Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yanlışdır - Erkin Qədirli

Ermənistanla münaqişəmizə nə vaxtdan "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" deyilməyə başlandığı yadımda deyil. Yadımda olan odur ki, bu ifadəni eşitdiyim ilk andan ona qarşı olmuşam, yeri gələndə onun yanlış olduğunu söyləmişəm”...

PİA.az xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli bildirib. Onun fikrincə, Ermənistan-Azəbaycan münaqişəsində Dağlıq Qarabağ tərəf kimi göstərilə bilməz. "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" ifadəsi yanlışdır, çünki:

1. Bizim üçün münaqişə tərəfi Ermənistandır, Dağlıq Qarabağ deyil;

2. Yazıda olan tirenin və vergülün yaratdığı məna fərqi danışıqda itir, bununla da qavrayışı çətinləşdirir (dinləyənləri çaşdırır);

3. Hazırki inzibati-ərazi bölgüsündə "Dağlıq Qarabağ" vahidi yoxdur.

Biz bu münaqişəni aydın dilə gətirməli, onu "Ermənistan - Azərbaycan münaqişəsi" adlandırmalıyıq.

Tərcümələri də belə olmalıdır - "the conflict between Armenia and Azerbaijan", "конфликт между Арменией и Азербайджаном", və s. Niyə məhz belə? Çünki, məsələn, ingiliscə "Armenian-Azerbaijani conflict", ya da rusca "армяно-азербайджанский конфликт" ifadələri qeyri-müəyyən şəkildə ermənilərlə azərbaycanlıların münaqişəsi anlamına gəlir, münaqişənin dövlətlərarası olduğunu bildirmir”, - deyə o bildirib.

pia.az


Etiket: Erkin Qədirli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar