Çərşənbə, 13 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ermənistanda nazir LGBT mövzulu filmə "sponsor"oldu - istefası tələb edilir

Ermənistanda nazir Araik Harutyunyanın istefa verməsi tələb edilib...

Erməni politoloq Hrant Məlik-Şahnazaryan cinsini dəyişən adam barədə çəkilmiş “Mel” filminin maliyyələşdirməsinə görə Elm, Təhsil, Mədəniyyət və İdman naziri Araik Harutyunyan istefa verməsini tələb edib.

M.Şahnazaryan bildirib ki, bu filmin çəkilməsinə etiraz edən və nazir Araik Harutyunyanın “geridə qalmış və pis niyyətli” adlandırdığı gənclərin hökumətə konkret sualları var:

“Onlar başa düşmək istəyirlər ki, Ermənistan dövləti cinsini dəyişən bir adam haqqında film çəkmək üçün niyə pul ayırır? Niyə Ermənistan dövləti bəzi ixtisaslar üzrə erməni dili və tarixi fənlərini universitet kurikulumundan xaric etmək istəyir?

Ermənistan Respublikası hökumətinin vətəndaşlara və gənc nəslə hansı mesajları göndərdiyini başa düşmək istəyirlər. Onların bunu bilmək haqqı var”.

Politoloq qeyd edib ki, artıq tələbələr bu mövzuda Baş nazir Nikol Paşinyanla da müzakirəyə razı deyillər:

“Tələbələr Baş nazirlə birbaşa ünsiyyətdən məyus olublar. Buna görə də açıq şəkildə bildirirlər ki, Paşinyanla müzakirə edəcəkləri bir şey yoxdur. Yalnız bir tələb var – nazir Harutyunyanın istefası və bu sahədə hökumətin siyasətinə yenidən baxılması”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar