Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan “Zəngəzur dəhlizi”ni aça bilərmi?

Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü, eyni zamanda Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq tanımaması şəraitində iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin və nəqliyyat dəhlizlərinin bərpa olunması mümkündürmü?..

Siyasi şərhçi: “Ya sülh yolu ilə, ya da yeni müharibə yolu ilə bu problemlər öz həllini tapacaq. Amma yaxşı olardı ki, erməniləırin sağlam məntiqi qalib gələydi və problem sülh yolu ilə həll ediləydi. Çünki müharibə də eyni nəticələrə aparıb çıxaracaq”.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması şəraitində bir çox üstünlüklər əldə edə bilər”.

Bu sözləri siyasi şərhçi Elman Vəliyev hazırda Azərbaycan-Ermənista­n arasında on münasibətləri PİA.az-a şərh edərkən qeyd edib.

Hazırda Azərbaycan-Ermənista­n münasibətlərinin gələcək perespektivi, o cümlədən “Zəngəzur dəhlizi”n açılması, sərhədlərin demarkasiyası beynəlxalq siyasətin gündəm maddələri arasında yer almaqdadır. Prezident İlham Əliyevin Risiya səfərində də bu məsələ əsas müzakirə obyektlərindən biri oldu.

Bəs Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü, eyni zamanda Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq tanımaması şəraitində iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin və nəqliyyat dəhlizlərinin bərpa olunmasını mümkündürmü? Ümumiyyətlə Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizin açılması olə bağlı maddənin üçtərəfli bəyanatda yer alması belə bir təhlükə üçün əsas yaradırmı?

Qeyd edək ki, hazırda Azərbaycan-Ermənista­n sərhədində yaşanan gərginliklər məhz Yeravanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi ilə əlaqəlidir və ermənilər bu yolla Qarabağda yaşayan ermənilər üçün hansısa səviyyədə status əldə etməyə şalışırlar.

Mövzunu PİA.az-ın əməkdaşı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev ilə müzakirə edib.

Elman Vəliyev: “Nəqliyyat dəhlizlərinin açılması qarşılıqlı olaraq ərazi bütövlüyünü tanınması ilə bibaşa əlaqəli olmalı və bu proses yekun sülh sazişi ilə nəticələnməlidir”.

Azərbaycanın delimitasiya, demarkasiya proseslərini həyata keçirməyə davam etdiyini vurğulayan siyasi ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Ermənistan tərəfi buna maneə olmağa çalışarsa, yenə məğlubiyyətlə üzləşəcək:

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması şəraitində bir çox üstünlüklər əldə edə bilər. Tərəflər arasında nəqliyyat sisteminin bərpası üçtərəfli bəyanatda yer alıb. Ancaq Ermənistan bu biganə münasibət bəsləyir və bu bəndin yerinə yetirilməməsi üçün təxribatlara əl atır. Bu təxribat planlarının içində hətta yeni müharibə planı da var. Təbii ki, ermənilər yeni müharibəni Ermənistan ərazilərinə daşımaqla Rusiyanı məcburən bu müharibəyə cəlb etmək və onlar üçün arzuolunmaz vəziyyəti dəyişməyə çalışırlar. Belə şəraitdə bəyanatın yerinə yetirilməsi çətindir. Əlbəttə ki, Ermənistan iqtidarı da bu cür siyasətə əl atmaqla özünü sığortalamağa çalışır. Atəşkəsi pozmaqla öz xalqına ruhlanma verir. Daxildə etirazçı kütləni dağıtmaq üçün xarici konfliktdan bəhrələnmək həmişə ən yaxşı üsullardan biri olub. Lakin bu gün Ermənistan üçün də vəziyyət birmənalı olaraq çox pis və çətundir. Çünki Ermənistanın özünə müttəfiq olaraq gördüyü Rusiya bu məsələdə tərəf yox, arbitr olmaq istəyir. Ümumilikdə isə Rusiya tamamilə bütün nəqliyyat dəhlizlərinin açılmasının tərəfdarıdır.

Məhz bu fonda Ermənistan tərəfi məğlub olmalarına baxmayaraq heç olmaya azdan-çoxdan nəsə əldə etmək istəyirlər. Onun üçün ara-sıra “Dağlıq Qarabağın” müstəqilliyi məsələsini ortaya atır, status tələb edirlər. Ancaq hələ ki, status məsələsi gündəmdə deyil və Azərbaycan tərəfi qətiyyətlə bu məsələnin danışıqlar predmeti olmasına qarşıdır. Azərbaycan tərəfi statusun olmadığını vurğulayır. Çünki, əgər status məsələsi yenidən gündəmə gəlsə, bu zaman ortaq yol tapmaq çətin olacaq.

Elman Vəliyev: “Qarşılıqlı olaraq ərazi bütövlüyünü tanınması olmadan nəqliyyat dəhlizinin açılması əslində müharibə riskinin qoruyub saxlanılması anlamına gələcək”.

İndi isə əsas prioritet bölgədə kommunikasiya sistemlərinin, sərhəd problemlərinin həllidir. Azərbaycan delimitasiya, demarkasiya proseslərini həyata keçirməyə davam edir. Ermənistan tərəfi buna maneə olmağa çalışarsa, yenə məğlubiyyətlə üzləşəcək. Onu da qeyd edim ki, bu məsələdə də beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan qanunsuz işlə məşğul deyil. Nə də ki, başqasının torpağına göz dikməyib. Sadəcə öz ərazilərini bərpa edir.

Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan delimitasiya, demarkasiyas proseslərində bir xeyli üstünlüklər əldə edəcək. Bu ya sülhlə, ya da güclə olacaq. Amma biz istəyirik ki, sərhəd məsələsi sülhlə həll olsun. Qarşı tərəf buna soyuq münasibət göstərməsin.

Ümumilikdə hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü, eyni zamanda Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq tanınması Azərbaycanın “qırmızı xətti” olmalıdir. Bakı qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımadan nəqliyyat dəhlizlərinin bərpasına getməməli və bunu da birmənalı şəkildə elan etməlidir. Qarşılıqlı olaraq ərazi bütövlüyünü tanınması olmadan nəqliyyat dəhlizinin açılması əslində müharibə riskinin qoruyub saxlanılması anlamına gələcək. Ona görə də nəqliyyat dəhlizlərinin açılması qarşılıqlı olaraq ərazi bütövlüyünü tanınması ilə bibaşa əlaqəli olmalı və bu proses yekun sülh sazişi ilə nəticələnməlidir. Yalnız bundan sonra regiona sülh gəldiyini iddia etmək olar və bu halda da Azərbaycanla Ermənistan arasında ikitərəfli sazişə əsasən nəqliyyat dəhlizlərini açmaq olar. Beynəlxalq hüququnda tələbi budur.

Ermənistan tərəfi də bunu anlayır. Anlayır ki, gec-tez yekun sülhə getməyə məcburdur və bunu Ermənistanın baş naziri Nikol Paşinyan da açıq şəkildə dilə gətirir. Ya sülh yolu ilə, ya da yeni müharibə yolu ilə bu problemlər öz həllini tapacaq. Amma yaxşı olardı ki, erməniləırin sağlam məntiqi qalib gələydi və problem sülh yolu ilə həll ediləydi. Çünki müharibə də eyni nəticələrə aparıb çıxaracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar