Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan hökuməti bəsitdir və funksional impotensiyaya uğrayıb”-Robert Koçaryan

Robert Koçaryan həbsxanadan Paşinyanın psixi problemlərindən danışdı 

Vladimir Manukyan

golosarmenii.am, 30.07.2019

Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan “Qolos Armenii”nin suallarını cavablandırıb.

–Hakimiyyətin anlaşıqlı inkişaf konsepsiyası yoxdur. Siz çılpaq populizmə qarşı nə qoymaq niyyətindəsiniz, başqa sözlə, fəal siyasətə dönüş bildirişiniz nəyə əsaslanır? Dövlətə həyat qabiliyyətli inkişaf layihəsi gərəkdir, adamlar bilmək istəyirlər ki, sabah ölkənin başına nələr gələcək, axı zaman təkcə baş nazirə qarşı deyil, həm də Ermənistan və Artsaxa (Dağlıq Qarabağ-tərc.) qarşı işləyir.

-Yönəltmə təcrübəsi, ölkənin iqtisadi və sosial inkişafının konseptual proqramı və idarə edənlərin peşəkar, proqnozlaşdırılan komandasına. Dövlət maşını saat kimi işləməlidir – özü də cəmiyyət üçün anlaşıqlı rejimdə. Ölkəni uğurla modernləşdirmək, islahatlar keçirmək və effektli yönəltmə bunsuz, sadəcə, mümkün deyil. Mən Qarabağ və Ermənistanda uğurlu prezidentliyi arxada qoymuşam. Son 10 ildə iqitsadiyyatın ən müxtəlif sahələrində işləyən böyük yatırım şirkətinin direktorlar şurasında olmuşam. Belə ki, məndə nadir hərbi və dövlət quruculuğu təcrübəsi, əhatəli sosial-iqtisadi islahatlar və çağdaş biznes mexanizmlərinin işini anlamaq var. Ermənistanda belə təcrübəli adamlar çoxdurmu?

-Cəmiyyətin bir bölümü üçün müxalifətdə olmaq Koçaryanla olmaq deməkdir, əks halda hakimiyyətin qanunsuzluqlarına müqavimət səmərəli görünmür. Siz gözləmə taktikasına nə qədər uzun müddət əməl etmək niyyətindəsiniz və vəzifəsi “konsensus minus bir” durumu formalaşdırmaq olacaq müxalifətin konkret formatı haqda təsəvvürlərinizi haçan səsləndirərsiniz? Bəllidir ki, parlamentdə özülüyündə müxalifət yoxdur, iş bacarıqlı alternativ siyasi qütb Sizin iştirakınızla və Sizin ətrafınızda formalaşa bilər.

-Düşünürəm ki, “konsensus minus bir” siyasi meydanda bir ideya kimi artıq formalaşıb. Hamı görür ki, dövlət aparatı ölkənin inkişaf proqramına deyil, bir nəfərin son dərəcə bəsit dünyagörüşündən qaynaqlanan instinkt və şıltaqlıqlarına xidmət edir. Hamı bu gün hakimiyyətin bəsitliyi və funksional impotensiyasından danışır. Yəni müxalif meydanda birləşməkdə konsolidasiya üçün zəmin gen-boldur. Amma düşünmürəm ki, vahid konsolidasiya mərkəzi əlüstü yaranacaq. Hesab edirəm ki, müxtəlif cəzb gücü ilə cazibə mərkəzləri bir neçə olacaq, amma bunların arasında fəal qarşılıqlı təsir qaydaya düşəcək. Həm də cəmiyyətin siyasi-fəal intellektual hissəsi məhz orada cəmlənir. Mən bu proseslərdə önəmli bənd olacağam, amma heç də yeganə bənd olmayacağam. Ölkəyə sağlam güclərin geniş birliyi gərəkdir. Bu proses mütləq həm də parlament müxalifətinin fəallaşmasına gətirəcək, əks halda o öz elektoratını itirər. Birləşmə prosesi və müxalif meydanda tərəfdaşlığın formalaşması payızda başa çatar və siyasi mübarizə sistemli və əhatəli xarakter alar.

-Siz elə gəlmir ki, siyasi meydandakı qeyri-standart durum qeyri-standart yanaşma tələb edir? Əks halda “aşağıdan” narazılıq buna gətirə bilər ki, hakimiyyət məsələsi küçədə həll olunacaq və hakimiyyətə bir populistin yerinə başqası gələr. Belə təhlükəni necə önləmək olar?

-Düşünürəm ki, hakimiyyət məsələsi istənilən halda küçədə həll olunacaq … erkən parlament seçkilərində. Bu hökumət idarəçiliyin belə keyfiyyəti ilə uzun müddət duruş gətirməz və bir də seçilmək perspektivinə malik deyil. Seçici bu zaman populistlərdən boğaza yığışacaq və öz seçimində daha ciddi olacaq. Adətən, iflasa uğrayan populistləri təcrübəli, təhsilli və təmkinli praqmatiklər əvəzləyirlər. Təzə örnək Yunanıstanda erkən parlament seçkilərinin nəticələridir.

-Gürcüstan iqtisadiyyatında Türkiyə-Azərbaycan amilinin güclənməsi və ABŞ-İran münasibətlərindəki yeni qarışıqlıq Ermənistan və Artsaxın gələcəyi üçün yeni keyfiyyətli çağırışları ehtiva edir. Bölgə fövqəldövlətlərin diqqətini çəkərək dəyişilir. Ölkəmiz bu çağırışlara qarşı durmağa hazırdırmı və yaxud inkişaf imkanlarını tam şəkildə itirəcəyik?

–Özümüzə birbaşa sual verməliyik: bölgəmizdə nüfuzlu oyunçu olmaqdan ötrü Ermənistana nə lazımdır? Biz nə ilə maraqlıyıq, qonşular qarşısında nə ilə üstünük? Problemlərimiz haradadır? Düzgün cavab aşkarca təsəlliverici olmayacaq.

Biz dörd ölkənin arasına sıxılmışıq. Türkiyə və Azərbaycanla münasibətlərimiz, yumşaq deyilsə, əmələ gəlmədi. İran ABŞ-ın qara siyahısında, daim sanksiya basqısındadır. Gürcüstan Ermənistanın qeyd olunduğu və coğrafiyaca onun ərazisi ilə ayrı düşdüyümüz yerlə münaqişə aparan geopolitik alyansa fəal can atır. Bizim sabit pisləşən demoqrafik durumla yanaşı əhalimiz azdır ki, bu da bizi əhatəli iqtisadiyyat effektindən məhrum edir. Dörd qonşudan ikisi ilə problemli münasibətlər müxtəlif növ servislərin geniş spektri üçün bölgəsəl liberal meydança olmağa imkan vermir. Bizi böyük transmilli şirkətlər üçün cazibədar edən hər hansı bir dəyərli təbii resurslara sahib deyilik. Ərazimiz kiçikdir, yeni kommunikasiyalarla bizdən yan keçmək də asandır. Gördüyümüz nəqliyyat problemləri məhsulun maya dəyərinə təsir edir və sənaye inkişafının mümkün seqmentlərini kəskin daraldır. Elmtutumlu sənayenin inkişafı üçün SSRİ-dən miras qalmış texniki savadlı insan kapitalı dönməzcəsinə itirilib. Ermənistanın iqtisadi inkişafında diasporanın iştirakında azalmağa doğru aşkar tendensiya görürük. Diaspora olduğu ölkələrdə həm emiqrantların ikinci və üçüncü nəslinin obyektiv motivasiyası, həm də kürsəlləşmənin basqısı altında milli ideyanın aşınması üzündən assimilyasiyaya uğrayır. Erməni icmalarının ənənəvi özünütəşkil institutları da həmin səbəblərdən zəifləyir. Bu siyahıya Qarabağ tənzimlənməsini əlavə edin.

Bu, ölkənin qarşısında duran çağırışların natamam siyahısıdır.

Populizmə və şüar boşboğazlığına söykənərək bunları həll etmək olarmı? Aydındır ki, yox və bunları aradan qaldırmaq üçün fövqəlsəylər, fövəltəşkil və fövqəlsəriştə gərəkdir. Biz gördüyümüz hər bir işdə son dərəcə effektiv olmalıyıq, ancaq bizi irəli aparan işləri görməliyik. Bu gün hakimiyyətin ölkə qarşısında duran vəzifəni adekvat başa düşdüyünün heç bir əlaməti yoxdur.

-Hakimiyyətin Sizi təcrid etmək və ERP-i nüfuzdan salmaqla Ermənsitanı İrana qarşı ABŞ-la separat əlbirliyə çəkməyə hazırlaşdığı haqda politoloqların əndişəsini bölüşürsünüzmü? Başqa sözlə, Sizə münasibətdə vendetta hansısa bir geopolitik hədəf güdürdümü, yoxsa söhbət ancaq keçmişlə haqq-hesab çəkməkdən və 2008-ci il 1 mart hadisələrinə görə təqsiri sizin üzərinizə yıxmaqdan gedir?

-Tamamilə uydurma ittihamlara görə məni istənilən qiymətə təcrid etməyə çalışan səylər xeyli suallar doğurur. Əgər bu, yalnız qarayaxa vendettadırsa, onda baş nazirin psixoloji profili cəmiyyətdə narahatlıq doğurmalıdır. Politoloqların irrasionallıqdan xoşu gəlmir, buna görə də mənim təqibimin izah olunan motivlərini arayırlar. Onların əndişələri həqiqətəbənzərdir, amma yenə də analitik nəticələr sahəsində qalır.

-Politoloqlar (o cümlədən Rusiyanınkılar) Sizin həbsinizi baş nazirin ER-də Rusiya nüfuzunun zəiflədilməsi haqda Qərb elitalarına hansısa vədinə getdikcə daha tez-tez bağlayırlar. Sizin fikrinizcə, Rusiya-Qərb kürəsəl siyasi qarşıdurması kontekstində durum necə görünür?

-Ermənistan üçün xarici siyasətdə məqbul və izah edilən qarşılıqlı tamamlanma dəhlizi son dərəcə daralıb. Bu, geopolitik yönü bir gecədə “dəyişdirən” hökumətin həyatını qəlizləşdirir. Onlar bununla yanaşı əvvəlki kimi düşünməyi davam etdirirlər, amma hiylə işlətməyə, səmimiliyi yamsılamağa məcburdurlar ki, bu da heç də həmişə alınmır. Siyasi ikiüzlülük, boyalı geopolitik istiqamətlər, daim deşiklər və nəticə kimi tərəfdaşlarla tamdəyərli olmayan münasibətlər də buradan qaynaqlanır. İnanmadığını və əmin olmadığını uğurla etmək mümkün deyil.

-Artsax Respublikasında prezident qovğasının yanlış startı göz qabağındadır. Ermənistandan erkən parlament və prezident seçkilərinə səbəb ola biləsi inqilab ixracı imkanına inanırsınızmı?

-Ümid edirəm ki, Ermənistan hökumətinin təkidli səylərinə baxmayaraq, bu, baş verməyəcək. Aqdətən, erkən seçkilər Qarabağda əlamətləri əsla olmayan daxili-siyasi böhranın nəticəsi olur. Orada süni böhran yaratmaq məsuliyyətsizlikdir, bu, milli maraqlara xəyanət olar. Qarabağlılar əzm göstərməli və destruktiv müdaxiləyə istənilən cəhdi rədd etməlidirlər.

-Ədalət məhkəməsilə bağlı komediya göstərdi ki, siyasət tülüngüləri Sizdən necə qorxurlar. Hesab edirsinizmi ki, müxalif hərəkata istənilən an başçılıq etmək olar və hakimiyyət tərəfdən hakimlərə açıq basqı şəraitində məhkəmə təhqiqatındansa bu, azadlıq və ədalətə daha qısa yoldur?

-Ermənistanın ədalət məhkəməsi ilə bağlı baş verənlər ölkə üçün uzun illər üzqarası olaraq qalacaq. Təqibin bir ili boyunca mənim hüquqlarımın kobud şəkildə pozulmasının sayı hətta üzü üzlər görmüş vəkilləri də şoka salır. “Məhkəmə” iclasının gedişində camaatın gözünün qabağında müttəhimi bütün hüquqlardan məhrum etməyi hətta orta əsrlərin “ədliyyə” cəhalətsevərləri də özlərinə rəva bilməyiblər. Hazırda qanunsuzluq davam edir, həbs haqda qanunsuz qərardan şikayət etməyimə müxtəlif hiylələrlə imkan vermirlər. Ölkənin prokurorluğu siyasi inkvizisiya olub. Belə əndazəsizliyin daha haradasa mümkün olduğunu təsəvvür etmək çətindir.

Siyasi fəaliyyətimin məni vadar etdikləri “məhkəmə” tərkibinə etinasız yanaşmaq çətindir. Yekunda müxalif fəaliyyətlə hüquqi müdafiəni birləşdirmək lazım gəlir – bunu belə adlandırmaq mümkündürsə. Amma burada müəyyən pozitiv də var. Hakimiyyət ədalət uğrunda mübarizin rəhmdil maskasını isterika içində cıraraq hamıya göstərdi ki, onun şüarları və səsləndirdiyi dəyərlərin gerçəkliklə heç bir ümumiliyi yoxdur. Bu, cəmiyyətin düşünüən hissəsi üçün son dərəcə önəmlidir və hakimiyyət onun dəstəyindən məhrum olub.(Tərcümə Strateq.az)

Pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar