.

Onlar həmin vaxtı Gəncə Baş Polis İdarəsində praktikada olublar.

Sözügedən görüntülərdən sonra Gəncə Baş Polis İdarəsinin rəhbərliyi Abuzərli Qoşqar və Sulxayzadə Tacirə göstərdikləri nümunəvi hərəkətə görə, şəxsi heyətin və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun adından təşəkkür ediblər. Bizim kursantlar da göstərilən diqqətə görə, razılıqların bildiriblər.

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov faktı unikal.org-a təsdiqləyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar