Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın sabiq MTX rəisi: Dövlət orqanları daha Paşinyana tabe olmur

"Nikol Paşinyanın başqa çıxış yoxdur, o, mütləq istefaya getməyə məcburdur".

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, "Ayrenik" ("Vətən") Partiyasının sədri Artur Vanesyan deyib.

Onun sözlərinə görə, əgər Nikol Paşinyan 8 dekabr saat 12:00-yə qədər istefaya getməsə, xalq öz tələbini itaətsizlik aksiyaları ilə təqdim edəcək.

"Paşinyanı mümkün qədər tez kənarlaşdırmaq üçün qanunla nəzərdə tutulmuş bütün addımların atılmasına təşəbbüs göstərəcəyik", - "Vətən" Partiyasının lideri bildirib.

İtaətsizlik olacağı təqdirdə hüquq-mühafizə orqanlarının həbsləri həyata keçirməyə başlayacağı ilə bağlı təhlükənin olub-olmayacağı barədə suala cavabında Artur Vanesyan bildirib ki, Ermənistan Respublikasında yalnız hüquq-mühafizə sistemi deyil, həm də dövlət strukturları daha Nikol Paşinyana tabe olmur.

"Polis öz işini yerinə yetirir, Nikol Paşinyanın yox, bizim hamımızın təhlükəsizliyini təmin edir", - deyə o əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar