Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Son günədək “məğlubedilməz erməni ordusu” barədə mif formalaşdırmağa çalışan Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Zəngilan şəhərinin və onlarla kəndin azad olunmasından sonra “val”ı dəyişib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ovannisyan ön cəbhədəki vəziyyət barədə danışarkən bildirib ki, ən gərgin döyüşlər cənub istiqamətində, Arazboyu ərazilərdə gedir.

A.Ovannisyan etiraf edib ki, Azərbaycan ordusu Ermənistan ordusu qarşısında say və texniki üstünlüyə malikdir. Dediyinə görə, Azərbaycan bəzi bölgələrdə erməni tərəfinin gücünü 12 dəfə üstələyir. “On iki dəfə çox, siz başa düşürsünüz, bu nə deməkdir? Müharibələr tarixində heç vaxt belə bir şey olmayıb, ya da nadir hallarda olub”, deyən Ovannisyan dolayısı ilə cəbhədəki məğlubiyyəti “əsaslandırmağa” çalışıb. Ardınca da iddia edib ki, döyüşlərin ilk yeddi günündə Azərbaycan guya ciddi uğurlar qazanmayıb, amma sonrakı dövrdə hər gün “1-2 km” irəliləyib. A.Ovvannisyan məğlubiyyətin elan olunması halında erməni xalqının və diasporanın qəzəbindən sığortalanmaq üçün deyib ki, hazırda Qarabağda supergüclərin arsenalında olan texnikadan istifadə olunur. Qeyd edib ki, burada yeni PUA-lar, yüksək dəqiqliyə malik raketlər, raket-artilleriya sistemləri, REB sistemləri var. “Biz beşinci nəsil müharibəni görürük”, - deyə MN rəsmisi əlavə edib.

A.Ovvanisyanın dedikləri ondan xəbər verir ki, N.Paşinyan tezliklə məğlubiyyətini etiraf edəcək və ən uzağı “dünya ölkələri, Rusiya bizə yardım etmədi, uduzduq”,- deyə, xalqı sakitləşdirməyə çalışacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar