Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan hərbi geyimlərinin üstündə “Made in Turkey” etiketi aşkarlanıb

Ermənistanda ortaya çıxan fotoşəkillərdən sonra ordu üçün geyimlərin harada istehsal olunduğu barədə suallar ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, hərbi geyimlərdən bir qisminin üzərində Türkiyə istehsalı olması barədə etiket aşkarlanıb. Bununla bağlı fotoşəkillər sosial şəbəkələrə çıxandan sonra ictimai təşvişə səbəb olub. Uzağa gedən şərhlərdə hətta Ermənistan ordusunun Türkiyənin nəzarətində olması barədə iddialar irəli sürülüb. Qalmaqal böyüyəndən sonra ölkənin Müdafiə Nazirliyi açıqlama ilə çıxış etməli olub.

Nazirlik bildirib ki, Ermənistan formasının "Türkiyə istehsalı" qeydi ilə sosial şəbəkələrdə və telegram kanallarında yayılmış fotoşəkillərinin Ermənistan Müdafiə Nazirliyi ilə hər hansı əlaqəsi yoxdur: "Ermənistanın hərbi geyimləri yalnız Ermənistanda tikilir". Təbii ki, bu açıqlama cəmiyyəti sakitləşdirməyib.

Ermənistanda sosial mediada yayılan fotolarda "Made in Turkey" etiketi görünür. Yerli mətbuat məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib və oradan bildirilib ki, onların balansında olan geyim formaları yalnız Ermənistan istehsalıdır. "O zaman bu geyim formaları haradan peyda olub?" sualına cavab verən nazirlik təmsilçisi bildirib ki, "bu forma böyük ehtimalla özəl sahibkarlar tərəfindən idxal edilib və Müdafiə Nazirliyi ilə hər hansı əlaqəsi yoxdur.

Amma sosial şəbəkələrdə sualların ardı gəlməyə başlayıb: Türkiyədə Ermənistan hərbi geyimlərinin istehsalı kimə lazımdır? Bu geyim Türkiyədə nə dərəcədə populyardır ki, istehsal edib satışa çıxarsınlar?

Sosial media istifadəçilərinin gəldiyi nəticə bundan ibarətdir ki, Ermənistan Müdafiə Nazirliyi Türkiyədə hansısa özəl biznes subyektlərinə sifarişlər verib və ola bilsin, hansısa məhsul partiyasına texniki olaraq belə etiketlər yapışdırılıb.

Qeyd edək ki, son günlər Ermənistanda Azərbaycan və Türkiyə ilə bağlı həyəcanlı fotolar və iddialar ortaya çıxır. Dünən yayılmış fotoşəkillərdə Azərbaycana məxsus hərbi geyimdə 4 şəxs İrəvanda supermarketdə alış-veriş edərkən qeydə alınıb. Həmin şəxsləri Müdafiə Nazirliyinin nümayəndələri müşayiət edirmiş. Qalmaqal böyüyəndən sonra hökumət təmsilçisi açıqlama verərək həmin şəxslərin İrandan gəlmiş nümayəndə heyəti olduğunu bildirib. Amma cəmiyyətdə şübhələr yenə də qalıb - bir çoxları əminliklə iddia ediblər ki, bu geyim İrana deyil, Azərbaycana məxsusdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar