Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Erməniləşdirilmiş Azərbaycan adlarının müəyyənləşdirilməsinə başlanılıb

"Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə 4 yaşayış məntəqəsinin tarixi adını bərpa etdi. Bu gün Qarabağ ərazisində yüzlərlə toponimin adı erməniləşdirilib. Erməniləşdirilən Azərbaycan toponimlərinin müəyyən edilməsi və onlara Azərbaycan adlarının qaytarılması üçün artıq AMEA-nın müvafiq institutları bu istiqamətdə işlər aparırlar".

AMEA-dan PİA.az-a verilən məlumata əsaəsn, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Tofiq Nəcəfli bildirib ki, Qarabağda nəinki kəndlər, dağlar, çayların, hətta qışlaqların adları belə ermənilər tərəfindən dəyişdirilərək erməniləşdirilib. Onun sözlərinə görə, həmin adlar tarixi sənədlərə və mənbələrə istinad edilərək bərpa ediləcək.

"Dilçilik İnstitutunda da toponimlərin tədqiqi, 400-ə yaxın toponimin adının dəyişdirilməsi, milliləşməsi və onların düzgün yazılışının müəyyən edilməsi istiqamətində işlər aparılır. Adların bərpa edilməsi tarixi mənbələr əsasında həyata keçiriləcək".

Coğrafiya İnstitutunun əməkdaşı, coğrafiya elmləri doktoru Zakir Eminov isə vurğulayıb ki, qədim xəritələrimizdə siyahıyaalınma zamanı Qarabağ ərazisindəki toponimlər və əhalinin milli tərkibi göstərilib. Onun sözlərinə görə, sözügedən xəritələrdə erməni toponimlərinin adı yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Ən çox oxunanalar