Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycanın tranzit kommunikasiyalarını nəzarətə almaq istəyir - İddia

Avropa Birliyi, ABŞ və Çinin maraqları təhlükə altında Suriya və Liviyada Türkiyə ilə anlaşan Rusiya Qafqazda ortaq məxrəcə gələ biləcəkmi?

Ermənistanın Tovuz rayonuna hücumu ortaya xeyli suallar çıxardı. Bütün dünya Dağlıq Qarabağda savaşın yenidən başlaya biləcəyini ehtimal edirdi. Ancaq bu dəfə Ermənistan Dağlıq Qarabağdan tamamilə kənarda olan bir əraziyə hücuma keçdi. Nədən Ermənistan belə bir addım atdı? Məqsəd nədir? Azərbaycanda bu suala müxtəlif arqumentlərə söykənərək fərqli cavablar verildi.

Ancaq bu suala Türkiyənin cavabı xeyli fərqli oldu. Daha doğrusu, Türkiyə etiraf olunmayan həqiqətləri dilə gətirdi. Məsələn, Türkiyənin “ANT” kanalının şərhində vurğulanan məqamlara diqqət edək: Ermənistan Rusiyanı da yanına alaraq Tovuza hücum edib. Bakı-Tiflis-Ceyhan neft kəmərini və Bakı-Tiflisi-Qars dəmiryolu xəttini ələ keçirmək istəyirlər. “Şahdəniz” yatağından hasil edilən qazın daşındığı Bakı-Tiflis-Ərzurum kəməri də bu ərazidən keçir. Təbii ki, bu, əsasən Rusiyaya lazımdır. Bu obyektləri ələ keçdikdən sonra isə Rusiya üstün mövqedən Türkiyə ilə bazarlığa getmək istəyir.

Adı çəkilən obyektlər Türkiyəni Azərbaycan və Gürcüstanla bağlayır. Orta Asiyaya da Türkiyə Bakı-Tiflis-Qars dəmiryolu ilə çıxır. Ancaq söhbət həm də Çin mallarının Xəzər dənizi üzərindən Ələt limanına, oradan isə Bakı-Tiflis-Qars dəmiryolu ilə Türkiyədən keçərək Avropaya daşınmasından gedir.

Gördüyünüz kimi, hədəf həm də Türkiyədir. Elə bu səbəbdən də Türkiyə mütləq bu savaşa müdaxilə edəcək. Zatən başqa yol da yoxdur. Bu layihələrin sıradan çıxması Gürcüstanın da böyük itkilərlə üzləşməsi deməkdir. Azərbaycanın itkiləri haqqında danışmağa belə dəyməz. Bu layihələr Azərbaycan dövlət büdcəsinin ən azı 80 faizi deməkdir.

Ermənistanın bu hücumuna Türkiyənin reaksiyası xüsusi ilə kəskin oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Ermənistanın Tovuz rayonuna hücumu onun boyunu aşan bir məsələdir. Yəni, Türkiyənin milli maraqlarını təhlükə altına atmaq Ermənistanın həddi deyil. Bu, təsadüfən işlənmiş bir ifadə deyildi.

Adını çəkdiyimiz layihələr, yəni Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryolu xətti təkcə Azərbaycan, Gürcüstan və Türkiyənin marağında deyil. Bakı-Tiflis-Ərzurum qaz kəmərində “BP”-nin (Böyük Britaniya) 28 faiz payı var. “Statoil” (Norveç) 15.5, “Total” (Fransa) və ”Naftiran İntertrade” (İran) isə 10 faizə sahibdir. Bakı-Tiflis-Ceyhan neft kəmərində də vəziyyət oxşardır. “BP” 30.1 faiz, “Chevron” (ABŞ) 8.90 faiz, “Statoil” (Norveç) 8,71 faiz, “Eni” (İtaliya) 5 faiz, “Total” (Fransa) 5 faiz, “İtochu” (Yaponiya) 2.50 faiz, “İnpex” (Yaponiya) 2.50 faiz, “ExxonMobil” (ABŞ) 2.50 faiz, ONGC Videsh (Hindistan) 2.36 faiz pay alıb.

Bu, layihələr Avropa Birliyi üçün xüsusi önəm daşıyır. Çünki Avropa Birliyi neft və qaz baxımından Rusiyadan asılı olmaq istəmir. Azərbaycanın ortaya qoyduğu layihələr Avropa Birliyinə alternativ kimi son dərəcə gərəklidir. Onu da deyək ki, bu layihələr ABŞ tərəfindən də ciddi şəkildə müdafiə olunur. Çünki Amerika Avropadakı müttəfiqlərinin Rusiyanın enerji qaynaqlarından asılı olmasını qətiyyən istəmir. Rusiya dəfələrlə öz enerji resursları üzərindən Qərbə təzyiq göstərib. Belə halların qarşısını bəri başdan almaq üçün alternativ kimi Azərbaycanın enerji resursları Qərb üçün önəmlidir.

Bu layihələr Çün üçün də həyati əhəmiyyət daşıyır. Xeyli müddətdir ki, rəsmi Pekin “İpək Yolu”nu çağdaş standartlar səviyyəsində yenidən işlək vəziyyətə gətirməyə can atır. Bu məqsədlə “İpək Yolu” üstündə olan dövlətlərdə müvafiq infrastrukturlar yaratmaq üçün ağlasığmaz paralar xərcləyib. Xüsusən, Bakı-Tiflis-Qars dəmiryolu Çin üçün hava-su kimi gərəklidir. Niyə? Sirr deyil ki, Çin mallarının su yolu ilə Avropaya çatdılıması bir ay çəkir. Ancaq həmin malların Ələt limanından qatarlara yüklənməsi və Türkiyə üzərindən Avropaya çıxarılması bu daşınmanın vaxtını 15 günə endirir. Hətta bu prosesi 10 günə çatdırmaq olar. Avropa Birliyi ilə Çin arasında mal mübadiləsi isə trilyon dollarlarla ölçülür.

Əvvəllər Çin öz mallarını Rusiya üzərindən Avropaya göndərirdi. Ancaq getdikcə Çin daha çox Azərbaycan istiqamətinə üstünlük verir. Çünki iqtisadi baxımdan bu, daha əlverişlidir.

İqtisadi maraqlar öz iradəsini hər yerdə diqtə edir. Məsələn, Türkiyə əvvəllər Rusiyadan daha çox təbii qaz alırdı. Ancaq illər keçdikcə Türkiyə Azərbaycan qazına üstünlük verməyə başladı. Bu tendensiya isə Rusiyanın ürəyincə olmadı.

Moskvanın Ermənistana güclü təsir rıçaqları var. Ancaq Rusiya bu rıçaqlardan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yox, öz çıxarları üçün istifadə etmək fikrindədir.

Suriya və Liviyada Ankara ilə birgə hərbi əməkdaşlıq içində olan Moskva Azərbaycan-Ermənistan münaqişəsi ilə də bağlı ortaq məxrəcə gələ biləcəkmi? Məntiqlə gəlməlidirlər. Əks təqdirdə Suriya və Liviyadakı anlaşmaların da etibarlılıq əmsalını ciddi şəkildə aşağı düşəcək.

Qafqazda Rusiya ilə Türkiyənin maraqları kəsişir. Ancaq qarşılıqlı güzəştlər hesabına həll variantı tapmaq mümkündür.
Qeyd etdiyimiz kimi, ortada həm də Avropa Birliyinin, ABŞ-ın və Çinin maraqları var. Bu maraqları heçə saymaq hətta Rusiya üçün də ciddi nəticələr doğura bilər. Əlbəttə, Rusiya bunun fərqindədir.

O ki qaldı Ermənistanın Azərbaycana əzələ nümayiş etdirməsinə, bu, son dərəcə gülüncdür. Ordunun gücünə görə, Azərbaycan dünyada 64-cü, Gürcüstan 89-cu, Ermənistan isə 111-ci yerdədir. Hərbi sahə üzrə nüfuzlu mütəxəssislərin çalışdığı “globalfirepower.com” saytı belə yazır. Ermənilər özləri də Azərbaycan ordusunun daha güclü olduğunu etiraf edirlər. İlk baxışda, bəri başdan məğlub olacağını bilən Ermənistanın Azərbaycan hücum etməsi absurd görünür. Ona görə də Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistanın dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi də təsadüfi sayıla bilməz.(musavat.com)

pia.az 


Etiket: Tranzit


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar