Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsabil Qasımovun adı hallan "un qalmaqalı"na deputatdan açıqlama gəldi

“Sosial şəbəkələrdə erməni vətəndaşlarına “Karmen” adlı unun göndərilməsi fotoları yayılıb. Paylaşıma baxdım və burada qeyri-adi bir şey yoxdur”.

PİA.az-ın xəbər verir ki, bu barədə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, sabiq deputat Çingiz Qənizadə deyib.

Çingiz Qənizadənin sözlərinə görə, məsələdə adı hallanan keçmiş deputat Əsabil Qasımovla 10 il birlikdə İmişlinin millət vəkili olub:

“Əsabil müəllim olduqca ləyaqətli, dəyərli və vətəninə bağlı bir insandır. Sahibkarlıq fəaliyyəti var idi. Millət vəkili olan zaman fəaliyyətini dayandırıb, ailə üzvlərinin birinə həvalə etdi. Amma mənim bildiyimə görə, Gürcüstanda da un istehsalı ilə məşğul olurdu. Daha dəqiq desəm “Karmen” unu Gürcüstanda istehsal olunur. Gürcüstan bazarının 50 faizini “Karmen” unu təmin edir. Yerli bazarda satılan unun hansısa şəxs tərəfindən alınıb, başqa yerdə satılmasına görə heç kim məsuliyyət daşımır”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sdəri bildirib ki, Əsabil müəllimin sahibkar olaraq tək Gürcüstanda yox, Qazaxıstanda, Rusiyada da biznesi var:

“Bu paylaşım o demək deyil ki, Əsabil müəllim istehsal etdiyi malları Ermənistana satır. Bazarda topdansatış anlayışı var. Gürcüstan bazarından ermənilər tərəfindən un alınaraq, Ermənistan ərazisi vasitəsi ilə Dağlıq Qarabağda olan mülki ermənilərə satılır. Əgər “Karmen”in Ermənistanda nümayəndəliyi olsaydı, öncə mən öz iradımı bildirərdim. Bizə birlik lazım olan zamanda bunu etmək olmaz.

Allah xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı qorusun”. (Modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar