Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ermənistan“Euronews” telekanalının çəkiliş qrupunu raket atəşinə tutdu - Video

"Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik".

PİA.az-n xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk.

Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir.

Üzərində “Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşımışdır.

“Euronews”un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür (https://vimeo.com/472347741).

Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəymişdir.

Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər. Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.

Hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır", - H.Hacıyev əlavə edib.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

Ermənilər Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - Fotofakt

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

“YAP hakimiyyəti 27 ildir demirdimi ki...” - Natiq Cəfərli

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

“Böyük bir müharibə başlaya bilər...” - Senatordan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

Bayraqla rəqsinə görə qovulan tələbə universitetə bərpa olunub - Foto

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay