Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin sevincinə biz niyə qoşulmuşuq? – Ekspert Vyana danışıqlarından yazır

İlham İsmayıl,

təhlükəsizlik məslələri üzrə ekspert

Vyana görüşündən sonra Paşinyan bir neçə saat sonra başqa bir görüşdə- Avstriyanın erməni diasporası ilə görüşdə dedi ki, “inqilab baş vermədi, amma çox yaxşı görüş oldu”,yəni erməni tərəf görüşdən razı qaldı. Azərbaycan tərəf də Vyana görüşünü müsbət addım hesab edir, xüsusilə danışıqlar formatının dəyişmədiyini uğur hesab edir, sanki 25 ildə bu formatda uğurlar varmış kimi.

İki düşmən ölkə və ikisi də görüşdən razı qalıb, ikisi də sevinir. Ermənistan tərəfi status-kvonun dəyişməyəcəyinə, reallıqla qarşı tərəfin də barışdığına görə həqiqətən sevinc içərisindədir. Müharibə olmaycaq, atəşkəs pozulmayacaq, sülh danışıqları sonsuza qədər davam edəcək. Erməni tərəfin sevinci başa düşüləndir. Bəs, biz nəyə sevinirik?

Formatın dəyişmədiyinə, perspektivdə bəzi əsirlərin dəyişdirilməsinə və məlum olur ki, status-kvonun dəyişməməsinə, yəni torpaqların uzun müddətə işğalda qalmasına Azərbaycan da sevinir. Başqa adı varmı? Erməni tərəf bizim zəifliyimizə o qədər adət edib, o qədər arxayındı ki, bu tip görüşlərdən öz maraqları naminə “inqilab” gözləməkləri təbiidir. Biz inqilab gözləmirdik. 26 ildə üç erməni rəhbəri ilə saysız-hesabsız və Azərbaycan üçün heç bir nəticəsi olmayan görüşlərdən növbətisinin baş tutacağına şübhə yox idi. 26 ildə hər görüşdən sonra indiyədək hansı bəyanatlar verilibsə, nöqtə-vergülünə toxunmadan anoloji bəyanatlar verildi və erməni siyasəti bu dəfə də qalib gəldi. Erməniyə zamanı uzatmaq sərfəlidir və bu siyasəti müxtəlif variantlarla davam etdirir. Zaman erməninin xeyrinə işləyir. 26 ildə hər görüşdən sonra məmnun qalan erməni rəhbərliyi işğal etdikləri torpaqlarımızda saysız-hesabsız qurub-yaratmaqla məşğul olublar. İşğalçı növbəti uğur qazandığını müjdə kimi xəbər verdi və Beynəlxalq valyuta fondundan alınan 500 milyon dolların bir hissəsini, hər Avropaya səfərdən sonra diaspora qarşısında qələbə hesabatını verib, diasporadan gələn maliyyəni Qarabağda məskunlaşmaya yönəldəcəklərini elan etdilər.

Yalnız bununla kifayətlənmədilər. Nyu-Yorkda olan Ermənistan müdafiə naziri Tonoyan Vyana görüşündən sonra necə ilhamlanıbsa “Ermənistan yeni Azərbaycan əraziləri uğrunda müharibəyə başlayacaq” bəyanatı ilə çıxış etdi. Gözləmək olardı ki, saysız-hesabsız Azərbaycan generalları əməldə olmasa da heç olmasa sözdə qeyrətə, namusa boğulub sərt cavab verəcəklər. Olmadı… Xarici işlər nazirliyinin sözçüsü ilə, MN-in mətbuat xidmətinin rəhbəri səviyyəsində populist, reallığı əks etdirməyən, düşmənə heç cür təsiri və təzyiqi olmayan cavablar verildi. Yəqin, şikayətimizi Kaspirşıka edəcəyik ki, bəs, qoyma, amanın bir günüdü, üstümüzə Tonoyan gəlir. Biabırçılığın buynuzu olmur? Bu millət adına, dövlət adına böyük biabırçılıqdır. Bu biabırçılığın yaranmasının günahkarları kimdir? Bu işə cavabdehlər?

Vətən torpağı işğal altında olanda cavabdeh bütün millətdir-Azərbayandır! «Biz səngər mövqeyindən, daimi müdafiə vəziyyətindən çıxacağıq. Biz o bölmələrin sayını artıracağıq ki, onlar döyüşləri rəqibin ərazisinə keçirə biləcəklər”. Birdən zənn edərsiniz ki, bu bəyanatı da biz vermişik, əsla! Əslində bu bəyanat bizim düşdüyümüz vəziyyətə daha uyğundur, biz belə bəyanatlar verməliyik, amma, bu bəyanatı da düşmənin müdafiə naziri verib. Deyəsən, bizimkilərin xarici ölkələrdə keçirdikləri bayram istirahətləri hələ bitməyib. Nəticədə Məşədi İbadın yengəsinin gününə düşmüşük: gələn də tapdalayıb keçir, gedən də. «Mən, müdafiə naziri kimi deyirəm: mən “ sülh əvəzinə ərazi” formatını dəyişirəm”. Biz bunun tam əksini deyirik: ” yeni ərazilər uğrunda yeni müharibə”. Bəli, bunu düşmən deyir. Düşmən olsa da sübut edir ki, müdafiə naziri necə olmalıdır. Hərbiçi vətənini necə sevməlidir. Bu bəyanatı eşidən əsgərin, bu bəyanatı eşidən gəncliyin ruhu çox yüksək olacaq. Həm sözdə, həm əməldə susanın ölkəsinin əsgəri də, potensial döyüşçüsü gənclik də zəif,ruhsuz, ürəksiz olacaq.

Bu nə tərəddüddür, cənablar? Bu nə susqunluqdur? Zəifik? Axı deyirsiniz dünyanın ən güclü ordularından biriyik. İnanaqmı? Hərəkət edin, amma 2016-nın aprelin 2-də Seysulandakı kimi yox. Bu günlərdə Seysulan ətrafında 2016-cı il 2 Aprel döyüşlərinin video-görüntüləri yayınlandı. Detallarını açmıram, amma nə qədər uğursuz bir işə imza atdığınızı sizlərdən yaxşı bilən yoxdur. Görünür, elə bu cür fəsadlardan sonra atəşkəsin daha da möhkəmlənməsini, Azərbaycanı aşağılayan status-kvonun qalmasını məqbul hesab edirsiniz. Vyana görüşünü şərh edən erməni politoloq: “.., bu görüş erməni əsgərlərinin həyatının xilası ilə yanaşı, Ermənistan tərəfinin tam razı qaldığı status-kvonun saxlanılmasıdır”. Erməninin bu görüşdən məmnunluğu göz qabağındadır.

Bizim sevincimizin mahiyyəti nədədir? Soyuqqanlı olub, hansı uğurlara imza atmısınız? Tansu Çillər Türkiyənin baş naziri olanda yunanlar dağ keçilərindən başqa heç bir canlının yaşamadığı Kardak ada-qayalarına Yunanıstan bayrağı sancıb, hərbiçiləri adaya çıxarmışdılar. Xanım Tansu Çillərin məşhur; “Əsgər gedər, bayraq enər” əmri ilə yunanlar özəl komandolar tərəfindən mühasirəyə alındı və… əsgər də getdi, bayraq da endirildi. Biz Türkiyə deyilik, amma Ermənistan da NATO üzvü Yunanıstan deyil. On milyonluq xalqın potensialı düşmənlə müqayisədə çox böyükdür.

Təəəssüf ki, Qarabağ məsələsində tərəddüdün, susqunluğun əsl səbəbləri bu illərdə Azərbaycan ictimaiyyətinə heç vaxt açıqlanmayıb. Kimin qarşısında, hansı öhdəlik götürülüb ki, belə tərəddüd içində qalmışıq. Bu siyasətlə Azərbaycan dövlətçiliyi çox təhlükəli bir mərhələyə daxil olub. Düşmənin aqressiv hərəkətlərinə cavab verməmək” xalqları sülhə hazırlamaq” adı altında bizi təslimçiliyə razı salmaq ideyasıdır. Azərbaycan xalqı mövcud status-kvonun qalmasını qəbul etmir və tələb edir ki, ümummilli səfərbərlik elan edib, torpaqların azad edilməsi prosesinin başlandığı elan edilsin. (moderator.az)

pia.az



Şərh yazın.

K,İman

Sizin bu şərhinizlə tam razıyam.Hər azərbaycanlı bir erməni məhv etsə bizim əhalimiz 9 ml,ermənistanda isə bayquşlar məskan salacaqlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar