Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın “kokain diplomatiyası”

Görünür dünya Qarabağdakı hərbi məğlubiyyətin Ermənistanın hakim elitasını ayıldacağı və dünyaya baxışlarını daha adekvat edəcəyi qənaətində tələsib.

Bu barədə Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın “münaqişənin yalnız beynəlxalq ictimaiyyətin “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququnu tanıması şərti ilə həll ediləcəyi” barədə sərsəm bəyanatına münasibət bildirilən “American Policy News” nəşrində deyilib.

Məqalədə vurğulanır ki, Ermənistanın xarici siyasət qurumu rəhbərinin bu bəyanı beynəlxalq ictimaiyyəti çox təəccübləndirib.

“Onların bir qismi ehtimal edir ki, Ara can müharibənin 44 gününü yatıb və bu səbəbdən Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aqressiv ritorikasını davam etdirmək iqtidarında olmadığını qətiyyən anlamır. Auditoriyanın başqa bir hissəsi də ciddi şəkildə düşünür ki, erməni diplomatiyasının başçısı bu bəyanatı verərkən Latın Amerikasından gələn yüksək keyfiyyətli kokainin təsiri altında olub”, - deyə məqalədə vurğulanıb.

“İrəvan 30 ilə yaxın müddətdə narahat olmadı, indi isə “güclü təpik” və “cingiltili şillədən” sonra qəflətən qürurlu bir mövqe tutmağa qərar verib və parlaq zəfər çalmış ölkənin prezidentinə imzaladığı sənədlərin düzgün başa düşülməsini öyrətməyə başlayıb”, - deyə müəllif əlavə edib.

“American Policy News” qeyd edir ki, Ayvazyan hazırkı vəzifəsini əslində məsuliyyət kimi deyil, əlavə qazanc üçün fürsət pəncərəsi kimi qəbul edir.

Ermənistan Xarici İşlər Nazirliyini bütün karyerası boyu (əksər hissəsi bu və ya digər şəkildə Latın Amerikası ilə əlaqəli idi) bununla məşğul olub. Ayvazyan 1996-2006-cı illərdə Ermənistanın Argentina və Çilidə, 2000-2006-cı illərdə isə Uruqvayda səfiri olub. 10 illik fasilə və 2016-2020-ci illərdə yenə Meksikada səfir, 2017-ci ildən 2020-ci ilə qədər - Kuba, Kosta Rika, Honduras və Qvatemalada səfir, 2018-ci ildən 2020-ci ilə qədər Panamada səfir olub. Bax, belə bir “işgüzar”.

Məqalə müəllifinin sözlərinə görə, “seks, narkotik və Frida Kalo” qitəsində on illik fasilə təsadüfi olmayıb, “diplomatiya nəhəngi” orada ciddi bir qalmaqalda əsas fiqur olub.

“Ara Ayvazyan bilərəkdən Cənubi Amerikada başgicəlləndirici qaçaqmalçılıq sxemlərini fırladan mütəşəkkil bir diplomatik qruplaşmaya qatıldı, hansı ki, üzvləri Nigeriya, Çili, Mərakeş, Boliviya kimi ölkələrin diplomatları və diplomatik cəbhənin erməni əsgərləri idi”, qəzet əminliklə bildirir.

Nəşrin məlumatına görə, nə Argentina prokurorluğunun, nə də onun İspan mütəşəkkil cinayətkarlığı ilə əlaqələri ilə bağlı həvəslə ifadəsini arzulayan Barselonanın hüquq-mühafizə orqanlarının Ayvazyana əli çatmadı.

“İndi belə bir reputasiya sahibi və Latın Amerikasının hüquq-mühafizə orqanlarının diqqətində olan bir şəxs erməni diplomatiyasına rəhbərlik edir, prezidentlərə müqavilələri və razılaşmaları necə düzgün oxumağı öyrədir. Bəs necə olmalıdır, heçnəsiz qalan İrəvan üçün Ayvazyan da bir diplomatdır. Görünən odur ki, Ermənistanın boş-boğaz hakimiyyəti hadisələrə real baxmaq niyyətində deyil, bu halda narkotik kartelləri ilə əlaqəsi olan xarici işlər naziri ən ehtiyac duyduqları şeydir”, - deyə “American Policy News” xəbər yayıb. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar