Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan MN öz ombudsmanının Azərbaycanla bağlı iddialarını yalanladı

Ermənistanın Müdafiə Nazirliyi ölkənin ombudsmanı Arman Tatoyanın Azərbaycanla bağlı bəyanatının həqiqətə uyğun olmadığını açıqlayıb.

“Sputnik Ermənistan” xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi ombudsmanın “Qeqarkunik vilayətinə daxil olan Azərbaycan Silahlı Qüvvələrinin fəal olaraq öz mövqelərini möhkəmləndirməsi və digər mühəndis işlərinin aparılması” ilə bağlı öz feysbuk hesabında yaydığı məlumatda bir sıra qeyri-dəqiq məqamların olduğunu deyib.

Bununla yanaşı, Ermənistanın Müdafiə Nazirliyi sözügedən məlumatda azərbaycanlıların böyük sığınacaqlar inşa etməsi, odun ehtiyatları yığması və yolların çəkilməsi ilə bağlı məqamları açıq-aydın şişirdilmiş adlandırıb.

“Hazırda Azərbaycan Silahlı Qüvvələri aktiv mühəndis işləri aparmır, böyük sığınacaqlar və yaxud yeni yollar inşa edilmir. Bununla yanaşı, belə bir işlə bağlı cəhdlər Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən uğurla alınır”, - deyə Nazirliyin məlumatında qeyd olunub. 

Ermənistanın Müdafiə Nazirliyi, həmçinin azərbaycanlı hərbçilərin və silahların sayının artırılması barədə məlumatları da təsdiq etməyib. 

Qeyd edək ki, yuxarıda qeyd edilən iddiaları Ermənistanın ombudsmanı oktyabrın 18-i paylaşıb. (Qafqazinfo)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar