Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda seçkilərin yekun nəticələri:Paşinyan 70.4 fazilə qalibdir

Ermənistanda baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın alyansı parlament seçkisində böyük səs fərqiylə qalib gəlib

Alyansa səslərin 70 faizindən çoxunu yığaraq, Paşinyanın sözlərilə desək, ölkəyə “inqilabi çoxluğu” qazandırıb.

Artıq 2010 seçki məntəqəsindəki bülletenlərin hamısı sayılıb. Mərkəzi Seçki Komissiyası Paşinyanın “Mənim Addımım” alyansının səslərin 70,4 faizini qazandığını bildirir.

Varlı biznesmen Qagik Tsarukyan-ın “Firavan Ermənistan Partiyası” səslərin 8,3 faizini qazanıb.

Liberal, qərbyönümlü “Parlaq Ermənistan” partiyası 6,4 faiz səslə üçüncü yerdədir. Bu partiyaya Paşinyanın müttəfiqi Edmon Marukyan başçılıq edir.

Keçmiş hakim Respublikaçı Partiyası (HHK) isə səslərin cəmi 4,7 faizini yığıb ki, bu da parlamentə daxil olmaq üçün qoyulan səviyyədən azdır. Dashnaktsutyun 3,9 faiz səs toplayıb.

Paşinyan dekabrın 10-da deyib ki, seçkilər “təmiz və şəffaf” keçib. O, jurnalistlərə açıqlamasında söyləyib ki, “ölkəmizin vətəndaşları inqilabi çoxluğa səs verirlər və bunu sakit mühitdə edirlər”.

MSK seçkidə səsvermə hüququ olanların yalnız 48, 6 faizinin iştirak etdiyini bildirib. Bu, 2017-ci ilin aprelində keçirilmiş seçkidəki seçici iştirakından 12 faiz azdır.

Paşnyan isə gün ərzində “Facebook”-da canlı müraciətlərində bu göstəricinin azlığını belə izah edib ki, 2017-ci ildə və HHK hakimiyyətdə olduğu müddətdə keçirilən digər seçkilərdə adamları avtobuslara doldurub səsvermə məntəqələrinə aparırdılar və hamınızın yaxşı bildiyi mexanizmlər üzrə səsverməyə məcbur edirdilər.

“Hazırda belə mexanizmlərdən istifadə olunmur və oluna da bilməz”, – Paşinyan deyib.

Paşinan hakimiyyətə bu ilin mayında, küçə etirazları nəticəsində gəlib. 10 il ölkəyə prezidentlik etmiş Serj Sarkisyan isə baş nazir postunda cəmi bir həftə qala bilib, aprelin 23-də istefa verib.

(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar