Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda dövlət çevrilişi etməyə çalışanlar kimlərdir?

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayıb. Novator.az-ın məlumatına görə, Baş Qərargahın rəisi Onik Qasparyanın, onun müavinlərinin, idarə rəislərinin, iri hərbi birləşmələrin komandirlərinin imzaladığı bəyanatda baş nazir Nikol Paşinyanın istefası tələb olunur. Bəyanatda Tiran Xaçatryanın Baş Qərargah rəisinin birinci müavini postundan çıxarılmasına etiraz bildirilir.

Tiran Xaçatryanı prezident Armen Sərkisyan fevralın 24-də Nikol Paşinyanın təqdimatı ilə vəzifədən azad edib.

1971-ci il təvəllüdlü Tiran Xaçatryan general-leytenant, Ermənistanın Milli Qəhrəmanıdır. Azərbaycan torpaqlarının işğalının iştirakçısıdır. O, Baş Qərargah rəisinin birinci müavini postunu 2020-ci il iyunun 15-dən tuturdu.

40-dan çox hərbçinin imzaladığı bəyanat Nikol Paşinyanın sərt etirazına səbəb olub. O, bəyanatı dövlət çevrilişi cəhdi kimi qiymətləndirib, tərəfdarlarını paytaxt Yerevanın Respublika meydanına toplaşmağa çağırıb. Baş nazir Onik Qasparyanın da vəzifədən götürülməsi üçün prezident Armen Sərkisyana təqdimat verdiyini bəyan edib.

Onik Qasparyan 2020-ci il iyunun 8-dən Baş Qərargah rəisidir. O, 1988-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində xidmət keçib. 1990-cı ildən könüllü kimi Ermənistan sərhədlərinin qorunmasında iştirak edib, 1993-cü ildən Ermənistan Ordusunun hərbi hissələrinin birində batalyon komandirinin müavini, polk qərargahı rəisinin müavini, kəşfiyyat rəisinin köməkçisi, kəşfiyyat rəisi, polk komandirinin müavini olub.

Rusiya Müdafiə Nazirliyinin Ali Zabit Kursunu, Rusiya Silahlı Qüvvələri Ümumqoşun Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

Müxtəlif hərbi hissələrə komandirlik edən, ordu korpuslarında məsul vəzifələr tutan Onik Qasparyan 2012-ci ildən korpus komandiri, 2016-cı ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, 2017-ci ildən birinci müavini olub.

2018-ci ilin aprelindən Ermənistanda icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir. Nazirlər Kabineti üzvlərinin təyinatı baş nazirin təqdimatı ilə gerçəkləşir. 1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. Hökumətə 2018-ci il mayın 8-dən başçılıq edir.

Ermənistanın bir qrup müxalif partiyası Qarabağ razılaşmasından narazı qalaraq Nikol Paşinyanın istefası tələbini irəli sürür. Onlar siyasətçi Vazgen Manukyanın müvəqqəti baş nazir olmasını, növbədənkənar parlament seçkisi keçirilməsini istəyir.

1946-cı il təvəllüdlü Vazgen Manukyan Azərbaycan torpaqlarının işğalının əsas ideoloqlarından, 1988-ci ildə yaradılan “Qarabağ” komitəsinin qurucularından, Erməni Ümummilli Hərəkatının liderlərindən olub.

1990-cı ilin mayında parlamentin üzvü seçilib, avqust ayından hökumətə rəhbərlik edib.

1991-ci il noyabrın 22-də baş nazir postundan gedən Vazgen Manukyan Milli Demokrat İttifaqı adlı siyasi qurum yaradıb.

1992-ci ilin sentyabr ayından dövlət naziri, oktyabrın 20-dən 1993-cü il avqustun 21-dək müdafiə naziri postunu tutub.

1995-ci ildə parlamentin deputatı seçilib, 1996-cı ildə prezident seçkisində müxalifətin əsas namizədi olub.

2008-2019-cu illərdə Ermənistan İctimai Şurasına rəhbərlik edib.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-ci ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.

Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır. (novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar