Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Türkiyə ilə sürpriz müqavilə imzalayacaq: Rusiya ofsayta salınır?

Azərbaycan, ErmənistanRusiya rəsmiləri yanvarın 11-də Moskvada növbəti görüşlərə hazırlaşdığı bir zamanda Türkiyədən redaksiyamıza maraqlı xəbər daxil olub.

Ovqat.com-a etibarlı mənbələrdən verilən məlumata görə, Ermənistan Türkiyə ilə önəmli bir müqavilə imzalamağa hazırlaşır.

İmzalanacaq müqavilədə Ermənistanın Türkiyə və Azərbaycan ərazilərinə iddialarından tamamilə vaz keçəcəyi və buna siyasi zəmanət verəcəyi vurğulanır.

İddialara inansaq, bu müqavilədən sonra Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərini tamamilə açacaq və tərəflər iqtisadi əməkdaşlığa başlayacaqlar.

Bəs, görəsən, liderlərin 2 gündən sonra Moskvada planlaşdırılan görüşdə də bu məsələlər müzakirə olunacaq?

Qaynağımız bu sualı cavablandırmaq istəmədi. Bununla belə, o, yanvarın 11-də keçirilməsi gözlənilən görüşün baş tutmama ehtimalını da istisna etmədi.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında bir-birinin ərazi bütövlüyünə iddialardan vaz keçilməsi Dağlıq Qarabağda rus “sülhməramlı”larının da missiyasını əhəmiyyətsizləşdirir və dolayısyla Cənubi Qafqazın Moskvanın təsirindən çıxması anlamına gəlir.

Paşinyanın Qərb tərəfindən dəstəklənərək hakimiyyətə gətirildiyini və Dağlıq Qarabağdakı qondarma hakimiyyətlə arasında sərin küləklərin əsdiyini nəzərə alsaq, İrəvanın bu addımı atması o qədər də gözlənilməz təsir bağışlamır. Onu da nəzərdən qaçırmaq olmaz ki, “DQR”-dakı qeyri-qanuni rejim Rusiyaya bağlıdır və istənilən an Nikol Paşinyan hakimiyyətinə alternativ kimi ortaya çıxarıla bilər.

Bu konteksdə onu da xatırlatmaq yerinə düşər ki, 44 günlük müharibənin bitməsindən bir neçə gün sonra “DQR” rəhbəri Araik Arutyunyan Moskvaya gizli səfər etmiş və Rusiya yetkililəri ilə görüşməyə çalışmışdı. Onun bu təşəbbüsünü ifşa edən Nikol Paşinyana bağlı media qurumları Arutyunyanın planını pozmuşdular. Erməni mediasının iddiasına görə, səfər Paşinyandan xəbərsiz təşkil olunmuşdu və məqsəd hakimiyyət məsələsini Kremlə yaxın dairələrlə müzakirə etməkdi.
Bildirilirdi ki, Arutyunyanın Rusiyaya gizli səfəri vəzifəsi ilə əlaqədar olub. Məsələ burasındadır ki, Anna Akopyanın (Paşinyanın arvadı) lobbiçiliyi ilə Nikol Paşinyan “Artsaxın prezidentliyini” Samvel Babayana təhvil vermək qərarına gəlibmiş. Arutyunyan da bu planın qarşısını almaq üçün Moskvaya uçubmuş.

Anna Akopyanın lobbiçiliyə gəlincə, erməni media qurumu “Mediaport”un iddiasına görə, Anna Akopyan müharibə zamanı Dağlıq Qarabağa tez-tez səfər etdiyi sıralarda qondarma qurumun Nazirlər Kabinetinin sədri Samvel Babayanın (rəsmi mənbələrdə Təhlükəsizlik Şurasının sədri kimi göstərilir) arvadı ilə tanış olub və onlar yaxın rəfiqəyə çevriliblər. Anna da “DQR”-nın rəhbəri vəzifəsinə Samvel Babayanı daha uyğun görüb.

Beləcə, Harutyunyan kreslosunun laxladığını hiss edincə, nəfəsini Xankəndində alıb, Moskvada buraxıb. Di gəl ki, onun bu ümidi də boşa çıxmışdı.  Arutyunyan gizli səfəri ifşa olunar-olunmaz tez-tələsik geri qayıtmaq məcburiyyətində qalmışdı.

Erməni mətbuatı Araik Arutyunyanın gizli səfərinin fotosunu paylaşdığından və iddia heç kim tərəfindən təkzib olunmadığından məlumatın səhihliyi şübhə doğurmur və bu fakt rəsmi İrəvanla Xankəndi arasında ciddi ziddiyyətlərin yaşandığına, Araik Arutyunyanın Paşinyanın nəzarətindən çıxıb Moskvanın qucağına düşdüyünə dəlalət edir. Paşinyan anlayır ki, nə qədər Dağlıq Qarabağdakı qondarma rejim var, bu, Kremlin əlində təkcə Bakı üçün yox, həm də İrəvan üçün təzyiq vasitəsi olaraq qalacaq.

Üstəlik, nə beynəlxalq hüquq, nə də Rusiya həmin ərazilərin Ermənistanın tərkibinə keçməsinə imkan verməycək. Dolayısıyla Dağlıq  Qarabağ erməni gənclərinin qanının axıdılmasından başqa bir işə yaramayacaq. Öz kreslosunu möhkəmləndirmək üçün Ermənistan hakimiyyətinin bu mənasız torpaq iddialarından vaz keçməkdən başqa çarəsi yoxdur.

Ermənistanın Türkiyə torpaqlarına iddia etməsi isə daha gülüncdür və onun qiyamətə qədər reallaşma şansı mövcud deyil. Odur ki, ağlı başında olan istənilən Ermənistan hakimiyyəti bir an belə gözləmədən Türkiyəyə qarşı iddialardan geri çəkilər.

pia.az 


Etiket: Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar