Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağ münaqişəsinin bitməsi kimi dəyərləndirmək olarmı?

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağ münaqişəsinin bitməsi kimi dəyərləndirmək olarmı?.. 

Politoloq: “Ermənistan rəhbərliyininin regionda yeni formalaşan siyasi nizamı qəbul etməkdən başqa çıxış yolları yoxdur”.

Moskvada görüş olacaqsa da, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi razılaşdırılacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması iddiasını PİA.az şərh edərkən qeyd edib.

Siyasi kluarlarda çox da uzaqda olmayan zaman üçün Ermənistanın və Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacağına dair informasiyalar intensivləşib. Bəs sülh müqaviləsi çərçivəsində bunu mümkün hesab etmək olar? Ümumiyyətlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Qarabağ münaqişəsinin bitməsi kimi dəyərləndirmək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Seçkilərdə erməni əhalisi Paşinyana ona görə səs verdi ki, ölkəni blokadadan çıxarsın və iqtisadi inkişafa nail olsun”.

Azərbaycanla sülh müqaviləsinin bağlanmasına erməni tərəfinin hələki tam hazır görünmədiyi vurğulayan politoloq PİA.az-a bildirib ki, Ermənistanla nəqliyyat əlaqələrin bərpası və sərhədlərin delimitasiyasında razılaşarsa, ərazi bütövlüyünü tanıyarsa, Qarabağ münaqişəsinin bitməs, ən əsası davamlı sülh üçün platforma formalaşacaq:

Ermənistan rəhbərliyininin regionda yeni formalaşan siyasi nizamı qəbul etməkdən başqa çıxış yolları yoxdur. Əgər Ermənistan yeni siyasi nizamı qəbul etməsə, bu ölkənin blokadada qalması və etirazların baş qaldırması ilə nəticələnə bilər. Seçkilərdə erməni əhalisi Paşinyana ona görə səs verdi ki, ölkəni blokadadan çıxarsın və iqtisadi inkişafa nail olsun. Bu inkişaf və blokadadan çıxmaq məhz Azərbaycanla sülh müqaviləsinin bağlanmasından keçir.

Azərbaycanla sülh müqaviləsinin bağlanmasına erməni tərəfi hələki tam hazır görünmür. Amma Ermənistanla nəqliyyat əlaqələrin bərpası və sərhədlərin delimitasiyasında razılaşarsa, ərazi bütövlüyünü tanıyarsa, Qarabağ münaqişəsinin bitməs, ən əsası davamlı sülh üçün platforma formalaşacaq. Azərbaycan isə öz növbəsində Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır.

Bildiyimiz kimi hər iki ölkənin lderlərinin görüşü gözlənilir. Əsas problem məhz Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Danışıqlar bu istiqamətdə olacaq. Hesab edirəm ki, N. Paşinyan məcburiyyətdən buna gedə bilər. Ümumilikdə bu görüş yekun sülh razılaşması üçün təməl baza yarada bilər. Hələki 10 noyabr və 11 yanvar razılaşmaları reallaşmalıdır. Moskvada görüş olacaqsa da, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi razılaşdırılacaq. Bu, Ermənistanın çıxış yoludur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətindədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar