Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

Ermənistan prezidenti Armen Sarkisyanla müxalif İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan arasında görüş olub.

“Sputnik Armeniya” xəbər verir ki, bunu E.Marukyan feysbuk səhifəsində yazıb.

Görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə edilib.

Müaxlifət partiyasının lideri parlamentin binasında jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ona zəng edib: “Baş nazir görüşüb, növbədənkənar parlament seçkilərini və ölkədəki vəziyyəti müzakirə etməyi təklif etdi. Ola bilsin biz sabah (martın 3-də – red.) görüşəcəyik. Onda biz təklifləri müzakirə edərik. Nəticəni biləcəksiniz”.

Onun sözlərinə görə, müzakirə zamanı növbədənkənar seçkilərin keçirilməsi haqqında razılıq əldə etsələr, onda seçki təxirə salmadan keçirilməlidir. O, N.Paşinyandan martın 1-də mitinqdə bəyan etdiklərinin təsdiqinin tələbə edəcəyini söyləyib.

Qeyd edək ki, N.Paşinyan martın 1-də tərəfdarları ilə birlikdə keçirdiyi mitinqdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın keçmiş prezident Serj Sarqsyanın tapşırıqlarını yerinə yetirdiyini bildirimişdi.

Xatırladaq ki, Ermənistan parlamenti 132 deputatdan ibarətdir. Onların 83-ü hökumətyönümlüdür. 24-ü Çiçəklənən Ermənistan, 17-si isə İşıqlı Ermənistan fraksiyasının üzvləridir. 8 deputat isə bitərəfdir. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar