Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda hərbi hissənin əsgərləri üsyan etdilər

Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər üsyan qaldırıb

Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, 20-dək əsgər zabitlərdən birinin onlarla pis rəftarına görə üsyan edərək hərbi hissəni tərk edib. Ancaq hərbçilər daha sonra komandirin çağırışı ilə geri qayıdıblar. 20 əsgərin hamısı cəzalandırılaraq hərbi polisə təhvil veriliblər, oradan isə Dağlıq Qarabağa xidmətə qaytarılıblar.

Qeyd edək ki, üsyanda 600-dək əsgərin iştirak etdiyi də məlumatlar arasındadır. Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində zabitlərin heç bir günahı olmadığını qeyd edərək baş verənlərlə bağlı bunları yazıb: “Bir neçə intizamsız əsgər xüsusi şərtlərdə qulluq etmək, xüsusi geyimlər geyinmək, digərlərindən fərqli qidalanmaq istəyib.

Bu əsgərlər digər hərbçilərdən özlərinə “əhatə” düzəltməyə çalışaraq onları üsyana təhrik ediblər. Hərbi hissələrdə istənilən qayda pozuntusu qanunvericiliyin bütün sərt tərəfləri ilə cəzalandırılacaq. Mətbuatda yayılan düzgün olmayan xəbərlərdən sonra sözügedən hərbi hissədə tədqiqatlar aparılıb. Əsgərlərlə yanaşı, zabitlərin də cəzalandırılmasına qərar verilib. Bir neçə zabit vəzifəsindən qovulub”.

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar