Bazar ertəsi, 25 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistan Laçın şəhərini və daha 8 kəndi öz nəzarətində saxlamaq istəyir... - Sabiq nazirdən şərh

Laçın koridoru ilə bağlı qeyri-müəyyənlik və susqunluqL Azərbaycana nə vəd edir?..

Sabiq xarici işlər naziri: “Ermənistanın bizim ölkəmizə aid hansısa fikir söyləməsi qəbuledilməzdir”.

Laçında Azərbaycan sərhədçilər giriş-çıxış məsələlərini nizamlanmalıdır. Sülhməramlılar heç bir halda sərhəd nəzarət məsələlərinə müdaxilə etməmlidirlər”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov dünən Ermənistan parlamentində 10 noyabr üçtərəfli bəyanatının yenidən müzakirəyə çıxarmaq cəhdlərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan parlamentində 15 sentyabr çərşənbə günü keçirilən “hökumət saatı” zamanı “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan hazırda sülhməramlıların nəzarəti altında olan Laçın şəhərinin və 8 kəndin gələcəkdə Azərbaycanın nəzarətinə keçməyəcəyi ilə bağlı Paşinyandan zəmanət istəyib. Nikol Paşinyan cavab olaraq bildirib ki, hazırda bu mövzuda Ermənistan hökumətinin nümayəndələrinin iştirakı ilə danışıqlar aparılmır. Lakin Ermənistanın baş naziri Qarabağı Ermənistana birləşdirən Laçının və 8 kəndin Ermənistanın nəzarətində qalmasını da istisna etməyib.

Ermənilərin 10 noyabr üçtərəfli bəyanatının yenidən müzakirəyə çıxarmaq cəhdlərini necə dəyərləndirmək olar? Ümumiyyətlə Laçın dəhlizi ilə bağlı qeyri-müəyyənlik və susqunluq Azərbaycana nə vəd edir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri Tofiq Zülfüqarova müraciət edib.

Tofiq Zülfüqarov: “Gorus-Qafan yolunda olduğu kimi, Laçın kolidorunun sərhəd hissəsində də Azərbaycan dövlət qurumları öz fəaliyyətlərini həyata keçirməlidirlər”.

Ermənistanın bizim ərazilərimizə aid hansısa fikirlər söyləməsinə bizim bir mənalı cavab verməli olduğumuzu düşünən sabiq nazir PİA.az-a bildirib ki, Laçında Azərbaycanın gömrük postu da olmalıdır və bu posta heç bir halda sülhməramlılar tərəfindən nəzarət həyata keçirilməməlidir:

Ermənistanın bizim ölkəmizə aid hansısa hissəi ilə bağlı fikir söyləməsi qəbuledilməzdir. Ermənistanın baş naziri və parlament üzvlərinin səlahiyyətləri öz ölkələrinin beynəlxalq miqyasda tanınan sərhədlərində başlayıb, elə həmin sərhədlərdə də bitir. Onların bizim ərazilərimizə aid hansısa fikirlər söyləməsinə biz bir mənalı cavab verməliyik. Bu cavabda da əsas fikir o olmalıdır ki, Azərbaycanın əraziləri sizə aid olan məsələ deyil və bizim daxili işlərimizə qarışmayın.

“Zəngəzur dəhlizi” məsələsini də Azərbaycan ermənilərlə deyil, orada olan sülh kontingentinin rəhbəri ilə müzakirə etməlidir. Çünki onların orada fəaliyyətinin əsas məqsədi orada yaşayan erməni əhalisinin təhlükəsizliyini müvəqqəti olaraq təmin etməkdir. Bunu xüsusi vurğulayım ki, Azərbaycanın razılığı olandan sonra sülhməramlıların fəaliyyəti başlayır və sülhməramlılar hər bir addımlarını rəsmi Bakı ilə müzakirə etməlidirlər.

Tofiq Zülfüqarov: “Azərbaycan dövlət qurumlarının fəaliyyəti orada yaşayan ermənilər və onların müvəqqəti təhlükəsizliyi təmin edən sülhməramlılar üçün problem yarada bilməz”.

Digər məsələlərə gəlincə isə burada digər dövlətlərə də aid vəzifələr var. Məsələ sərhədlərlə bağlı beynəlxalq qanunlarının icrası. Yəni Laçının koridorunun sərhəd girişində digər sərhədlərdə olduğu kimi Azərbaycanın hüquqları çərçivəsindədir və bu həm beynəlxalq qanunlarla, həm də Azərbaycan qanunları ilə təsbit olunur. Həmin qanunlar Laçın şəhərinin sərhəd hissələrinə də aiddir və icra olunmalıdır. Misal üçün Laçında Azərbaycan sərhədçilər giriş-çıxış məsələlərini nizamlanmalıdır. Sülhməramlılar heç bir halda sərhəd nəzarət məsələlərinə müdaxilə etməmlidirlər. Orda Azərbaycanın gömrük postu da olmalıdır və bu posta heç bir halda sülhməramlılar tərəfindən nəzarət həyata keçirilməməlidir.Göm­rük postları bütün dövlətlərin və o cümlədən Azərbaycanın iqtisadi və təhlükəsizlik maraqlarını müdafiə edən bir qurumdur. Buna görə də Azərbaycanın gömrük qurumu orada öz fəaliyyətini həyata keçirməlidir. Həmçinin bütün sərhəd-keçid məntəqələrində sanitar xidməti var. Pandemiya vaxtı orada sanitar xidmət aparılmalıdır və s.

Bu baxımdan Laçın kolidorunun sərhəd hissəsində Azərbaycan dövlət qurumları öz fəaliyyətlərini həyata keçirməlidirlər. Yəni Azərbaycan dövlət qurumlarının fəaliyyəti orada yaşayan ermənilər və müvəqqəti təhlükəsizliyi təmin edən sülhməramlılar üçün problem yarada bilməz.

Hesab edirəm ki, bu addımlar zəruri və qısa müddətdə həll olunan məsələlər olmalıdır.

Ermənistan tərəfi isə bir dəfəlik beynəlxalq hüququn normalarına uyğun şəkildə davranmağı öyrənməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb

İntihar edən qız polkovnikin nəvəsidir: Bloqqer imiş- Foto

Zina edənlər həbs edilsin - Tanınmış aparıcı

Kamran Həsənli və Erkin Qədirli arasında gərginlik yaranıb – Video

Heç kim bilmir - Tərkibində isə süddən 25 dəfə çox kalsium, spanaqdan 15 dəfə çox dəmir var...

Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı - Yenilənib

Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - Foto

Ərdoğan Türkiyəni dünyanın hədəfinə çıxardı

“Mahmudov və 40 quldur” seriyasından: İş adamından 2 milyon dolların qoparılması...

Ayətullah Xameneyi Azərbaycan dilində səhifələr açdı

Ermənilər Sibirdə Hüseyn Cavidi bu cür öldürüb

Ən çox oxunanalar