Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Ermənistan hökuməti bu iki addıma gedə bilər” - Tofiq Zülfüqarov danışdı

Cəbhədə ötən gün səhər saatlarından Azərbaycan ordusunun başlatdığı əks-hücum əməliyyatları və ermənilərin addımları, o cümlədən beynəlxalq reaksiyalar əsas müzakirə mövzularıdır.

PİA.az bu mövzuda sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Tofiq müəllim, sentyabrın 27-dən cəbhədə başlanan və hazırda davam edən hərbi əməliyyatları necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, əməliyyatların gedişatını hərbi mütəxəssislər qiymətləndirməlidir. Məsələnin siyasi tərəflərinə diqqət çəkə bilərik. Hiss edilir ki, Ermənistan tərəfi iki istiqamətdə təxribat hazırlayır. Hesab edirəm ki, bunlardan biri Dağlıq Qarabağ qondarma respublikasının Ermənistan tərəfindən tanınması addımı ola bilər. Hazırda Paşinyan hökumətinin populist siyasəti bunu həyata keçirə bilər. Biz anlamalıyıq ki, zamanında onlar danışıqlar prosesində tərəf kimi qondarma respublikanın iştirakını istədikdə, bunu problemin həlli məqsədilə etmirdilər. Amma əgər Ermənistan qondarma rejimin müstəqilliyini tanımaq kimi addıma getsə, bu, onların işğalçı siyasətinin bir qədər də qabardılmasına səbəb olacaq.

İkincisi, onlar cəhd edəcəklər ki, hərbi əməliyyatlar yalnız Qarabağ cəbhəsində davam etməsin. Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən dəstək əldə edə bilməyib. Bu səbəbdən onlara hava və su kimi lazımdır ki, hərbi əməliyyatları Ermənistan-Azərbaycan sərhədlərinə keçirsinlər. Buna cəhd etmələri istisna deyil. Hesab edirəm ki, Ermənistan hökuməti bu iki addıma gedə bilər, ələlxüsus Naxçıvan istiqamətində belə təxribatçı addım ata bilərlər.

- Paşinyan ötən gün parlamentdə çıxışı zamanı bildirdi ki, Qarabağ problemini həll etmək mümkündür. O, üzünü deputatlara tutaraq “Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verməklə hadisələri bu saat dayandırmaq olar” ifadəsini işlətdi və deputatlardan bunu istəyib-istəmədiklərini soruşdu. Deputatlar isə “heç vaxt” deyə qışqırdılar. Onun bu gedişi nəyə hesablanıb?

- Əvvəla nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağa muxtariyyət statusu verən yoxdur. Azərbaycanın gündəmində belə bir məsələ mövcud deyil. Zamanında onlara belə bir təklif edilmişdi, lakin qəbul etməmişdilər. Hazırda bu məsələ Azərbaycanın gündəliyində yoxdur. Ermənistan açıq bəyan edir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edir. Ona görə, onun qoşunları Qarabağdadır. Amma bu rolu heç kim tanımır. İndi işğalçı siyasəti hamarlamaq üçün Paşinyan belə formada öz əməllərinə don geyindirmək istəyir. Hesab edirəm ki, bu çağırışla Ermənistanı müharibəyə qatmaq istəyir. Deputatların “Yox, heç vaxt” deməsindən sonra Paşinyan bildirir ki, yaxşı, onda gəlin hamılıqla gedək orada erməniləri müdafiə edək. Odur ki, yuxarıda qeyd etdiyim kimi onlar çalışırdılar ki, hərbi qarşıdurmanı iki ölkə arasında salsınlar. Amma indiyə qədər bu baş tutmayıb.

İndi əsas məsələ Azərbaycan tərəfindən hansı addımların atılması ilə bağlıdır. Hazırda beynəlxalq qurumlardan, aparıcı ölkələrdən əməliyyatların dayandırılnmasına dair çağırışlar var. Ancaq hərbi əməliyyatların dayandırılmasının hansısa şərtləri olmalıdır. Bu şərtlərə əməl edilməlidir ki, hərbi əməliyyatlar dayansın. Əslində bu şərtlərin biri cənab Prezident tərəfindən açıqlanıb. Bu ondan ibarətdir ki, danışıqlar olarsa, bu zaman işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxması üçün qrafik tutulmalıdır. Ola bilsin ki, bu istiqamətdə danışıqlar baş verə bilər. Sözsüz ki, əvvəlcə həmsdərlər danışıqların bərpa edilməsi təklifi ilə çıxış edəcəklər. O zaman biz deməliyik ki, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasına hazırdırlarsa, danışıqlar baş tuta bilər. Bu halda qrafikin digər texniki məsələlərini danışıqlar vasitəsilə həll etmək olar.

- Hazırda əməliyyatlar davam edir, Azərbaycan ordusu bəzi yüksəklikləri azad edib. Gedişatı necə qiymətləndirirsiniz?

- Hiss edilir ki, Azərbaycan Qarabağ hərbi teatrında Ermənistanı məcbur edir ki, ehtiyat qüvvələrini bura gətirsin və müdafiə prosesinə cəlb etsin. Deməli, digər istiqamətdə - cəbhənin erməni səngərlərində boşalma baş verir. Mən istisna etmirəm ki, ikinci mərhələdə Azərbaycan ordusu digər istiqamətlərə də zərbələr endirə bilər. Məntiq bunu deyir.

İkincisi, indi canlı qüvvələrin bir qədər irəli getməsinə də xüsusi üstünlük verilmir. Sadəcə olaraq düşmən rezervlərinin hərəkətə keçməsi və cəbhə istiqamətinə gətirilməsi baş verir və bu ehtiyat qüvvələri hərəkət etdikləri təqdirdə vurmağa cəhd edilir. Mən hesab edirəm ki, bu yolla onlar məhv edilməlidir. Xüsusilə, nəzərə almaq lazımdır ki, hazırda bölgədə hava qüvvələrinin üstünlüyü Azərbaycan ordusundadır. Onların təchizatı məhv edilir. Ola bilsin ki, canlı qüvvələrin irəli getməsi daha çox itkilərə səbəb olar. Ancaq düşməni zəiflətmək, daima artilleriya zərbələri endirmək daha doğru addımdır. Hesab edirəm ki, Azərbaycan ordusunun taktikası mükəmməldir.

- Qondarma respublikanın “prezidenti” Araik Arutyunyan iddia edib ki, onlar təkcə Azərbaycanla deyil, həm də Türkiyə ilə vuruşurlar. Hətta şərdən qalmayaraq bəyan edib ki, Azərbaycan tərəfindən F-16 qırıcıları da müharibəyə cəlb edilib. Sözsüz ki, İsrail istisna olmaqla, NATO üzvü olmayan heç bir ölkədə belə model qırıcılar yoxdur. Bu mənada saxta prezidentin bu bəyanatı hansı marağa xidmət edir?

- Bunun nəyi pisdir? Azərbaycan torpaqlarını işğal etmisiniz, indi də bir millət, iki dövlətin gücünü hiss edəcəksiniz. Əlbəttə, belə bir fakt yoxdur. Amma hesab edirəm ki, indiyə qədər olmayıbsa, bundan sonra olmalıdır.

- Rusiyanın cəbhədə baş verənlərə yanaşmasını necə qiymətləndirmək olar?

- Verdiyimiz proqnozlar özünü doğruldur. Rusiya heç tələsmir. Paşinyan isə zəng vurur, hansısa xahişlər edir. Əslinə qalsa onlar bunu bilirdilər. Mən ehtimal edirəm ki, bir azdan Ermənistanda Rusiyaya qarşı güclü dalğa müşahidə olunacaq.

Bir məqam da var. Ermənistanın Müdafiə naziri Tonayan Moskvaya gedib və bundan sonra ondan xəbər çıxmayıb. Bu da qəribə haldır. Yəni Ermənistanda hərbi-siyasi böhran artıq göz önündədir.

- Hərbi əməliyyatların dayandırılmasına dair çağırışları necə analiz etmək olar?

- Hiss olunur ki, beynəlxalq vəziyyət Ermənistanın tərəfində deyil. Nə qərb, nə də Amerika Ermənistanı müdafiə edir. Əlbəttə, Dövlət Departamentinin hansısa katibi səviyyəsində tərəflərə zəng edilir, amma diqqətlə baxsanız görərsiniz ki, ABŞ-da Kim Kardaşyandan başqa heç kimdən səs çıxmır.

- Azərbaycan ordusu hərbi əməliyyatları davam etdirməlidirmi yoxsa bu üstünlükdən sonra erməniləri sülh masası arxasında oturtmaq mümkün olacaq?

- Mən hesab edirəm ki, hərbi əməliyyatlar davam etməlidir. İndi Azərbaycanın hərbi taktikasının bəzi gizgilərini görmək olar. Hava, raket və artilleriya üstünlüyü faktiki ordumuzun nəzarətindədir. Ehtiyatlarımız da çoxdur. İndiki klassik müharibə, yəni “Ura getdik irəli” məsələsi yoxdur. Hazırda müharibələr bir qədər fərqlidir. Pilotsuz Uçuş Aparatı ilə görürük ki, orada texnika, canlı qüvvə var. Onu məhv edirik. Bu yolla onları zəiflədirik. Əslində Ermənistanın 22 ədəd zirehli texnikasının məhv edilməsi baş verib. İstisna etmirəm ki, hansısa anda Azərbaycan Müdafiə Nazirliyi bu kadrları yaymağa başlayacaq. Bu həm də hərbi-informasiya təbliğatı üçün çox vacibdir.(Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Düşmən Zəngilanda məscidi donuz fermasına çevirib - Video

Erməni mətbuatı: Azərbaycan qoşunları Qarabağın dərinliklərinə nüfuz edib

Alimlər insan kəlləsində yeni orqan tapdılar - Tibdə ilk

Paşinyan Rusiyanı satıb dəstək almaq istəyir - Putin xəyanəti bağışlamır

Azərbaycanın milli dronu olan "Zərbə"nin xüsusiyyətləri

Ermənilər Xocavənddə mühasirəyə düşdü: Mərkəzi qərargahla əlaqə tamamilə kəsilib

loading...

Ən çox oxunanalar