Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda hökumət və ekoloqlar arasındakı “Amulsar” qızıl mədəni ilə bağlı savaş böyüyür

Ermənistanda “Amulsar” qızıl mədəni ərafında ətraf mühitin müdafiəçiləri ilə hökumət arasında münaqişə səngimir

Dünən İrəvanın mərkəzində keçirilən aksiyada 400-dən çox adam iştirak edib.

Qeyd etmək lazımdır ki, “Amulsar” layihəsi 2014-cü ildən bu yana ictimaiyyətin diqqətindədir. Həmin mədən imzalanan müqavilə ilə “Lydian İnternational” şirkətinin sahibliyinə verilib. Lakin ekoloqların buraya gedən bütün yolları qapatması nəticəsində heç bir iş aparılmayıb.

2019-cu ilin fevral ayında hökumət qızıl çıxarılması ilə bağlı ekoloji risklərin araşdırılması məqsədilə 400 min dollar pul ayırıb. Tədqiqat Earth Link & Advanced Resources Development (ELARD) adlı xarici şirkət tərəfindən həyata keçirilib.

Avqustun 14-də isə İstintaq komitəsi ekspertlər qrupunun gəldiyi nəticələri açıqlayıb. Buna görə “Amulsar”ın istismarında ətraf mühitə dəyən ziyanın minimal olacağı vurğulanıb. Nikol Paşinyan hökuməti isə gələn tələblərə rəğmən təkrar ekspertiza keçirməkdən imtina edib.

“Amulsar”ın yerləşdiyi Cermuk şəhərinin (Azərbaycanın tarixi Dərələyəz mahalı) sakinləri də etirazçılara dəstək verib. Onlar bu gedişlə kurort zona sayılan həmin ərazilərin mədən bölgəsinə çevriləcəyini söyləyiblər.

Qeyd olunur ki, “Amulsar” məsələsi Nikol Paşinyanın partiyası və tərəfdarları arasında da ciddi narazılığa gətirib çıxarıb.

Hakim “Mənim addımım” partiyasının deputatı Varazdat Karapetyan dünyada risksiz mədən olmadığını deyib.

“Biz keçmişdən olduqca pis miras qəbul etmişik. Onlarla mədən ölkə sularını çirkləndirir. Bundan sonra gələcək nəsillərə zəhərli drenajlar və turşu yağışları bəxş etməməliyik”, - deyə erməni deputat “Facebook” səhifəsində yazıb.

V.Karapetyanın eyni fraksiyadan olan həmkarı Mari Qalstyan isə ELARD şirkətinin tədqiqatının düzgünlüyünə şübhə ilə yanaşdığını bildirib və onun yalnız “Lydian” firmasının verdiyi sənədlər əsasında aparıldığına diqqət çəkib.

N.Paşinyanın yaxın tərəfdarı sayılan, “Restar Times” tələbə hərəkatınıb rəhbəri David Petrosyan isə hökumətin etirazçılara qarşı mövqeyini sərt şəkildə tənqid edib.

Politoloq Armen Vardanyan hökumətin iki od aradına qaldığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ səfiri David Milzin də “Lydian İnternational” şirkətinin tərəfində olması Nikol Paşinyanı çıxılmaz vəziyyətə salıb.

“Səfir açıq şəkildə bəyan edib ki, “Amulsar” problemi həll edilmədən Ermənistan ABŞ və Qərbdən hansısa investisiya gözləyə bilməz. Lakin bir yandan da Paşinyan mədəni bloklayanları güc yolu ilə dağıtmağa risk etmir. Bütün bunlar isə onun reytinqini aşağı sala bilər”, - deyə erməni siyasi eksperti söyləyib.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar