Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Ermənistan İsraildən silah da dilənib” – Yevda Abramov

Ermənistan İsraildə səfirlik açmaq üçün hərəkətə keçib...

İsrail Xarici İşlər Nazirliyinin rəsmi Yerevanın səfirlik açmaq qərarını alqışladığı bildirilir.

Bu barədə İsrail XİN-i rəsmi açıqlama da yayıb.

Azərbaycan isə İsraillə daha isti münasibətlərə malik olsa da, nədənsə bu ölkədə səfirlik açmağa tələsmir.

Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a gündəmi zəbt edən məsələ barədə danışıb. O deyib ki, hər bir dövlətin hansısa ölkədə səfirlik açması onun xarici siyasətinin leymotividir, dövlət başçısının siyasətidir:

Ermənistanın əvvəl də İsraildə səfirliyi olub. Sonradan müəyyən məsələlər üzündən o səfirlik bağlandı. Bu da ölkələrin xarici siyasətində olan prioritetlərdən asılıdır. Ermənistan Cənubi Qafqazda düzgün siyasət aparmayıb. Ermənistanın İranla münasibətləri İsraili qıcıqlandırıb. Nəticədə bu ölkə səfirlikdən imtina edib. Ermənistanın İsraildə səfirlik açmaq məsələsi yenidən gündəmdə olsa da, bu o demək deyil ki, səfirliyin açılması yaxın günlərdə baş tutacaq. Sadəcə, rəsmi Yerevan öz təkliflərini verib”.

Yevda Abramov Ermənistanın İsraildə səfirlik açmaq qərarından danışarkən dilənçilik etdiyini də vurğulayıb:

“Rəsmi Yerevan 2016-cı ilin aprelindən bu işlə məşğuldur. Hətta səhvini başa düşüb üzr istəmək səviyyəsinə qədər düşərək, İsraildən silah da dilənib. Baş nazirdən də aşağı səviyyəli erməni məmurlar İsrailə gedərək silah istəsələr də, istəklərinə nail ola bilməyiblər. Hesab edirəm ki, bu məsələdən sensasiya yaratmaq olmaz. Bu, böyük faciə deyil. Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycana heç bir ziyanı yoxdur”.

Yəhudi parlamentari bildirib ki, Ermənistanın səfirlik açmaq istəyini Azərbaycanla müqayisə etmək doğru deyil:

“Bizim İsraildə səfirlik açmamağımız ölkə prezidentinin kompetensiyasına daxil olan incə məsələdir. Bizi bu məsələdə Ermənistanla eyni səviyyədə qoymaq düzgün deyil. Məsələnin bu formada qoyuluşundan narazıyam. Azərbaycanın geosiyasi maraqları, yerləşdiyi mövqe başqa, Ermənistanın tutduğu mövqe isə tamam başqadır. Unutmaq olmaz ki, biz İslam təşkilatının üzvüyük. Söhbət ondan getmir ki, bu məsələdə İran faktoru ola bilər. O zaman İsrail məsələni başqa cür qoya bilər. Ermənistan İranla dostluqda heç də bizdən aşağı səviyyədə deyil”.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

loading...

Ən çox oxunanalar