Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın hazırkı addımları nədən xəbər verir? - Baza danışıqları başlayacaqmı?..

Durmadan atəşkəs istəyən, amma danışıqlardan da qaçan ermənilər problemin həllini görə bilirlərmi?..

Politoloq: “Ermənistanın mövqeyində ciddi dönüş olmayacaq. Onlar Qarabağa yalnız müstəqillik tələb etməklə baza prinsipləri üzrə danışıqları arxa plana keçirirməyə, dəyişən statys-kvonu bərpa etməyə çalışılar ”.

Rusiya iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Çünki, iki ölkənin bir araya gəlməsnii Moskva öz geosiyasi maraqlarına zidd hesab edir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycanla Rusiya arasında razılaşdırılan humanitar atəşkəsin ikinci dəfə ilk saatlardan iflas etməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər də, sentyabrın 27-dən sonra isə dəfələrlə Ermənistana xəbərdarlıq edərək vaxt itirmədən Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmaq, yalnız konkret vaxt və cədvəl təqdim etməklə danışıqlar masasına oturmağın mümkünlüyü barədə xəbərdarlıq etmişdi. ATƏT-in Minsk qrupunun çağırışları ilə razılaşan rəsmi Bakı oktyabrın 10-dan humanitar atəşkəs elan edilməsi barədə Rusiya XİN rəhbərinin iştirakı ilə birgə bəyanatı imzaladı. Amma ermənilər ilk fürsətdə atəşkəsi pozdular.

Oktyabrın 18-dən isə Moskvada imzalanan humanitar atəşkəs ikinci dəfə qüvvəyə mindi. Amma ilk saatlardan iflas elədi. Hazırda atəşkəsin arxa plana keçdiyi açıq görünməkdədir. Bu o anlama gəlir ki, artıq Moskvada əldə olunanan razılaşmada nəzərdə tutulan baza danışıqları da yaxın zamanlarda başlamayacaq? Ümumiyyətlə atəşkəs istəyən, amma danışıqlardan qaçan ermənilərin hazırkı addımları nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Moskvada ikinci humanitar atəşkəs razılaşması məhz Paşinyanın avantürist siyasətini ortaya qoydu”.

Azərbaycan prezidenti İlham Əliyevin baza prinsipləri üzrə danışıqlara başlamaq tələbini Yerevanın hələ ki, qəbul etmədiyini xatırladan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bu da nəticədə aktiv hərbi əməliyyatlara davam etməsinə gətirib çıxarır. Atəşkəs kövrəkdir və bu atəşkəsin pozulmasında mövqelərini itirən Ermənistan hakimiyyəti maraqlıdır:

Ermənistan tərəfi Azərbaycana qarşı assimetrik müharibə aparır. Həmçinin atəşkəs rejiminin bərpası üçün Minsk qrupunun həmsədrləri, xüsusilə Rusiyadan durmadab xahiş edir. Təbii ki, Azərbaycan oktyabrın 10- da ilkin humanitar atəşkəsə razılıq verdi. Nəticədə ermənilər bu atəşkəsdən itirdikləri mövqeləri qaytarmağa cəhd etmək üçün fürsət olaraq dəyərlındirdilər. Gəncəyə raketler ataraq onlar acizliklərini nümayiş etdirməklə yanaşı öz vəhşii və qeyri-insani simalarını da ortaya qoydular. Ona görə də erəınilərin atəşkəs istəyinin hansı məqsədlə istədiklərinin səbəbi heç kimə sirr deyil. Bir saha qüyd edim ki, ermənilərin atəşkəsi itirdiklərini qaytarmaq üçün fürsət kimi dəyərləndirdikləri aydın oldu.

Hesab edirəm ki, Ermənistanın mövqeyində ciddi dönüş olmayacaq. Onlar Qarabağa yalnız müstəqillik tələb etməklə baza prinsipləri üzrə danışıqları arxa plana keçirirməyə, dəyişən statys-kvonu bərpa etməyə çalışılar Demək olar ki, erməni tərəfinin atəşkəsi istəməsi əsasən özlərinin möhkəmlənməsinə və status-kvonun saxlanmasına hesablanır. Ona görə də Mockvanın və Parisin təkidi ilə baş tutan ikinci humanitar atəşkəs razılaşması məhz Paşinyanın avantürist siyasətinin nəticəsində uflasa uğradı.

Məhəmməd Əsədullazadə: “Baza prinsipləri üzrə danışıqlara Azərbaycan getməməlidir”.

Birmənalı şəkildə burada Rusiya da iki ölkə arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Çünki, iki ölkənin bir araya gəlməsi Moskva özünün geosiyasi maraqlarına zidd hesab edir. Bu üzdən düşünürəm ki, status-kvonun bu və digər şəkildə qorunub saxlanılması Moskvanın geosiyasi maraqlarını təmin edir.

Düşünürəm ki, Yerevan rəhbərliyinin əsas planı ondan ibarətdir ki, Rusiya müdaxilə etsin və sülhməramlı qüvvələr Qarabağa yerləşdirilsin. Lakin regionda dəyişən geosiyasi nizam, qüvvələr nisbəti Moskvanın burada birtərəfli aktiv müdaxiləsini istisna edir. Rusiyanın müdaxiləsi regionda balansın kəskin pozulmasına gətirib çıxarar. Moskva isə sona qədər bu məsələdə əsas arbitr olaraq qalmaq istəyir.

Ona görə də Azərbaycanın başladığı əks-həmlə əməliyyatı ərazilərin tam işğaldan azad edilməsinə hesablanır. Ümumilikdə baza prinsipləri ermənilərin döyüşsüz təslim olmasını təmin edir. Həmçinin də Azərbaycan prezidenti İlham Əliyevin baza prinsipləri üzrə danışıqlara başlamaq tələbini Yerevanın hələ ki, qəbul etmirlər və bu da nəticədə aktiv hərbi əməliyyatlarln davam etməsinə gətirib çıxarır.

Qeyd edim ki, elan olunan atəşkəs kövrəkdir və bu atəşkəsin pozulmasında Ermənistan hakimiyyəti maraqlıdır. Çünki yaranmış atəşkəs sülhə aparçır, əksinə ermənilərə bir qədər nəfəs verməklə müharibənin davam etməsinə hesablanıb.

Hesab edirəm ki, baza prinsipləri üzrə danışıqlara Azərbaycan getməməlidir və artıq son qələbəyə qədər müharubıni davam etdirməlidir.

Ümiiyyətlə Ermənistan ilk gündən baza prinsiplərini qəbul etməyibsə, bundan sonra da etməyəcək. Çünki ermənilırin əsaslandığı yeganə prinsip Qarabağın müstəqilliyidir və bu da mümkün deyil. Ona görə də ermənilırin yaxın zamanlarda baza prinsipləri ilə substantiv danıçıqlara gedəcəyini zənn etmirəm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar