Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ermənistanda “Laçın davası” qızışır

“Əminəm ki, Zod qızıl mədəninin əhəmiyyətli hissəsini nəzarətə götürən Azərbaycan Silahlı Qüvvələri noyabrın 30-u gecə saatlarında Laçına daxil olacaq”.

Bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Tarix institutunun direktoru Aşot Melkonyan bildirib.

O qeyd edib ki, Laçının Azərbaycana verilməsi üçtərəfli sazışdə də nəzərdə tutulub. “Bu baxımdan Laçın Azərbaycana veriləcək”, - deyə o vurğulayıb.

Melkonyan üçtərəfli sazişlə bağlı Ermənistan hakimiyyətinə ünvanladığı suallara heç bir cavab verilmədyinə də toxunub.

“Artıq üçüncü həftədir ki, mən media vasitəsilə bu barədə Ermənistan hakimiyyətinə suallar ünvanlayıram. Bilmək istəyirəm ki, sazişdə Ermənistan üçün daha faciəvi bəndlər varmı? Amma heç kim cavab vermir. Mən rəsmi izahat tələb edirəm!

Bu gün söhbət Laçının mərkəzindən gedir. Laçın Azərbaycana veriləcək. Ancaq bu Laçının mərkəzindən keçən 5 kilometrlik dəhlizə sahib olmaq haqqımızı əlimizdən alır. Hökumətdən tələb edirəm ki, Rusiyanın dəstəyi ilə Azərbaycanın Laçını nəzarətə götürməsinə mane olsun. Çünki Ermənistandan Qarabağa gedən həyatı əhəmiyyətli yol burdan keçir”, - deyə Melkonyan vurğulayıb.(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsgər yoldaşlarını öldürən Ramil 24 il 6 ay həbs cəzası aldı

Cahangir Əsgərovun qızı İngiltərədə daha bir şirkəti açdı – Fotofakt, Video

Kamran Əliyev Nəcməddin Sadıqovun adamını vəzifədən qovacaq - Biznesmen imiş

“Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm...” - Vəzirov

Qarabağda 12 320 erməni hərbçisi öldürülüb - Yerevan açıqladı

Bədbin proqnoz: “Yeni bahalaşma dalğası gəlir”

Xocalı qatili general Manvel Qriqoryan qəbirdən “xortdadı” - Video

Qazaxıstan və Rusiyanın imtina etdiyi viruslu pomidorlar Bakıda satışa çıxarılır? - Bu məhsul nə qədər zərərlidir...

"ABŞ Əliyev və Ərdoğana qarşı sanksiya tətbiq etməlidir" - Erməni lobbisinin Baydendən ilk tələbi - Video

Ən çox oxunanalar