Cümə axşamı, 29 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ermənistanı Azərbaycana qarşı qoyan kimdir?

Arslan Tekin
“Yeniçağ” qəzeti, Türkiyə, 29 sentyabr 2020-ci il

Ermənistan yenidən Azərbaycana qarşı hücuma keçərək mülki əhalini hədəf alıb.

Bəs Ermənistanı bunu etməyə kimlər sövq edir? Ölkənin silahı yox, iqtisadiyyatı çöküb. İnsanların təxminən 1/3-i aclıqdan qaçıb, başqa ölkələrə üz tutub. Onlardan, bəlkə də 100 mini Türkiyədədir. Türkiyəyə yalnız iş üçün, qarınlarını doydurmaq üçün gəlmirlər.

3 milyon əhalisi olan Ermənistan niyə hücuma keçib?

Ortada bir plan var, amma bu plan Ermənistanın, Rusiyanın, ABŞ-ın, yoxsa Fransanın planıdır? Əslində, elə hamısı iştirakçı ola bilər. Qarşılarında türklər varsa, sözsüz ki, hücum edərlər. Ən çox hücum edən də Rusiyadır.

Sovet ittifaqı dağıldıqdan sonra ruslar Azərbaycanın, ümumiyyətlə müstəqil olmasını istəmirdilər. Ona görə, tanklarını və tüfənglərini Azərbaycana yığdılar. 1990-cı il 20 yanvar günü Bakıda törədilən qırğını xatırlamaq kifayətdir. Ruslar Sovet İttifaqındakı hansı ölkəyə daxil oldular? Yalnız Azərbaycana və Çeçenistana.

Rusiya-Erm%C9%99nistanda-h%C9%99rbi_149258466632423423_1508582217.jpg" />

Ruslar Çeçenistanın paytaxtı Qroznıda prezident sarayını günlərlə bombaladılar və azadlıq məşəlini söndürdülər. Putin gəldikdə isə minlərlə çeçeni qıraraq öz hakimiyyətlərini qurdular.

Lakin Putin sələflərinin Azərbaycandakı “azadlıq məşəlini” söndürə bilməməsini həzm edə bilməyib. Bu məsələni heç vaxt unutmamalıyıq.

Keçmişdə Osmanlı üçün Balkanlar nə idisə, indi də ruslar üçün Qafqaz odur. Rumelinin itirilməsi Osmanlı imperiyasını necə çökdürdüsə, Qafqazdakı təsiri zəifləyən Rusiya da parçalanmağa məhkum olacaq. Beləliklə, tədricən Moskva ətrafındakı bir knyazlığa çevriləcək. Türkləri məğlub edən ruslar tarix boyunca torpaqlarını Sibirə və Qafqaza qədər genişləndirmişlər. Bu baxımdan, rusların Qafqazdakı tam hökmranlığı Türkiyə üçün çox böyük bir təhlükədir.



1991-ci ildə AzərbaycanErmənistan müharibə edərkən Türkiyənin verdiyi dəstək çox məhdud idi. Əlbəttə ki, qeyri-rəsmi dəstək verilirdi. Hətta bəzi qruplar könüllü olaraq cəbhəyə qaçırdı. Çeçenlərin də Azərbaycanda ermənilərə qarşı müharibədə necə iştirak etdiyi çoxlarına məlumdur.

Azərbaycana müdaxilə etmək Qafqaza müdaxilə etməkdir. Qafqaza qarşı hücum isə Türkiyəyə hücum etmək mənasına gəlir.

Ankara “təhlükə”ni hiss edib. Ona görə, hər cür dəstək verir. Bütün dünya Türkiyənin istehsal etdiyi insansız hava vasitələrinin gücünə Suriyada, Liviyada şahid olub. Bunun rolu Azərbaycanda da nəzərə çarpır. Ümid edirik ki, ağıllı bir müharibə strategiyası ilə erməni əsgərləri köhnə sərhədlərinə doğru püskürdüləcək və Dağlıq Qarabağ xilas olacaq.

Bütün qəlbimizlə Azərbaycanın yanındayıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar

“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Ukraynalı politoloq

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

Rusiya Azərbaycana və Türkiyəyə həqiqətən yaxın ola bilərmi?..

“Ərdoğan bu üç ölkəyə xəbərdarlıq etdi” - Politoloq

Türk “F-16”-ları xarici mətbuatın “qarın ağrısı”na çevrilib

Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi kəskin tənqid olunur

Ermənilərin “müqəddəs ata”sı ordumuz tərəfindən zərərsizləşdirildi - Foto

Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupu məhv edildi – Video

Bərdəyə raket atılması nəticəsində 21 nəfər ölüb, 70 nəfər yaralanıb - Yenilənib

Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Video

loading...

Ən çox oxunanalar