Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın israrla atəşkəs tələbinin altında hansı məqsədlər var? - Ərəstun Orucludan şərh

Ermənistan tərəfi döyüşlər başlayandan sonra parlamentdə yekdilliklə sülhə deyil, müharibəyə səs vermələrinə baxmayaraq  bütün beynəlxalq təşkilatlara müraciət edərək atəşkəsin bərpa olunmasını tələb edirlər...

Siyasi şərhçi: “Parlamentdə səsvermə zamanı erməni siyasətçilər də özlərinin yaratdığı eyforiyanın təsiri altında idi. Məhz buna görə də sülhə yox, müharibəyə səs verdilər. Reallığı dərk etmədilər və nə baş verdiyini anlamadılar”.

Azərbaycan bu gün bir çox ölkələrə həqiqətən nümunə ola biləcək müharibə aparır. Zaman gələcək Azərbaycanın Qarabağda apardığı bu günkü savaş müasir müharibənin konkret nümunəsi kimi hərbi dərsliklərə düşəcək”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Ermənisranın israrla atəşkəs tələbinin altında hansı məqsədlərinin olduğunu PİA.az-a şərh edərkən qeyd edib.

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir və həlak olanlar arasında uşaqlar da var. Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Eyni zamanda Ermənistan döyüşlər başlayandan sonra parlamentdə yekdilliklə sülhə deyil, müharibəyə səs veriblər. Buna baxmayaraq ermənilər bütün beynəlxalq təşkilatlara müraciət edərək atəşkəsin bərpa olunmasını tələb edirlər.

Ermənistanın israrla atəşkəs tələbinin altında hansı məqsədlər var və bu yolla Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirə biləcəkmi? Ümumiyyətlə cəbhədə baş verənləri və erməni terroruna qarşı Azərbaycan ordusunun keçirdiyi əməliyyatı necə şərh etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclunun fikirlərini öyrənib.

Ərəstun Oruclu: “Azərbaycan cəmiyyəti böyükdən kiçiyə tam olaraq torpaqlarını işğaldan azad etmək məsələsinə köklənib. Ən vacib faktor da budur”.

Azərbaycanın bu gün bir çox ölkələrə həqiqətən nümunə ola biləcək müharibə apardığını düşünən siyasi şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, zaman gələcək Azərbaycanın Qarabağda apardığı bu günkü savaş müasir müharibənin konkret nümunəsi kimi hərbi dərsliklərə düşəcək:

“Uzun illərdir Ermənistan hakimiyyəti öz cəmiyyətini yalnız zorakılığa, terrora, başqa ölkələrin - konkret isə Azərbaycanın torpaqlarını işğal etməyə və işğal olunmuş torpaqların mənimsənilməsinə kökləməsi bu gün öz nəticələrini verdi. Hələ də verməkdədir. Amma məsələ burasındadır ki, parlamentdə səsvermə zamanı erməni siyasətçilər də özlərinin yaratdığı eyforiyanın təsiri altında idi. Məhz buna görə də sülhə yox, müharibəyə səs verdilər. Reallığı dərk etmədilər və nə baş verdiyini anlamadılar. Çünki uzun illər boyu düşünürdülər ki, Azərbaycan artıq hər şeylə barışıb.

Başqa bir səbəb isə bundan ibarətdir ki, Ermənistan hakimiyyəti əhalisini Qarabağ məsələsinə o qədər dərindən kökləyib ki, özü də faktiki həmin siyasətin girovuna çevrilib.

Bu səbəbdən də parlamentdə məhz həmin səsvermə zamanı bir nəfər də olsun sülhə səs vermədi. Hamısı yalnız müharibənin davamına səs verdi. Onlar başa düşürdülər ki, sülhə səs versələr, cəmiyyət bunu qəbul etməyəcək. Halbuki ki, cəmiyyətlərini bu vəziyyətə gətirib çıxaran həmin siyasi camiyə olub. Yəni erməni siyasətindəki populizm özü özünü qurban verdi.

Ərəstun Oruclu: “Məlum oldu ki, uzun illər torpaqların işğaldan azad olunmasına açıq təşəbbüs göstərməyən xalq əslində heç nəyi unutmayıb. Xalq sadəcə olaraq hakimiyyətdın qərarını gözləyib”.

Öz torpaqlarında hərbi əməliyyatlar aparmaq Azərbaycanın haqqıdır. Hal-hazırda Azərbaycan bu siyasəti çox uğurla həyata keçirir. Bunu da dayanmadan məntiqi sonluğa qədər davam etdirmək lazımdır.

Azərbaycan bu gün bir çox ölkələrə həqiqətən nümunə ola biləcək müharibə aparır. Zaman gələcək Azərbaycanın Qarabağda apardığı bu günkü savaş müasir müharibənin konkret nümunəsi kimi hərbi dərsliklərə düşəcək.

Hesab edirəm ki, Ermənistan Azərbaycanın bu cür müharibə aparcağını gözləmirdilər. Burada bir faktı da mütləq qeyd etməliyəm. Bu fakt Azərbaycan cəmiyyətinin torpaqların işğalına münasibidir. Məlum oldu ki, uzun illər torpaqların işğaldan azad olunmasına açıq təşəbbüs göstərməyən xalq əslində heç nəyi unutmayıb. Xalq sadəcə olaraq hakimiyyətdin qərarını gözləyib.

Ermənilər növbəti dəfə təcavüzə əl atanda xalq heç qərarı da gözləmədi. Xalq küçələrə, meydanlara çıxaraq orudusuna dəstək olmağa qərar verdi və kütləvi şəkildə səfərbərliyə yazıldı. Azərbaycan cəmiyyəti böyükdən kiçiyə tam olaraq torpaqlarını işğaldan azad etmək məsələsinə köklənib. Ən vacib faktor da budur. Deməli Azərbaycanın həyata keçirdiyi əməliyyat da uğurla nəticələnəcək. Buna zərrə qədər də şübhəm yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar