Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ermənilərin yeraltı müharibəsi: ölən və yaralananlar var

Vətən müharibəsi ermənilərin işğalında olan Qarabağ və ətraf rayonların azad olunması ilə nəticələndi. Torpaqlarımızın hər qarışında vandallıq və erməni vəhşiliyini tərənnüm edən dağıntılar, xarabalıqlar göz önündədir. Azərbaycan ərazilərində düşmən 30 ildir ki, bütün icimai tikililərimizə, mədəni abidələrimizə qarşı hər növ mədəniyyətsizliklər, terror aktları həyata keçiriblər. Düşmənin tapdağı altında olan bu yerlərin üzərindəki tikililəri, abidələrimizi gözlə gördüyümüz bütün gözəllikləri mənfur qonşularımız təkcə dağıtmaq, xarabalıqlara çevirməklə kifayyətlənməyiblər. Ermənilər bizim millətimizə qarşı olan məkrlli siyasətlərini, qısqanclıq və hiddətlərini təkcə dünya ictimaiyyəti qarşısında deyil, işğaldan azad etdiyimiz yerlərin altında da gizlədiblər.

Əvvəlllər biz doğulub boya-başa çatdığımız evimizin, öz ata-baba yurdumuzun hər qarşının - təbiəti, dağları, meşələri, çayları, qayaları, daşlarının dərdindən ölürdük, indi isə bu ərazilərə icazəsiz,heç bir təlimat almadan girməklə düşmənin bizə qarşı məkrli planlarından olan və illərdir yerin altında gizlədilən minalara düşərək ölürük və ya ömürlük əlil oluruq.

"Report"un Qarabağ bürosunun əməkdaşları Azərbaycan Ordusunun keçmiş istehkamçısı, Birinci Qarbağ müharibəsi qazisi İlqar Rzayevlə həmsöhbət olub.

İ.Rzayev 1972 – ci ildə Ağdamın Xıdırlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini Polşada keçən İlqar, 1991-ci ildə Azərbaycan ordusunda minatəmizləyən kimi, xidmətə başlayıb. Xidməti müddətində AğdamAğdərə istiqamətində gedən bir neçə döyüşlərdə iştirak edib. 1992 – ci ilin iyun ayında Ağdərənin Kiçan kəndi istiqamətindəki döyüş əməliyatları zamanı minaya düşüb.

İlqar deyir ki, aradan illər ötsə də acı dolu anları heç vaxt unutmur. Vətən müharibəsi zamanı ermənilərin dinc yaşayış məntəqələrimizi artileriya atəşinə tutması nəticəsində mərmilərdən bir neçəsi də onun həyətinə düşüb. Mərmi partlaması nəticəsində qəlpələrin ətrafa vurduğu ziyanı gördükcə bədəninin yaralarının sızıltısını hələ də hiss edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Mehdiyev Ziya Məmmədovun qardaşını işdən çıxarıb? – Açıqlama

Ən çox oxunanalar