Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın vaxtına günlər qaldı - Azərbaycan tarixi hadisənin astanasında

“10 noyabrdan sonra artıq konfiqurasiya formalaşıb. Bu konfiqurasiyaya Azərbaycan, Rusiya, Ermənistan və gözə görünməyən Türkiyə daxildir. O mənada ki, Türkiyənin üçtərəfli bəyanatlarda imzası olmasa da, amma Ağdamda fəaliyyət göstərən Monitorinq Mərkəzindədir, eyni zamanda bütün görüşlər, hər hansı bir razılaşmalar əldə olunanda Rusiya rəsmiləri - Prezident, XİN rəhbəri, Müdafiə Naziri Türkiyəli həmkarlarına bu haqqda məlumat verirlər. Bu nöqteyi nəzərdən Türkiyə də bu konfiqurasiyanın içindədir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Ermənistan üçtərəfli bəyanatları icra etməkdən boyun qaçırmaq üçün sərhəddə gərginliyi artırır:

"Konfiqurasiya daxilində də qərarlar qəbul olunur. Bu qərarların icrası da artıq başlamalı idi. Bura kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi v s. aiddir. Lakin Ermənistanda daxili-siyasi vəziyyət qarışdı, seçkilər oldu və seçkilərdən sonra artıq Paşinyanın qalib gəldiyi açıqlandı. Müxalifətin müəyyən şikayətlərinə görə hökümətin formalaşması prosesi biraz ləngiyir, amma bu da yaxın 10 gün ərzində həll olunmalıdır. Yəni, bu konfiqurasiya daxilində qəbul olunmuş qərarların icrası ilə bağlı artıq Ermənistanda hər hansısa bir məsələ yoxdur ki, onu gündəmə gətirib yenidən vaxtı uzatsınlar. Ona görə də Ermənistan may ayından başlayaraq sərhəddə Minsk Qrupunun digər üzvlərinin, müşahidəçilərinin, beynəlxalq hərbi kontingentin yerləşdirilməsinə çalışmaqla bütün fəaliyyətini ya hazırki konfiqurasiyanı dağıtmağa, ya Minsk Qrupunu bərpa etməyə, ya da hazırki razılaşmaların, qərarların, bəyanatların və s. üstündən xətt çəkərək və yeni oyunçuları regiona gətirməyə can atır.

Avropa Birliyinin seçki bitəndən sonra, hökümət formalaşdırılmamış hələ Ermənistana 1.6 milyard avro, daha sonra 1 milyard avro həcmində 5 illik bir investisiya ayırdı. Məsəl üçün, ABŞ səfirinin iki gün öncə sərhəddə, Zəngəzura (Sünik) səfəri, oradakı vəziyyətlə maraqlanması, AB-nin məhz Zəngəzura yönəlik bir neçə yüz min avroluq sərmayə proyektinin elan olunması, - bütün bunlar onu göstərir ki, Paşinyanın əsas məqsədi hazırki konfiqurasiyanı dağıtmaq və yaxud onun əvəzinə yeni bir danışıqlar platformasını ortaya gətirməkdir. Və bütün bu gərginliklər də məhz onunla bağlıdır ki, artıq hökümət formalaşandan sonra, tam bütün daxili siyasi problemlər həll olunandan sonra - və bu, artıq görünür, - həm Rusiya, həm Azərbaycan bu noyabr, yanvar və digər tarixlərdə bizim bildiyimiz, hətta bilmədiyimiz razılaşmanı həyata keçirməsini tələb edəcəklər. Bu, artıq görünür ki, Rusiya da, Azərbaycan da Paşinyandan bəyanatların şərtlərini həyata keçirməsini tələb edirlər. Paşinyan isə bundan boyun qaçırmaq üçün sərhəddə gərginliyi artırır. Ona görə də sərhəddəki bütün gərginliyin əsas məqsədi məhz budur".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar