Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan tərəfindən əmanətlərlə bağlı kiber təxribat qeydə alınıb - Foto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kibermühitdə növbəti uğursuz təxribatını qeydə alıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumatda deyilir ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyətinin dayandırılacağı və qurumun vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına, düşmənin tam məğlubiyyətinə yönləndiriləcəyi qeyd olunur.

"Bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər, bu kimi hallarla üzləşdikdə, 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər" - deyə nazirlik bəyan edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar