Ermənistan hərbçisi pulemyotla özünü vurub...
Ermənistanda müddətdən artıq xidmət edən hərbi qulluqçu Qeqam Xaçatryan adına təhkim olunan pulemyotdan özünü vurub.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, o, aldığı güllə yarasından ölüb.
Faktla bağlı intihar həddinə çatdırma əlamətləri üzrə cinayət işi başlanılıb.
pia.az