Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan və Dağlıq Qarabağ üz-üzə

Bu savaşdan Paşinyan, yoxsa Bako Saakyanmı qalib çıxacaq?

Ermənistanın hamının və hər şeyin külünü göyə sovuran informasiya portalı “Lragir” siyasi uzaqgörənliyi ilə hamını təəccübləndirməyə başlayıb. DQR (Dağlıq Qarabağ-tərc.) uzun illərdən bəri ilk dəfə Birinci Ermənistan Respublikası Günü ilə bağlı tədbirlərə qatılmayanda, DQR prezidenti Bako Saakyan isə yalnız yazılı təbrik göndərəndə portal redaksiya şərhini yerləşdirirb: “Görürsünüz, Qarabağ olmayanada necə kədərli olur”.

Ermənistanda və ondan qıraqda çoxları bunu Dağlıq Qarabağın ilk prezidenti və Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbsdən azad ediləndən sonra baş nazir Nikol Paşinyanın Stepanakertin (Xankəndi-tərc.) ünvanına açıq deyilmiş “sui-qəsd hazırlığı” ittihamlarına reaksiya kimi izah edirlər.

“Paşinyan bu məsələdə, doğrudan da, öyünə bilər, – Ermənistan nəşrlərindən biri yazıb. – O, faktiki olaraq özünün şəxsi antipatiya və siyasi hesablarını dövlət maraqlarından yuxarı tutaraq bunu hamının gözü qabağında edib. Hakimiyyətin dəstəklədiyi kütlənin mayın 25-də Bako Saakyanın ünvanına səsləndirdiyi hədə isə Paşinyanı ictimaiyyətin gözündən salıb: erməniçiliyin birliyi üçün rəmzi tarix sayılan 28 mayın imici Paşinyanın “yüngül əli” ilə sarsılıb”.

Amma “Lragir” daha uzağa gedərək bildirib ki, DQR (Dağlıq Qarabağ-red.) Ermənistanın başqa əyalətlərindən fərqli olaraq “Ermənistan dövlətçiliyinin kəsilmədiyi və mirasın bu və ya başqa biçimdə saxlandığı ərazidir və əslində, Ermənistanın dünyada indiki hərbi-siyasi rolu Artsaxdakı (Dağlıq Qarabağ-tərc.) qələbə ilə şərtlənir”. Portalın icmalçısı Naira Ayrumyan Artsaxın (Dağlıq Qarabağ-tərc.) “miatsum” çağırışı altında birləşmiş, yeni Ermənistan qurmağı bəyan edən ictimai və siyasi güclərinin Stepanakertdə (Xankəndi-tərc.) baş tutan ikinci toplantısını şərh edərək duruma yeni çalarlar gətirib. O yazır ki, “burada bir yığın təhlükə var və Artsaxın Azərbaycandan ayrıldığı, demək olar, 30 ildə Artsaxı Ermənistanla birləşdirməyə belə də nail olmamaq məhz bununla şərtlənir”.

Onun sözlərinə görə, indi “bunu etməyin vaxtı çatıb”. Amma necə? DQR-in sovetdən başqa arxasında fasiləsiz dövlətçiliyi olmayan ölkə Ermənistanla birləşdiyini elan etmək? Regnum İA-nın baş redaktoru Modest Kolerovun hesab etdiyi kimi, bəlkə, əksinə, “Qarabağ dövlətçilyini Azərbaycanın hərb maşınının edə biləcəyindən qabaq İrəvanın əliylə məhv etməməli?”

Özəlliklə də Paşinyan Bakının Stepanakertlə (Xankəndi-tərc.) danışıqlardan imtinasından danışarkən çaşqınlıq ifadə edib ki, onu Ermənistanın başçısı kimi Artsaxın (Dağlıq Qarabağ-tərc.) adından danışmağa vadar edirlər: “Qarabağ Ermənistanın bir hissəsidirsə və mən onu təmsil etməliyəmsə, gəlin, bunu sənədli şəkildə qeydə alaq”.

Sənədli şəkildə başqa bir şeyi də qeydə almaq olar: Ermənistan Qarabağın bir hissəsidir və Ermənistan parlamenti belə bir addımı qeydə ala bilər.

Niyə? Bu sualı xanım Ayrumyan öz şərhindəcə cavablandırıb: “Başqalarından fərqli olaraq Bako Saakyanın şansı var”. İcmalçının duyğuları bir qırağa qoyulsa, o, “Saakyanın Ermənistan siyasətində özəl yerini” etiraf edir.

Onun sözlərinə görə, “Koçaryana görə kimsə bir başqası zamin dursaydı, bu, daxili-siyasi böhrana gətirərdi”. Amma Saakyan bundan sonra “müstəqil siyasətçi oldu, konkret siyasi çəki qazandı” və hətta “cəmiyyət və ordunun Ermənistan və Artsax rəhbərliklərinə sarsılmış münasibətini tarazlaşdıra bildi”. Bu, formaslaşmış durumda, az qala, hər gün başqa – münaqişəli rəhbərlik üslubu yaşayan Paşinyanın malik olmadığı yüksək siyasi və diplomatik pilotaj nümayişidir.

Tutaq ki, indiki halda erməni ekspertlərinin nəticələrinə bir qədər yüksək önəm veririk (amma Paşinyanın sadiq mətbuat xidməti və protokolu – “Baqramyan26” teleqram-kanalı ilə yanaşı Dağlıq Qarabağın müstəqilliyinə qarşı Ermənistandan gələn informasiya-siyasi kampaniyasının başlanğıcında məhz “Lragir” durub).

Amma, budur, Bakının nüfuzlu ekspertləri bunu belə dəyərləndirirlər. Politoloq Fikrət Sadıxov: “Baş verən hadisələrdən başlıca nəticə budur ki, bunlar Paşinyan hakimiyyətini zəifləməyə aparır. O hətta Dağlıq Qarabağda indiki rejimə qarşı çıxa biləcək qüvvələr təşkil etməyə çalışıb, amma buna nail olmayıb. Paşinyanın yeganə resursu var – kütlələr, küçələr, mitinqlər, amma bu da gözədəyən şəkildə zəifləyib”.

Ekspert Tofik Abbasov:

Ermənistan inqilabı başa çatmayıb, davam edir və inkişafdadır. Ölkənin təməl problemlərini həll etmək üçün antiböhran proqramı gərəkdir. Paşinyanın əsas vəzifələri, respublikanın problemlərini gözdən qaçırdığından çıxış edilsə, görünür, onda resurs bəs etmir. Onun bütöv komandası yoxdur, idarəçilik, istehsalat proseslərinin həllinə konseptual yanaşma yoxdur. Ermənistan köhnənin tam ölmədiyi, yeninin isə tam doğulmadığı keçid dövründə asılı qalıb. Paşinyan bütün bəlalarını və öz bacarıqsızlığını keçmiş hakimiyyətlərin yanlışlıqlarına yıxaraq belə şərtlənən durumu dəstəkləyir”.

Göstərilən dəyərləndirmələr, heç olmasa, ona görə aktuallıq qazanır ki, Azərbaycan Dağlıq Qqarabağ münaqişəsinin tənzimlənməsində Paşinyana ümid bağlayırdı. İndi bu problem Ermənistandakı daxili-siyasi durum fonunda hələlik ikinci plana keçir: Bakı və İrəvanın hazırladığı bütün mümkün variantlar, çətin ki, Stepanakert (Xankəndi-tərc.) tərəfindən qəbul edilsin. Bakı gözləmə mövqeyi tutub, amma Azərbaycanda bəziləri hesab edirlər ki, “Qarabağa uduzan Paşinyanı xilas edə bilərlər”. Amma necə? Yenə də müharibə? Rəsmi İrəvanın Bakını deyil, “təqsiri yalnız istəyi yemək olan” Qarabağın özünü ittiham etdiyi müharibə?

Biz yekunda siyasi baxımdan zəifləyən Paşinyanı və İrəvanda müəyyən güclərin 2020-ci ilə nəzərdə tutulan prezident seçkilərinə buraxmaq istəmədikləri, “Lragir”in hesab etdiyi kimi, “çolaq ördək” rolunda çıxış edən DQR prezidenti Saakyanı görürük. Eyni zamanda Saakyanın qarşıdakı seçki silsiləsindən imtinası İrəvanda bütünlükdə Stepanakertin (Xankəndi-tərc.) birmənalı məğlubiyyəti kimi qəbul edilir: qoy özünü DQR-də artıq Paşinyanın namizədi elan edənlər illüziyaya qapılmasınlar. Onlara nəzərdə tutulan rol DQR prezidenti deyil, “Lragir”-“Baqramyan26” informasiya koalisiyasının ucadan elan etdiyi yeni vəzifə – “Ermənistanın Artsax vilayətinin qubernatoru”dur. Şübhə yoxdur ki, Bakını savaşı təzələməyə hər şeydən çox məhz bu həvəsləndirir. Və Qarabağda savaşın həqiqi fitnəkarları İrəvan rəsmilərinin buna görə məsuliyyəti üzərinə yıxmaq istədikləri kəslər deyil, məhz onlar – bu informasiya kampaniyasının müəllifləridir. Durumdan müsbət çıxış yolu bir – barışdırıcılıq ola bilər: Paşiyan DQR-in qarşıdakı prezident seçkilərində Saakyanın namizədliyini təklif edir və dəstək verir, Saakyan isə həm DQR-də, həm də Ermənistanda siaysi və başqa sabitliyi möhkəmlətməyə şərait yaradır. Bu, doğrudan da, Ermənistanı yeni, ciddi, başlıcası Artsax dövlətçiliyinin ləğvi olacaq fəlakətlərdən saxlamağın yeganə yoludur.

Regnum İA-nın Şərq Redaksiyası

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar