Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan vasitəsilə Türkiyə-Rusiya-İran müharibəsi törətmək istəyirlər?

İraq və Suriyada PKK ilə İŞİD-ə yüklənən rol, Qafqazda Ermənistana yüklənmişdi. Tovuz hücumu isə bu böyük hesabın başlanğıcı idi...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 6 oktyabr 2020-ci il

Azərbaycan hazırda yalnız öz ərazisində əməliyyat aparır və bunu əsla qanuni hüdudlardan kənara çıxarmır. Qarabağ və işğal olunmuş digər Azərbaycan əraziləri beynəlxalq qanuna əsasən, Azərbaycanın suveren ərazisidir. Lakin işğal altındadır.

İndi isə Bakı bu işğala son qoymaq üçün qərarlı əməliyyatlar həyata keçirir. 30 ildən sonra ilk dəfə müdafiə mövqeyini tərk edib və əməliyyat vəziyyətinə keçib. Üstəlik, olduqca uğurlu bir əməliyyat keçirir. Şəhərlərini, kəndlərini, dağlarını, yaylaqlarını, sularını və torpaqlarını təmizləyir.

Bu, müharibə deyil, əksinə terrorla mübarizə və daxili təhlükəsizlik əməliyyatıdır. Bəs bura qədər hər hansı bir problem varmı? Rusiya üçün problem varmı? İran, Fransa, AB və ya ABŞ üçün problem ola bilərmi?

Əlbəttə, ola bilməz. ATƏT-in Minsk Qrupu 30 ildir işğalı təhlükəsiz vəziyyətdə saxlayırdı. Amma artıq o dövr bitdi.

Bəs Azərbaycanın buna haqqı varmı? Öz torpağını qorumaq, xilas etmək və saxlamaq üçün səlahiyyət və məsuliyyətı varmı?

Əlbəttə, var. Bu, hər bir ölkənin sorğu-sualsız ən əsas haqqıdır. Bu nöqtəyə qədər dünya Azərbaycanı nə tənqid edə bilər, nə də bir reaksiya göstərə bilər. Bu prosesə qarşı çıxan varsa, deməli Azərbaycana hücum edir.

Ancaq Ermənistan üçün vəziyyət belə deyil. Yerevan rəhbərliyi 30 ildir ki, birbaşa olaraq Azərbaycana hücum edir, şəhərlərini və torpaqlarını işğal edir. Beynəlxalq birliyin dəstəyi ilə düz 30 ildir bu işğalı masanın altında saxlayır.

ATƏT-in Minsk Qrupu yarandığı gündən bəri Azərbaycanı cilovlamaq və erməni işğalını təmin etməkdən başqa bir şey etməyib. Bu quruluş tamamilə Azərbaycandan yayındırmaq üçün inşa edilib. Vəzifə borcunu yerinə yetirsə belə, artıq oyun bitdi.

Bəs Ermənistanı Azərbaycana qarşı qoyan kim oldu? Bunun arxasında hansı hesablar var?

Tovuz hücumu Ermənistan üçün son dərəcə planlı və yeni bir işğal idi. Arxasındakı güc və kapital dairələri üçünsə enerji geosiyasəti baxımından yaxşı hesablanmış bir təşəbbüs idi. Ermənistan “onsuz da Azərbaycan bir şey edə bilməz” deyərək çoxmillətli bir tender qazanmışdı. Arxasındakılar isə “Azərbaycan onsuz da hərəkətə keçə bilməz” deyərək enerji nizamını asanlıqla dəyişdirəcəklərini düşünürdülər.

Onların fikrincə, enerji geosiyasətində sarsıdıcı dəyişikliklər olacaq və bu zaman da Yerevan qalib gələcək. Yəni qısaca, İraqSuriyada PKK ilə İŞİD-ə yüklənən rol, Qafqazda Ermənistana yüklənmişdi. Tovuz hücumu isə böyük hesabın başlanğıcı idi. Bunun davamı da gələcəkdi və gəldi də. Yerevan rəhbərliyi bir-birinin ardınca səbəbsiz kimi görünən hücumlara başladı. Məqsəd işğal olunmuş əraziləri genişləndirmək, Azərbaycanı küncə sıxmaq və onu müəyyən hesablara məhkum etmək idi.

Yerevan və onun arxasında duranlar indi böyük bir sarsıntı içindədirlər.

Bu işə 30 ildir əzbərləmiş bir məsələ ilə daxil olmuşdular. Lakin bu 30 ilin bitdiyini düşünə bilmədilər. Türkiyə və Azərbaycanın başlatdığı hücumlardan dərhal sonra aparılan ortaq hərbi təlimlər də artıq Qafqazda əzbərlənmiş hekayələrin sona çatdığını göstərdi.

Türkiyə İraq, Suriya və Şərqi Aralıq dənizindəki planları pozmağa davam edirdi. İndi isə həmin dinamik beyin Cənubi Qafqazdakı planları pozur. Beləliklə də, Azərbaycan Ermənistanın son hücumlarına gözlənilməz şəkildə güclü bir əməliyyatla cavab verdi. Bu, Yerevanın arxasındakı bütün ölkələri, xüsusilə də enerji geosiyasətlərini dəyişdirməyə çalışan ölkələri və gücləri şoka salıb. Çünki onlar belə bir şey gözləmirdilər.

Azərbaycanın gücü və Əliyev rəhbərliyi hərəkətə keçib

Bu müharibə Azərbaycanı dirçəltdi və özünü Qafqazın ən güclü ölkəsi kimi hiss etdirdi. Prezident İlham Əliyev qətiyyətli mövqeyi ilə güclü bir liderlik nümayiş etdirib.

İndi isə Ermənistan 30 ildir etdiklərini yenə davam etdirir. Hələ də Azərbaycana hücum edir və yenə Azərbaycan şəhərlərini, mülki insanları hədəf alır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə ilə birlikdə, raketlərlə vurduğu 10 kilometrlik şəhərlər müharibə zonası deyil. Ermənistanla Azərbaycanın şəhərləri qətiyyən müharibə bölgəsi deyil. Azərbaycan yalnız öz qanuni ərazisində mübarizə aparır.

Yəni Azərbaycan əməliyyat aparır, Ermənistan isə müharibə törədir.

Bu çirkin hərbi strategiya da Rusiya ilə İranı müharibəyə çəkmək məqsədi daşıyır.

1. Ermənistan müharibəni mülki sahəyə daşıyır. Qırğınlarla başlatdığı işğalları indi yenə də qırğınlarla davam etdirməyə çalışır. Terror metodlarından istifadə etməkdən də çəkinmir.

2. Ermənistan müharibəni Qarabağdan kənara çıxarmağa çalışır. Bu, çox çirkin bir hərbi strategiyadır. Bu şəkildə İrəvan geniş bir Azərbaycan-Ermənistan müharibəsi başlatmağa və müharibəni bölgələrə yaymağa çalışır.

3. Öz fikrincə, Rusiyaİranı müharibənin içinə çəkməyə, Azərbaycana müdaxilə etməyə və Qərb dünyasını səfərbər etməyə çalışır.

4. Zənnimcə, Rusiyaİran bu tələyə düşməz. İki ölkə bu ucuz oyuna inanmamalıdır.

Yerevan qalib gəlsə, bunun nəticələri necə olacaq?

5. Əgər qalib gəlsələr:

- Bu müharibə Qarabağ işğalından uzaqlaşaraq Azərbaycan-Ermənistan müharibəsinə çevriləcək;

- Münaqişə bütün Cənubi Qafqaza yayılacaq;

- İran Azərbaycanında dərin sarsıntılara səbəb olacaq və Qərb dünyası İrana qarşı bundan istifadə edəcək;

- Proses Qafqazın şimalına da ciddi təsir göstərəcək;

- Son mərhələdə isə ən təhlükəli vəziyyət yaranacaq, yəni Türkiyə-Rusiya-İran arasında çox güclü bir münaqişə başlayacaq.

Türkiyə-Rusiya-İran müharibəsi planlaşdırılır?

6. Ermənistan və müharibəni provokasiya edən qüvvələr bu mübarizəni üçqat müharibəyə çevirmək istəyəcəklər. 3 ölkəni belə bir tələyə salmaq bütün bölgəni Qafqazdan Fars körfəzinə, Qara dənizdən Şərqi Aralıq dənizinə qədər müharibəyə sürükləmək mənasına gəlir. Bu isə çox böyük dağıntılara səbəb olacaq.

7. Sual budur: Ermənistanı Azərbaycana qarşı hücuma keçirən qüvvələr və bu prosesin başladığı Tovuz hücumu Türkiyə-Rusiya-İran arasında üçqat müharibə başlatmağı hədəfləyir?

8. Rusiyaİran təcili olaraq Ermənistanı Qarabağdan və işğal edilmiş bölgələrindən uzaqlaşdırmalıdır. Bunu şəxsən özləri etməli və böyük tələyə ciddi yanaşmalıdırlar.

9. Balaca bir Yerevan həm Rusiyaya, həm də İrana qarşı oyun oynayır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar