Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”

PİA.az Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin APA-ya müsahibəsini təqdim edir:

- Son günlərdə Şərqi Aralıq regionunda mövcud olan vəziyyətlə əlaqədar Türkiyə və Yunanıstan arasında aparılan danışıqları necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası ölkələr arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə əsaslanan münasibətlərin tərəfdarıdır. Hazırda Şərqi Aralıq regionunda mövcud olan vəziyyət narahatlıq doğurmaya bilməz. Xüsusən koronovirus pandemiyasına qarşı qlobal mübarizənin getdiyi bir dövrdə danışıqlara üstünlük verilməsi vacibdir. Bu baxımdan, biz qardaş Türkiyə ilə Yunanıstan arasında NATO vasitəsilə aparılan danışıqları müsbət qiymətləndiririk. Həmçinin hesab edirik ki, tərəflər arasında heç bir ön şərt olmadan qurulacaq dialoq və aparılacaq birbaşa müzakirələr gərginliyin azaldılmasına və müvafiq həll yollarının tapılmasına imkan verəcəkdir. Azərbaycan zəruri olduğu halda bu məsələdə öz töhfəsini verməyə hazırdır.

Aralıq dənizini tarixi adı Göyçə gölü olan Sevan gölü ilə qarışıq salan Ermənistanın məsələyə katalizator rolunda müdaxilə cəhdləri isə sadəcə gülüş doğurur. Həmişəki adətinə uyğun olaraq Ermənistan ona aid olmayan mövzulara qarsımağa çalışır. Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur.

“Dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan Ermənistanın dənizə çıxışı olmayan ölkə olduğunu nəhayət anlaması yaxşı olardı. Aralıq dənizi fantaziyaları ilə yaşamaqdansa, dənizə çıxışı olmayan ölkə kimi Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyduğu halda regional kommunikasiya və nəqliyyat imkanlarından da faydalana biləcəyini dərk etməlidir.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz

Xankəndində ermənilər Azərbaycan Prezidentinin çıxışını belə izləyir

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib

Elmar Məmmədyarov: “Babalı Paşinyanın boynuna” - Müsahibə

Düşmənin könüllü dəstələri və döyüş texnikaları məhv edildi - Yenilənib

loading...

Ən çox oxunanalar