Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin xəyal qırıqlığı - Rusiya AŞPA-da “erməni əsirlər” məsələsini niyə dəstəkləmədi?

Hansı səbəb, ya da səbəblər Rusiyanın belə mövqe sərgiləməsinə yol açıb?..

Politoloq: “Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı mövqeyi tək bir məsələyə görə deyil. Avropa Şurasında məsələlər kompleks şəkildə qoyulduğuna və bir neçə məsələni əhatə etdiyinə görə Rusiya məsələnin əleyhinə çıxış etdi”.

Rusiya üçtərəfli bəyanatın iştirakçısı olduğuna görə Avropa Şurasında “erməni əsirlər” məsələsinin müzakirəsini dəstəkləmədi”.

Bu sözləri politoloq Oktay Qasımov Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı 12 üzvdən ibarət heyətinin “erməni əsirlər” məsələsinin qurumda müzakirəsinin dəstəkləməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) 12 üzvdən ibarət heyəti “erməni əsirlər” məsələsinin (əslində diversantlsar-red.) qurumda müzakirəsini dəstəkləməyib. 12 üzvdən 5-i məsələnin əleyhinə səs verib, 7-si isə səsvermədə iştirak etməyib.

Ümumilikdə, əsir məsələsinin müzakirəsinə 21 nəfər “yox” deyib. 93 nümayəndə məsələnin müzakirəsini dəstəkləyib, 18 nəfər səsverməyə qatılmayıb.

Məlumata görə, Rusiyanın nümayəndə heyəti praktik olaraq tam heyətlə Türkiyədə demokratiyanın da AŞPA-da müzakirəsinə qarşı çıxıb və bununla faktiki olaraq, rəsmi Ankaranı dəstəkləyib.

Rusiyanın Ermənistan üçün tam gözlənilməz olan bu davranışını nəylə əlaqələndirmək olar? Hansı səbəb, ya da səbəblər Rusiyanın belə mövqe sərgiləməsinə yol aça bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Oktay Qasımova müraciət edib.

Oktay Qasımov: “Rusiya “erməni əsirlər” məsələsində Azərbaycanın haqlı olduğunu bilir”.

Burada əsas məqam kimi səsə qoyulan məsələlərin ayrı-ayrılıqda deyil, ümumi səsə qoyuluşunun əsas götürülməli olduğunu qeyd edən politoloq PİA.az-a bildirib ki, ümumi məsələlər içərisində bir neçə məsələ Rusiyanın özünü narahat edirdi. Buna görə də Rusiya məsələnin əleyhinə səs verdi:

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı mövqeyi tək bir məsələyə görə deyil. Avropa Şurasında məsələlər kompleks şəkildə qoyulduğuna və bir neçə məsələni əhatə etdiyinə görə Rusiya məsələnin əleyhinə çıxış etdi.

Digər tərəfdən isə Rusiya üçtərəfli bəyanatın iştirakçısı olduğuna görə Avropa Şurasında “erməni əsirlər” məsələsinin müzakirəsini dəstəkləmədi. Həmçinin də Rusiya Azərbaycanda saxlanılan terrorçuların 10 noyabr anlaşmasının əleyhinə olaraq 26 noyabrda onların Ermənistan ərazisinə göndərilməsini nəzərə alıb. Rusiya “erməni əsirlər” məsələsində Azərbaycanın haqlı olduğunu bilir.

Bir daha qeyd edim ki, burada əsas məqam kimi səsə qoyulan məsələlərin ayrı-ayrılıqda deyil, ümumi səsə qoyuluşu əsas götürülməlidir. Bu ümumi məsələlər içərisində isə bir neçə məsələ Rusiyanın özünü narahat edirdi. Buna görə də Rusiya məsələnin əleyhinə səs verdi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar