Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin yeni hamiləri - Ərəblər Qarabağ münaqişəsində yeni oyunçulara çevrilirlər?..

Ermənistanın xristian Qərbi arxasına aldıqdan sonra müsəlman ərəblərlə yaxınlaşması hansı geosiyasi hesablar üzərində baş verir?..

Siyasi şərhçi: “Sadəcə Ermənistan bir “alət” kimi özünü ərəb ölkələrinə təqdim edir”.

“Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin istər Suriyadakı, istərsə də Liviyadakı mövqelərinə Misirdən sonra ən neqativ yanaşan ölkədir. Görünür Ermənistan bu amildən istifadə edərək onların dəstəyindən yararlanmağa çalışır”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu ərəb ölkələri ilə Ermənistanın son zamanlar yaxınlaşma münasibətlərinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan əsaaən ərəb ölkələrindən həm iqtisadi, həm də siyasi dəstək almağa cəhd edir. Ermənistan prezidenti Armen Sarkisyan müharibə dönəmində iki dəfə BƏƏ-yə səfər edib. Sarkisyanın BƏƏ-yə son səfəri Ermənistanın Azərbaycan ordusu qarşısında kaputilyasiyasını təsdiq edən üçtərəfli bəyanatdan iki gün sonra baş tutub. Səfər qısa çəkib və 3 saat çəkən görüçlərdən sonra sonra Ermənistan prezidenti Yeravana qayıdıb. Səfərin məqsədi Ermənistanın BƏƏ-dən siyasi, iqtisadi və hərbi dəstək almaq olub. Lakin bəzi məlumatlara görə Ermənistanı müharibəyə sürükləyən tərəflərdən biri də son zamanlar Türkiyəyə qarşı aqressiv mövqeyi ilə seçilən BƏƏ-nin vəlihəd şahzadəsi Məhəmməd bin Zayed olub. Məhz buna görə də Ermənistan tərəfi istər 44 günlük müharibə zamanı, istərsə də kaputilyasiyadan sonra BƏƏ rəhbərliyi ilə birbaşa kontakda olub.

Srağagün isə Armen Sarkisyan İordaniyaya səfər edib və Ermənistana sərmayə qoyulması üçün kral Abdullahdan xahiş edib. İordaniyanın da son illər anti-Türkiyə mövqeyindən çıxış etdiyini nəzərə alarsaq, Ermənistan prezidentinin bu səfəri də maraq doğurub. Erməni mənbələrin yaydığı məlumata görə Ermənistan həm Birləşmiş Ərəb Əmirliklərindən, həm İordaniyadan, həm də Səudiyyə Ərəbistanı və Misirdən siyasi, iqtisadi və hərbi dəstək alacaq.

Qeyd edək ki, anti-Türkiyə koalisiyasında yer alan bu ölkələr ABŞ-ın yaxın müttəfiqləri olaraq Vaşiqntonun Yaxın Şərq planında aktiv rol alırlar. Ehtimal etmək olar ki, Ermənistan məhz ərəb ölkələri vasitəsi ilə Ermənistan ABŞ və İsraildən hərbi-siyasi dəstək almağa çalışır.

Belə görünür ki, hazırda diplomatik aktivlik nümayiş etdirən etdirən Ermənistan Qarabağ münaqişəsinə yeni oyunçuları - ərəb ölkələrini dəvət edir. Bəs ermənilərin bu həmləsi Cənubi Qafqazda hakim mövqedən çıxış edən Rusiyanın maraqlarını nə qədər təmin edir?

Mövzunu PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Ermənistan ərəb ölkələrində özlərinə həm iqtisadi, həm də siyasi dayaq axtarır”.

Rusiyanın müəyyən qədər Ermənistandan nələrsə əldə etdiyini vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında bildirib ki, Ermənistanın siyasi rəhbərliyi Rusiyadan tam asılı olmamaq üçün başqa siyasi partnyorlar axtarır:

“Mən düşünürəm ki, hal-hazırda Ermənistan Türkiyə ilə pis münasibləri olan ərəb ölkələri ilə əlaqələr qurmaq və acınacaqlı vəziyyətdə olan iqtisadiyyatlarını xilas etmək istəyir. Sərkisyanın Birləşmiş Ərəb Əmirlikləri ölkələrinə səyahət etməsi də təsadüfi deyil. Çünki Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin istər Suriyadakı, istərsə də Liviyadakı mövqelərinə Misirdən sonra ən neqativ yanaşan ölkədir. Ümumilikdə isə BƏƏ Yaxın Şərqdə “anti-Türkiyə koalisiyası”nın başında dayanır. Görünür Ermənistan bu amildən istifadə edərək onların dəstəyindən yararlanmağa çalışır.

Ermənistanın bu ölkələrə bir məqamla yanaşa bilər, bu da “ortaq düşmən” prinsipidir. BƏƏ, İordaniya, Səudiyyə Ərəbistanı və Misir Türkiyənin regionda artan nüfuzundan narahatdırlar və bu ölkələr bütün istiqamətlərdə Türkiyəni küncə sıxışdırmaq siyasətini yürüdürlər. Buna görə də bu məqamda Ermənistanın Türkiyəqarşı olan ərəb ölkələri ilə daha isti təmas qurmağa cəhd etmələri təbiidir.

Onu da qeyd edim Ermənistan dövləti həmişə iqtisadi baxımdan perspektivsiz dövlət olub. Son müharibə də demək olar ki, Ermənistan iqtisadiyyatını tükəndirdi. Ona görə də Ermənistana təcili yeni sponsorlar lazımdır və bu sponsorlar da hazırkı dönəmdə ancaq Türkiyəyə qarşı olan ərəb ölkələri ola bilər.

Ərəstun Oruclu: “Son müharibə demək olar ki, Ermənistan iqtisadiyyatını tükəndirdi”.

İndi tarixən olduğu kimi bu gün də Ermənistan digər dövlətlərə qarşı təxribatçı, xəyanətkar və qarətçi mövqeyini satmağa çalışır. Rusiya bu mənada müəyyən qədər Ermənistandan nələrsə əldə etdi. Ermənistan vasitəsi ilə Azərbaycanda da öz mövqeləruini gücləndirdi. Lakin Ermənistan siyasətçilərinin və ictimai xadimlərin də dediyi ki, Ermənistan son müharibədə Rusiyadan istədiyini ala bilmədi. Əksinə ermənilərin bütün gözləntilərinin əksinə Rusiya usta geosiyasi gediş edərək Ermənistanı məğlub duruma saldı. Buna görə də Ermənistanın siyasi rəhbərliyi Rusiyadan tam asılı olmamaq üçün başqa siyasi partnyor axtarırır. Burada Paşinyanın da öz mövqeyi var. Yəni Paşinyanın Rusiya ilə münasibətlərinin qopmamasına çalışır. Çünki bu onun hakimiyyətinin sona çatması ilə nəticələnər. Ona görə də diplomatik arenaya keçmiş dimılomat olan prezident Armen Sakisyan çıxarılıb. Bir daha qeyd edim ki, Ermənistan ərəb ölkələrində özlərinə həm iqtisadi, həm də siyasi dayaq axtarır və hazırda bunu Erməınistanın mövcud durumr tələb edir.

Təbii ki, Qətər xaric, Körfəz ölkələrinin hamısı Türkiyənin bölgədə rolunun və nüfuzunun artmasına qarşı çıxırlar. Ermənistan da bu yolda onlara öz köməyini təklif edir. Bunun müqabilində də Ermənistan ərəb ölkələrindən həm siyasi, həm də ilk növbədə iqtisadi dəstək gözləyir. Ona görə də hesab etmirəm ki, burada böyük geosiyasi planlar var. Sadəcə olaraq Ermənistan bir “alət” kimi özünü ərəb ölkələrinə təqdim edir. Ərəb ölkələri bu alətdən necə və hansı zamana qədər istifadə edəcəklər, bunu zaman göstərəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar