Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan açıq mövqe ortaya qoydu - Azərbaycan danışıqlardan imtina etməlidirmi?

Ermənistanın mövqeyində dəyişikliyin olmadığı və danışıqlara ancaq həyasızcasına işğalı qanuniləşdirmək məqsədi ilə qatıldığını ortaya qoyduğu bir şəraitdə Azərbaycanın bu danışıqlara qatılmasını nə qədər doğru hesab etmək olar?..

Politoloq: “Görünən odur ki, Ermənistanda istər iqtidar, istərsə də müxalifət partiyaları bu danışıqlarda mərhələli sülhə hazır deyillər və bunu istəmirlər”.

“Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan sülh yolu ilə danışıqların uzadılması ilə məşğuldur. Ətraf rayonlarla bağlı da kompromistə hazır deyillər”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşünün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Aprelin 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin video-konfrans formatında görüşü baş tutub. Konfransda ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edirdi.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə A.M. Qorçakov adına Xalq Diplomatiyasına Dəstək Fondunun iştirakçıları ilə keçirilən “dəyirmi masa”da çıxış edərkən BMT Təhlükəsizlik Şurasının Qarabağ nizamlanması ilə bağlı qətnaməsinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprelində Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu söyləyib. Bu, 2019-cu ilin aprelində Moskvada Rusiya, ErmənistanAzərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəddir.

Ermənistan Xarici İşlər naziri isə Lavrova cavab olaraq 2018-ci ildən bəri Qarabağ məsələsi ilə bağlı müzakirələrin tərəflərin müəyyən elementləri qiymətləndirməsi ətrafında məhdudlaşdırıldığını bildirib.

"Biz təhlükəsizlik amilinin prioritet olduğu yanaşmalarımızdan bəhs edirik. Lavrovun açıqlamasında göstərilən ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan- Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, QubadlıLaçından gedir) hər şeydən əlavə təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Heç kim bunun yenidən nəzərdən keçirilə biləcəyini və Qarabağ xalqının təhlükəsizliyinin şübhə altına alınacağını güman edə bilməz, kimsə kiməsə güzəştə gedib təhlükəsizliyi təhlükə altına ala biləcəyini güman edə bilməz", - deyə Z.Mnatsakanyan vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur.

"Öz müqəddəratını təyinetmə prinsipinin ifadəsi, statusun dəqiqləşdirilməsini, məhdudsuz iradə azadlığının təmin edilməsini nəzərdə tutur. Sülh tənzimlənməsi qarşılıqlı güzəştlər əsasında mümkündür. Ermənistan tərəfindən heç vaxt birtərəfli güzəştlər olmayacaq, xüsusən də indi-təhlükəsizlik təhdidinin hələ də real olduğu bir vaxtda. Qarşılıqlı güzəştlər mütənasib olmalıdır, burada təhlükəsizlik və status elementlərinin tam əksini görürük. Bu bizim mövqeyimizdir və belədir. Qarabağ xalqı olmadan heç bir qərar qəbul edilə bilməz. Lavrov öz mövqeyini təqdim etdi, mən də öz mövqeyimi”,-deyə Ermənistan XİN rəhbəri bəyan edib.

Ermənistanın mövqeyində dəyişikliyin olmadığı və danışıqlara ancaq həyasızcasına işğalı qanuniləşdirmək məqsədi ilə qatıldığını ortaya qoyduğu şəraitdə Azərbaycanın bu danışıqlara qatılmasını nə qədər doğru hesab etmək olar? Həmçinin Ermənistan mövqeyini dəyişənə qədər Azərbaycanın danışıqlardan imtina etməsi da doğru addım olmazmı?

Mövzuni PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Əslində Paşinyan vasitəsi ilə Soros fondu və Ermənistanın Qərbdəki himayədları həmrəy şəkildə Cənubi Qafqazda öz planlarını həyata keçirmək istəyirlər”.

Azərbaycana beynəlxalq hüquqdan və BMT qətnamələrindən istifadə edərək öz ərazilərini Ermənistan işğalçılarından təmizləməyə tam olaraq səbəb verildiyini düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, əslində ermənilərin əsas məqsədi Cənubi Qafqazı xaos zonasına çevirməkdir:

“Dünən AzərbaycanErmənistan xarici işlər nazirləri arasında videokonfrans təşkil olundu. Pandemiya dövründə Ermənistanın ordusunun cəbhə xəttində hər gün apardığı təcavüzkar siyasətin şahidi idik. Həmçinin Ermənistan dünya koronavirusla mübarizə apararkən Dağlıq Qarabağda qondarma seçkilər də keçirdilər. Bütün bu hadisələr bir daha onu göstərir ki, Ermənistan danışıqlara hazır deyil və danışıqları pozmaq onların ən əsas məqsədlərindən biridir.

Eyni zamanda dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı suala cavab verərkən bildirib ki, Dağlıq Qarabağ münaqişəsi mərhələli şəkildə həll edilməlidir və ilkin mərhələdə ətraf rayonlar işğaldan azad olunmalıdır. Bu Azərbaycanın bəyan etdiyi fikirlərlə üst-üstə düşür.

Bu bəyanatdan həmən sonra da Ermənistanın xarici işlər naziri Mnatsakanyan bəyanat yayaraq bildirdi ki, onlar mərhələli həllə hazır deyillər və ətraf rayonların qaytarılmasından söhbət gedə bilməz.

Zaur Məmmədov: “ Bu plan çərçivəsində həm Rusiyanın zəiflədilməsindən, həm də erməni torpaqlarının genişləndirilməsindən söhbət gedir”.

Görünən odur ki, Ermənistanda istər iqtidar, istərsə də müxalifət partiyaları bu danışıqlarda mərhələli sülhə hazır deyillər və bunu istəmirlər. Çünki Respublikaçılar Partiyası da bəyanat yayaraq bildirib ki, danışıqlarda mərhələli həll variantı heç zaman Ermənistan tərəfindən qəbul edilməyib. Hərçənd ki, Sərkisyan dövründə "Madrid prinsipləri" qəbul edilmişdi. Eyni zamanda münaqişəsinin mərhələli şəkildə həll edilməsi barədə razılıq əldə edilmişdi.

Həmsədr ölkələrinin bəyanatına nəzər salsaq görərik ki, onlar hər iki tərəfi sülhə və atəşkəsə riayət etməyə çağırdılar. Amma məlumdur ki, atəşkəsə Ermənistan tərəfi riayət etmir. Buna baxmayaraq bəyanatda ümumi sözlərdən istifadə edildi. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan sülh yolu ilə danışıqların uzadılması ilə məşğuldur. Ətraf rayonlarla bağlı da kompromistə hazır deyillər.

Zaur Məmmədov: “Təəssüflər olsun ki, qonşu ölkələrin siyasi elitaları vəziyyətin kifayət qədər təhlükəli olduğunu və ermənilərin təhlükəli oyun oynamasını başa düşmürlər”.

Belə olan halda onlar Azərbaycana beynəlxalq hüquqdan və BMT qətnamələrindən istifadə edərək öz ərazilərini Ermənistan işğalçılarından təmizləməyə tam olaraq səbəb verirlər. Görünən odur ki, əslində ermənilərin əsas məqsədi Cənubi Qafqazı xaos zonasına çevirməkdir.

Bu onların son zamanlardakı bəyanatları, seçkilərdə Paşinyanın öz adamını hakimiyyətə gətirməsi onun göstərir ki,, əslində Paşinyan vasitəsi ilə Soros fondu və Ermənistanın Qərbdəki himayədları həmrəy şəkildə Cənubi Qafqazda öz planlarını həyata keçirmək istəyirlər. Bu plan çərçivəsində həm Rusiyanın zəiflədilməsindən, həm də erməni torpaqlarının genişləndirilməsindən söhbət gedir.

Təəssüflər olsun ki, qonşu ölkələrin siyasi elitaları vəziyyətin kifayət qədər təhlükəli olduğunu və ermənilərin təhlükəli oyun oynamasını başa düşmürlər.

Əslində bu hadisələr tarixdə bir neçə dəfə təkrar edilib. Biz 1918-1920-ci illərdə və 1980-ci illərin sonunda ermənilərin Qərb ölkələri ilə birlikdə Cənubi Qafqaz ölkələrinin zəiflədilməsini görmüşük. 1980-ci illərin sonunda isə Qarabağ münaqişəsinin başlanması ilə SSRİ-nın zəiflədilməsi planlarının reallaşdırılması olmuşdu”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar