Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan ləngimədən kapitulyasiya elan etməlidir...” - Ukraynalı hərbi analitik

Ötən gün Ali Baş komandan İlham Əliyevin ordumuzun cəbhənin cənub istiqamətində növbəti uğurunu-Zəngilan şəhəri və bu rayonunun bir neçə kəndinin, o cümlədən Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının kəndlərinin (cəmi 24 yaşayış məntəqəsi) azad edildiyini elan edəndə düşmən ölkənin Müdafiə Nazirliyi Azərbaycan ordusunun artıq Ermənistan sərhədlərinin bir neçə kilometrliyinə çatmasından yaranacaq şok effektini azaltmaq üçün hay-küylü bəyanatlar verməyə başladı.

Yerevanda pafosla elan etdilər ki, Ermənistan ordusu Qubadlı istiqamətindən əks hücuma keçərək Azərbaycan ordusunu Xudafərin su anbarı istiqamətinə geri çəkilməyə məcbur edib. Bu isə Zəngilana daxil olmuş bölmələrin mühasirəyə alınması mənasını verirdi. Çünki Zəngilana yeganə yol Qubadlı istiqamətindən daxil olur və əgər həmin yol yenidən düşmənin nəzarətinə keçmiş olardısa bu, Zəngilanda mühasirə vəziyyətinin yaranması demək idi. Və dərhal erməni təbliğatına dəstək verən bəzi rusdilli YouTube kanalları da “Ermənistan ordusunun qurduğu tələ, Azərbaycan ordusunun Zəngilandakı hissələrinin mühasirəyə alınması” haqda şərhlər yaymağa başladılar.

Amma çox keçmədən Ermənistan Müdafiə Nazirliyinin təbliğatçıları susdu və cənub istiqamətində hadisələrin sonrakı inkişafına dair heç nə demədi. Hansı ki, əgər erməni qüvvələri doğrudan da Qubadlı istiqamətindən əks hücum edib Zəngilanda mühasirə vəziyyəti yarada bilmişdisə onlar bu barədə az qala hər 5 dəqiqədən bir nəsə bildirməliydilər. Çünki məğlubiyyətin acısını yaşayan erməni cəmiyyətini hansısa mifik qələbə xəbərləri ilə ruhlandırmaq lazım gəlir.

Azərbaycan Müdafiə Nazirliyi dərhal erməni tərəfinin “uğurlu əks hücum”  iddialarını təkzib etdi və daha sonra Qubadlı istiqamətində hücuma cəhd edən Ermənistan ordusu bölmələrinin artilleriya və reaktiv yaylım atəşi sistemləri ilə necə darmadağın edildiyinə dair operativ görüntüləri yaydı. Bu görüntülərə əsasən əks hücum üçün cəmləşən erməni qüvvələri heç döyüşə girməyə macal tapmadan məhv edilir. Onların cəmləşdiyi geniş ərazi ordumuzun güclü atəş zərbələri ilə “şumlanır”.

Qarabağda hərbi əməliyyatların başlamasından bu yana hər gün döyüşlərin gedişinə dair öz analizlərini təqdim edən ukraynalı hərbi ekspert və videobloqer Yuri Podolyaka dünən cənub cəbhəsində baş verənləri analiz edərək bu qənaətə gəlib: əgər Ermənistan rəhbərliyində ağlı başında olan kimsə qalıbsa dərhal kapitulyasiya elan etməlidir!

“Əgər dünənki döyüşlərin yekunu haqda qısa danışsaq mənim erməni tərəfinə ancaq bir məsləhət verə bilərəm. O, mümkün qədər tez kapitulyasiya elan etməlidir. Çünki bütün digər variantlar sadəcə olaraq öz ordusunu mənasız yerə qırdırmaqdır. Hansı ki, bu ordunun nəinki hansısa uğur əldə etmək şansı yoxdur, heç bu və ya digər dərəcədə uğurlu əks-hücum da təşkil edə bilməz”,-analitik bildirib.

Y.Podolyaka qeyd edir ki, cənubda dünən gedən döyüşlər erməni tərəfi üçün sadəcə olaraq qırğına çevrildi. Onun fikrincə Ermənistan ordusu praktiki olaraq döyüşsüz geri çəkilərək Azərbaycan qüvvələrini Zəngilan rayonunun mərkəzinə qədər buraxıb. Yəni 20 kilometrə qədər geriləyib. Görünür bununla erməni komandanlığı ona ümid edirdi ki, Qubadlı istiqamətindən əks-hücuma keçərək Zəngilana daxil olan Azərbaycan bölmələrini mühasirəyə ala biləcək.

Lakin analitik qeyd edir ki, erməni tərəfinin bu primitiv taktikası işə yaramadı. Çünki adi əsgər də başa düşə bilərdi ki, düşmən hansı taktikaya əl atacaq və deməli onun hücumunu hansı istiqamətdən gözləmək lazımdır.

Y.Podolyaka bildirir ki, erməni qüvvələrinin Qubadlı istiqamətindən əks hücuma keçib Zəngilanda mühasirə vəziyyəti yaratmaq şansının olmadığı əvvəlcədən bəlli idi. Belə ki, Cəbrayılda gedən döyüşlərdə erməni ordusu tank və özüyeriyən artilleriya bölmələrinin dəstəyinə arxalanırdı. Həmin bölmələr isə darmadağın edildi. Nəticədə onlar Qubadlı istiqamətindən ancaq adi topların dəstəklədiyi piyada bölmələrini hücuma yeritdilər, nəticəsi isə aydındır-yüzlərlə ölü və yaralı erməni əsgəri. Podolyaka vurğulayır ki, bu qırğının məsliyyəti erməni xalqının döyüş ruhunu heç olmasa bir neçə saatlığa yüksəltməyə ümid edən generalların üzərinə düşür.

Hərbi analitik qeyd edir ki, dünənki qırğından sonra erməni qüvvələrinin ancaq bir yolu qalır-Laçın istiqamətində geri çəkilmək. Y.Podolyaka təxmin edir ki, Azərbaycan prezidenti İlham Əliyev 1-2 günə Qubadlının da azad edildiyini elan edəcək. Podolyakanın fikrincə ermənilər Laçın ətrafında müdafiə qura bilsələr buna sevinməlidilər. Lakin analitik Azərbaycan ordusunun Laçın istiqamətində daha geniş cəbhədə, təkcə cənubdan yox, Xocavənd istiqamətindən də irəlilədiyini vurğulayır.

Ermənistan ordusu nəinki 90-cı illərin silahları ilə döyüşür, eləcə də döyüş taktikası 90-cı illərin şablonunu xatırladır. Belə təsəvvür yaranır ki, 90-cı illərdə müharibə qurtarandan sonra erməni hərbçiləri  nə keçirilən təlimləri izləyiblər, nə görmürlər ki, 30 ildə nəinki silahlar, eləcə də döyüş taktikaları dəyişib. Nəticədə onlar öz qüvvələrini faktiki olaraq darmadağın edilməyə buraxıblar. Buradan isə belə nəticə çıxır: Ermənistan ya öz ordusunun qalan hissəsinin də darmadağın edilməməsi üçün onun qalıqlarını təcili olaraq Qarabağdan çıxarmalıdır, ya da kapitulyasiya imzalamalıdır”,-Podolyaka bildirir.

Ukraynalı hərbi analitikin dünənki döyüşlərin yekunu barədə analizini təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar