Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda baş verən hadisələrə Qərb niyə səssiz qalır?

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər.

Ermənistan Baş naziri Nikol Paşinyan isə etirazçılara kütləvi həbslər, polis zorakılığı ilə sərt şəkildə cavab verir. Belə ki, hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Onların insanlara zorakılıq tətbiq etdiyi görüntülərdən də aydın şəkildə görünür. Bundan əvvəl etirazçılara butulka atan Ermənistan polisi bu dəfə də vətəndaşları döyərək onları dayandırmağa çalışıb. Saxlanılanlar arasında qadınlar da var. Ümumilikdə 73 fəal da daxil olmaqla yüzlərlə insanın saxlanıldığı bildirilir. Maraqlıdır ki, Ermənistanda nə aksiyalar fonunda baş verən polis zorakılığı, nə də kütləvi həbslərə dair ABŞ, Qərb ölkələri reaksiya vermir.

Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibəti ikili standartlardan irəli gəlir. Təəssüf ki, tez-tez bu vəziyyətin şahidi oluruq. Məsələ ondadır ki, Azərbaycanda dövlət maraqlarını satan, xəyanətkarlıq edən, xarici kəşfiyyata işləyən şəxslərlə bağlı hüqüq- mühafizə orqanları hər hansı bir təbbir həyata keçirən zaman ABŞ və Qərb ölkələri başda olmaqla, bir çox təşkilatlar dayanmadan bəyanatlar verməyə başlayırlar. Əksər hallarda isə proses haqqında məlumatları olmadan dövlətimizə qarşı ittihamlar irəli sürürlər. Ancaq indi Ermənistanda baş vermiş hadisəni “görmürlər” və yaxud da özlərini görməzliyə qoyurlar.

Prinsip etibarilə, Paşinyan öz hakmiyyətini qorumaq üçün istənilən addımı atmağa hazırdır. Bu baxımdan əslində o sələfləri Sekj Sarkisyan və Robert Köçəryandan fərqlənmir. Misal üçün hazırda polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edir. Halbuki hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə maneələrin yaradılması Qərbin “önəm verdiyi” bütün dəyərləri ayaq altına salmaq deməkdir. ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Yeri gəlmişkən Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi “Armenpress” agentliyinə müsahibəsində deyib ki, “ABŞ erməni xalqına gələcək qurmaqda dəstəyini davam etdirəcək. Erməni xalqı 2018 və 2021-ci illərdə seçki və demokratiya yoluna üstünlük verdiyini göstərib”. ABŞ diplomatın ın sözlərindən belə çıxır ki, ermənilər iki dəfə Nikol Paşinyana səs veriblər və buna görə Vaşinqton Baş nazir Nikol Paşinyanı dəstəkləyir. Yəni küçədə bağıranların isə demokratiya ilə əlaqələri yoxdur.

ABŞ səfirinin bu mövqeyi əslində anlaşılandır. Belə ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyini hər kəs bilir. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında da məhz Soros və onun fondu dayanırdı. Əslində bu fakt belə özlüyündə Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri-adekvat münasibətinin səbəbini izah edir.

Turan Rzayev - Politoloq

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar