Cümə axşamı, 01 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Əsəd rejimi humanitar yardımlardan silah kimi istifadə edir - sensasion sənədlər yayıldı

"Bəşər Əsəd rejimi humanitar yardımları müxalifləri cəzalandırmaq üçün istifadə edir. Bir növ, bu yardımlardan “silah” olaraq istifadə edir."

"Milliyet" xəbər verir ki, bu barədə İnsan hüquqlarının tədqiqi və müdafiəsilə məşğul olan nüfuzlu Human Rights Watch (HRW) təşkilatı məlumat yayıb.

HRW-nin saytında yayımlanan məqalədə bildirilir ki, Əsəd rejiminə bağlı olan, bölgələrdə fəaliyyət göstərən milli təhlükəsizlik xidməti əməkdaşları uzun zamandır humanitar yardımlara müdaxilə edirlər. Açıqlamada qeyd edilir ki, Suriya hökuməti yardımları müxaliflərə vermirlər: “Müxaliflər və onların ailələrini cəzalandırmaq üçün ölkəyə gələn humanitar yardımlar həmin ailələrə verilmir. Bəşər Əsəd özünə sadiq olanlara bu yardımlardan pay verir. Lakin bölgələrdə olan təhlükəsizlik qüvvələri əməkdaşlarının ölkə prezidentinə verdiyi məlumatlar əsasında, heç bir müxalif ailəyə bu yardımlardan pay verilmir.”

Sənəddə açıq şəkildə bildirilir ki, bölgələrdə fəaliyyət göstərən təhlükəsizlik qüvvələri əməkdaşlarına birbaşa səlahiyyəti ölkə prezienti Bəşər Əsəd verib. Vaşinqtona bağlılığı ilə bilinən Suriya Ədalət Mərkəzi iki həftə öncə yayımladığı açıqlamalarda da bu haqda məlumatlar yer alır.

Avqustun 1-də yayımlanan sözügedən raportda rejimin işgəncə və qanunsuz həbslərini yerinə yetirən Siyasi Təlükəsizlik Qurumunun gizli yazışmalarına da yer verilib.

HRW-nin əldə etdiyi yazışmalarda qeyd edilib ki, bölgələrdə və ölkənin şəhərlərində fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinin əməkdaşlarına insani deyil, siyasi dəyərləndirmə edilməsi əmri verilib. Belə ki, yardımların paylanılmasından öncə bölgələrin müxalifət qüvvələrinin kontrolunda olub-olmadığı yoxlanılır. Ən dəhşətlisi isə ondadır ki, müxaliflərin olduğu təsbit edilən bölgələrə ya heç bir yardım göndərilmir, ya da bu yardımların içərisində həyati önəm daşıyan ləvazimatlar çıxarılır.

Suriya Ədalət Mərkəzinin Vaşinqtona göndərdiyi raportda 2014-cü ildən bəri təhlükəsizlik qüvvələri tərəfindən edilən qanunsuzluqlar öz əksini tapıb. Bu yazışmalarda qeyd edilir ki, 2014-cü ildən Əsəd rejimi ölkəni “güvənli və isti bölgələr” olmaqla, iki hissəyə ayırıb. Hakimiyyət yardımların “isti bölgə”lərə daşınmasına hər vasitə ilə əngəl törədir. Həmin dövrdə rejimin əlində olan Cisr Əş-Şuğur, Fua və Kəferya bölgələri güvənli, İdlibin Türkiyə sərhəddində yerləşən Atme bölgəsi və Kah kəndi müxaliflərin məskunlaşdığı bölgə səbəbilə “isti bölgə” kimi dəyərləndirilib.

2014-cü ilin fevral ayına aid olan yazışmalarda isə, tibbi yardımların “isti bölgə”lərə göndərilmədiyi və başqa ölkələrdən maliyyə yardımı alaraq, müxalifləri müalicə edən səhra xəstəxanalarına heç bir köməklik edilmədiyi də qeyd edilib.

Suriya Ədalət Mərkəzi BMT-yə göndərdiyi hesabatında “Rejimin təhlükəsizlik gücləri tibbi ləvazimatları müsadirə edib. Bundan başqa, yardım alanlar həbs etdilir, evli qadınlara ərlərini təhlükəsizlik qüvvələrinə təhvil vermə şərtilə yardım ediləcəyi deyilir” – deyə həyəcan təbilli çalıb. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan qorxur ki, Türkiyə müharibəyə girsə, bir neçə saata İrəvanda otura bilər..."

“Ailəmizin 4 üzvü müharibəyə yollanıb” - Aynişan

İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər - Yenilənib, Fotolar

Suriyalı terrorçunun Qarabağdakı görüntüləri yayıldı 

Müdafiə Nazirliyi: Düşmən qruplaşması mühasirəyə alınıb

Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi - Video

İlham Əliyev: "Ermənistan hökuməti şərtimə əməl edərsə, döyüşlər dayanacaq"

Cənubi Azərbaycan gəncləri üsyana qalxdı: Ermənistana rus hərbi texnikası daşınan yollar atəşə verildi - Video

İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı - Video

“Əsl müharibə o vaxt başlayacaq ki, raket zərbələri paytaxtlara çatacaq”

loading...

Ən çox oxunanalar